MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları


NaOH və KOH-in xassələri, alınması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix04.12.2016
ölçüsü5,01 Kb.
#760
1   ...   6   7   8   9   10   11   12   13   14

NaOH və KOH-in xassələri, alınması 
Qələvi  metalların  hidroksidlərindən praktiki əhəmiyyəti olanı kaustik soda 
adı ilə məlum olan NaOH və KOH-dır. Na, K hidroksidləri suda həll olduğundan 
qələvi  adlanır.  NaOH  və  KOH    ağ  rəngli  kristal  maddələrdir.  Suda  yaxşı  həll 
olaraq  çoxlu  miqdarda  istilik  verirlər,  suda  həll  edildikdə  tamamilə  dissosiasiya 
edilir.  Qələvilər  havada  rütubəti  və  CO
2
  –  karbon  qazını  udur.  Buna  görə  də 
bunlardan qazları qurutmaqda istifadə edirlər. 
2NaOH +CO
2
 = Na
2
CO
3
 + H
2

2KOH +CO
2
 = K
2
CO
3
 + H
2

NaOH  və  KOH  başlıca  olaraq  NaCl  və  KCl-in  suda  məhlullarının 
elektrolizindən  alınır;  anodda  Cl,  katodda  isə  H
2
  ayrılır,  məhlul  isə  qələvi  xassə 
göstərir. 
NaCl   
Na
+
 + Cl
-
 
 
H
2
O   
H
+
 +OH
-
 
2Cl
-
 - 2ē → 2Cl
0
→ Cl
2
    
2H
+
 + 2ē → 2H
0
 → H
2
 
Ümumi şəkildə 2NaCl + 2H
2
O = Cl
2
+ H
2
 + 2 NaOH  
NaCl-dan  kimya  sənayesində  soda,  xlor,  xlorid  turşusu  və  başqa  kimya 
məhsullarının  istehsalı  üçün  istifadə  olunur.  Bundan  başqa  sabunbişirmədə  və 
yeyinti sənayesində tez xarab olan məhsulların konservləşdirilməsində işlədilir. 
Na
2
CO
3
  və  ya  soda,  kimya  sənayesinin  ən  mühüm  məhsuludur.  Şüşə 
istehsalı  üçün  çox  miqdarda  sodadan  istifadə  olunur.  Bundan  başqa  soda 
toxuculuq, kağız, neft, sabunbişirmə və başqa sənaye sahələrində həmçinin suyun 
yumşalmasında işlədilir. 

 
88
NaHCO
3
-çay  sodası,  natrium  -  bikarbonat  və  ya  natrium-hidrokarbonat 
tibbdə  və  qənnadı  sənayesində  işlədilir.  Kalium-  karbonat  və  ya  potaş  K
2
CO
3  
bitki  külünün  tərkibinə  daxil  olub,  xüsusi  növ  şüşə  istehsalında  çoxlu  miqdarda 
tətbiq  edilir.  K  gübrələri  olaraq  təbii  minerallardan  istifadə  olunur.  KCl  ·  NaCl 
─silvinit,  KCl  ·  MgSO
4
  ·  3H
2
O  ─  kainit,  həmçinin  təbii  birləşmələrin  kimyəvi 
emal  edilməsi  yolu  ilə  alınan  KCl  və  K
2
SO
4
  duzları,  Kalium-nitrat  KNO
3
  və  ya 
kalium şorası qara barıt istehsalı üçün tətbiq edilir.  
K,  P,  N  kimi  bitkilərin  məhsuldarlığını  artıran  əsas  elementlərdən  biridir. 
Ona  görə  K-a  çox  vaxt  məhsul  elementi  də  deyilir.  Alimlər  hesablamışlar  ki, 
bütün dünya tütün, şəkər çuğunduru kartof və başqa mədəni bitkilər bir il ərzində 
torpaqdan 30 mln. tondan artıq K mənimsəyir. K-un çatışmazlığı sulu karbonların 
əmələ  gəlməsini  azaldır,  şəkər  çuğundurunda  şəkərin,  kartofda  isə  nişastanın 
azalmasına  səbəb  olur.  Kalium    hüceyrələrin  bölünməsi  prosesi  tez  gedən  cavan 
bitkilər  üçün  daha  çox  lazımdır.  K  bitkilərdə  ion  şəklində  olur.  O, 
karbohidratlarin,  zülalların  və  başqa  mühüm  birləşmələrin  əmələ  gəlməsi  və 
çevrilməsi  proseslərini  nizama  salınmasında  böyük  rol  oynayır.  Kalium 
çatışmadıqda  bitkilərin  yarpaqları  ölgün  olur  və  torpaqda  kifayət  qədər  rütubət 
olmadıqda  bu  hal  daha  da  sürətlənir.  Kalium  zülal,  karbohidrat  və  yağların 
sintezinə  ümumiyyətlə  kənd  təsərrüfatı  bitkilərinin  vegetativ  orqanlarının 
inkişafına  və  ümumi  məhsuldarlığın  artmasına  müsbət  təsir  göstərir.  Bitkilərin 
həyatında kaliumun fizioloji rolu bir sıra təcrübələr əsasında təsdiq olunmuşdur.  
Hidrogen   
Hidrogen  atomu  quruluşuna  görə  məlum  elementlərin  ən  sadə 
nümayəndəsidir. O, bir proton (nüvədə) və bir elektrondan ibarətdir. 
Hidrogen üçün  ən səciyyəvi xüsusiyyətlərdən biri, onun həm  müsbət həm 
də  mənfi  yüklü  ion  əmələ  gətirə  bilməsidir.  Bir  sıra  xassələrinə  görə  hidrogen 
birinci  qrupun  əsas  yarımqrupuna  daxil  edilsə  də  lakin  halogenlərin  kimi 
metallarla duzvari  birləşmələr əmələ  gətirməsi, birləşmələrində  müsbət  və  mənfi 
valentliyinin  vahiddən  artıq  olmasına  və  hidrogen  VII  qrupun  əsas  yarımqrup 
elementləri    ilə  bir  sırada  yazmağa  qismən  haqq  qazandırır.  Hidrogenin  üç 
izotopu məlumdur. Bunlar kütlə ədədi bir olan  protium 
1
1
H, 2 olan deyterium
2
1
H (
2
1
D)  və  3  olan  tritiumdan 
3
1
H  (
3
1
T)  ibarətdir.  Hidrogenin  izotoplarının  təbii 
qarışığında  protium  99,98%-i,  deyterium  isə  0,015%-i  təşkil  edir.  Protium 
atmosferdə  çox  cüzi  miqdardadır.  Tritium  kosmik  şüaların  fəaliyyəti  zamanı 
atmosferin yuxarı qatlarında əmələ gəlir. 
Hidrogenin  izotopları  bir-birindən  atomlarındakı  proton  və  neytronun  sayı 
ilə fərqlənir. 
Hidrogenin 
izotopları 
müxtəlif 
məqsədlər 
üçün 
istifadə 
edilir. 
Deyteriumdan kimyəvi reaksiyaların mexanizminin öyrənilməsində, deyteriumun 
birləşməsi olan ağır sudan nüvə reaktorlarında istifadə edilir. 
 
Təbiətdə yayılması 
Spektral analiz yolu ilə  müəyyən edilmişdir ki, günəşin, ulduzların, habelə 
kainatın  dərinliklərindəki  dumanlıqların  tərkibində  küllü  miqdarda  hidrogen 

 
89
vardır.  O,  günəş  və  bəzi  ulduzların  kütlələrinin  50%-dən  çoxunu  təşkil  edir. 
Atmosferi isti (5000
0
C) olan ulduzlarda hidrogen-atom (H), atmosferi soyuq olan 
ulduzlarda  isə  molekul  (H
2
)  şəklində  olur.  Planetimizdə  hidrogen,  vulkanların 
fəaliyyəti,  neft  quyularının  fantanı  zamanı  çıxa  bilir.  O,  eyni  xamanda 
iynəyarpaqlı bitkilərin tənəffüsü zamanı cüzi miqdarda əmələ gəlir. Hidrogen neft 
və  su  kimi  çox  mühüm  mineralların  əsas  tərkib  hissəsidir.  Heyvan,  bitki 
orqanlarını  əmələ  gətirən  maddələrin  təxminən  90%-ni    hidrogen  təşkil  edir.  O, 
havadan  yüngül  olduğuna  görə  atmosferin  aşağı  qatlarında,  demək  olar  ki, 
yoxdur. 
Hidrogenin laboratoriya və sənayedə alınma üsulları. 
 Hidrogen  birləşmələri  tərkibində  əsasən  müsbət  yüklü  ion  şəklində  olur. 
Birləşmələrdəki  hidrogeni  ayırmaq  üçün  onu  reduksiya  etmək  lazımdır. 
Metalların suya təsirindən hidrogen alınması da bu prinsipə əsaslanır. 
 
 
 
2Na + 2H
2
O = 2NaOH + H
2
↑ 
Laboratoriyada çoxlu miqdarda hidrogen almaq üçün durulaşdırılmış xlorid 
və ya sulfat turşusuna (1:5) sink metalı ilə təsir etmək lazımdır. 
 
 
 
     
ē 
Zn
0
 + H
2
SO
4
 = ZnSO
4
 + H
2
↑  
 
 
Alınan  hidrogeni  kənar  qarışıqlardan  təmizləmək  üçün  onu  müxtəlif 
maddələrin (NaOH, KMnO
4
, H
2
SO
4
) məhlulundan keçirirlər.  
Sənayedə hidrogen aşağıdakı üsullarla alına bilər: 
1. Közərdilmiş dəmir üzərindən su buxarı keçirməklə 
 
3Fe + 4H
2
O = Fe
3
O

+ 4H
2
↑ 
2. Közərdilmiş kömür üzərindən su buxarı keçirməklə 
 
C + H
2
O = CO +H

↑ 
   Su  qazı-karbon  2-oksidlə  hidrogenin  qarışığından  alınır.  Alınan  bu  qarışıq  su 
buxarı  ilə  birlikdə  közərdilmiş  dəmir-2-okid  üzərindən  keçirilir.  Bu  zaman  CO    su 
buxarının oksigeni hesabına CO
2
-na çevrilir, bu CO-nin konversiyası adlanır. 
 
             [H
2
] +CO +H
2
O =CO
2
 +H
2
 +[H
2

Alınan qarışığı 20 atmosfer  təzyiq altında yuyub CO
2
-dən təmizləyirlər. 
          3.  Daş  kömürü  900-1200
0
C  –də  qızdırdıqda  koks  qazı  adlanan  qarışıq  alınır.  Bu 
qarışıqda  50-60%  H
2
  olur.  Hidrogeni  qarışıqdan  ayırmaq  üçün  soyutma  üsulundan 
istifadə edilir. 
          4. Təmiz hidrogen almaq üçün suyu elektrik cərəyanı vasitəsi ilə ayırırlar:  
2H
+
 +2
 
ē =H
2
↑ (katodda)  
Hidrogenin fiziki xassələri 
Hidrogen  adi  şəraitdə  rəngsiz,  iysiz  və  dadsız  qazdır.  Havadan  14,5  dəfə, 
oksigendən  16  dəfə  yüngüldür.  -260
0
C-də  kristaldır,  -  257
0
C-  də  əriyir,  -253
0
C-də 
qaynayır,  suda  az  həll  olur,  100  həcm  suda  normal  şəraitdə  2  həcm  H
2
  həll  olur. 
Hidrogenin  diffuziya  sürəti  böyükdür.  O,  qaz  molekulları  arasında  sürətlə  keçir.  Ona 
görə  də  havaya  nisbətən  istiliyi  7  dəfə  tez  keçirir.  Hidrogen  molekulunun  radiusu  10
-8 
sm-dir. Kütlə ədədi 1,008-ə bərabərdir. Hidrogenin mühüm xassələrindən biri onun bəzi 
metallarda  həll olub (diffuziya  yolu  ilə) bərk  məhlul əmələ  gətirməsidir, belə ki, 1 sm
3
 

 
90
palladium  3000  sm
3
-dək  hidrogen  udur.  H
2
  molekulu  davamlıdır,  polyarlaşma 
qabiliyyəti zəifdir. 
Kimyəvi xassələri. 
Hidrogenin elektromənfiliyi və ionlaşma potensialı kiçikdir. Ona görə də metallar 
kimi  qüvvətli  reduksiyaedicidir.  Hidrogenin  kimyəvi  xassələri  onun  xarici  elektron 
qlafından  bir  elektron  1s
1
  olması  ilə  xarakterizə  olunur.  O,  elektronunu  verib  müsbət 
iona çevrilir, yalnız  flüorla adi şəraitdə reaksiyaya girir, +1, 0 və -1 oksidləşmə dərəcəsi 
göstərir. 
Hidrogen öz elektronunu qızdırma şəraitində başqa  maddəyə  verib onu asanlıqla 
reduksiya edə bilir. Məsələn, qızdırılmış mis-2-oksid üzərindən hidrogen keçirdikdə mis 
reduksiya olunur. 
 
 
H
0
2
 + Cu
+2
O
-2
 = Cu
0
 + H
2

Hidrogen  molekulu  termiki  dissosiasiyaya  qalibdir.  Belə  dissosiasiya  2000
0
C-də 
başlayır,  temperatur  artdiqca  qüvvətlənir,  4000
0
C-də  hidrogenin  molekulları  tamamilə 
atomlarına H
2
          H· + H· ayrılır. Bu qayda ilə alınmış atomlar, hidrogen molekuluna 
H
2
 nisbətən çox aktiv olur. Məsələn, adi şəraitdə atomar hidrogen , kükürd, fosfor və s. 
ilə  birləşir.  Bəzi  mis,  qurğuşun  kimi  metalları  onların  duzlarının  birləşmələrindən 
sıxışdırıb çıxarır. 
Molekul  halında olan  hidrogen atomları ayrılıqda  104 kkal/mol  istilik  udur. Ona 
görə  də  hidrogen  atomları  birləşib  molekul  əmələ  gətirdikdə  kənara  külli  miqdarda 
istilik  çıxır.  Atomar  hidrogenin  bu  xassəsindən  xüsusi  lehimli    lampalarında    metalları 
qaynaq    etməkdə  istifadə  edilir.  Hidrogen  atomları  metalın  səthində  birləşən  zaman 
ayrılan  istiliyi  metal  udur.  Bu zaman 3500
0
C –dək istilik əmələ  gəlir. Bu  temperaturda 
qismən  mürəkkəb qaynaq işlərini aparmaq mümkündür. 
Hidrogen  həm qeyri  metal,  həm də  metallarla qarşılıqlı kimyəvi təsirdə ola bilir. 
O, qeyri metalların çoxu ilə qaz halında   (HCL, NH
3, 
H
2
S,CH
4
 və s) birləşmələrin əmələ 
gətirir.  Duzlara  oxşadığından  onlara  düzvari  hidridlər  deyilir.  Qızdırılmış  və  yaxud 
közərdilmiş metalın üzərindən hidrogen keçirsək metal hidridləri ala bilərik: 
 
 
        1ē 
Na
0
 + H
0
 = Na
+
H
-
 
     
2ē 
Ca
0
 + H
0
 = Ca
2

H
1
2

 
 
Bütün  hallarda  reaksiya  istilik  alınması  ilə  gedir.  Hidridlər  bərk,  rəngsiz,  şəffaf 
kristal  maddələrdir.  Hidridlərin  molekulunda  hidrogen  mənfi  yüklüdür,  bunlar  elektrik 
cərəyanı  keçirir,  bu  zaman  hidrogen  müsbət  qütbdə  toplanır.  Na,  K,  Ca  və  metalların 
hidridləri  qüvvətli  reduksiyaedicidir.  Onlar  su  ilə  qarşılıqlı  təsirdə  olduqda  hidridin 
mənfi  yüklü  hidrogeni  suyun  müsbət  yüklü  hidrogenini  reduksiya  edir.  İon 
hidridlərindən (K
+
H
-
, Na
+
H
-
) fərqli olaraq kovalent hidridlər də (SiH
4
, BH
3
) məlumdur. 
 
İon hidridləri hidroliz zamanı əsaslar əmələ gətirir: 
 
 
 
 
Na
+
H
-
 + H
+
OH = NaOH + H
2
↑ 
 
 
Kovalent hidridlər hidroliz zamanı özlərini turşular kimi aparırlar: 
 
 
 
 
SiH
4
 + 4HOH = H
4
SiO
4
 + 4H
2
↑ 
 

 
91
 
Əsa və turşu xassəli hidridlər qarşılıqlı təsirdə olduqda kompleks hidridlər əmələ 
gətirirlər: 
 
 
 
 
Li
+
H
-
 + BH

3
 = Li[BH
4
]
-
 
 
BeH
2
, MgH
2
 və s. kimi keçid hidridləri də məlumdur. 
 
 
Hidrogenin tətbiqi  
 
Hidrogenin tətbiqi sahələri çox genişdir. Hal-hazırda hidrogen sənaye miqyasında 
amonyak, 
xlorid 
turşusunun 
alınmasında, 
doymamış 
üzvi 
birləşmələrin 
hidrogenləşdirilməsində xüsusən maye bitki yağlarını bərk yağa çevirmək üçün işlədilir. 
O,  eyni  zamanda  daş  kömürdən  süni  benzin  almaq  üçün  sərf  edilir.  Hidrogenin 
oksigenlə qarışığını yandırdıqda 2500
0
C-yə kimi istilik verir. Bundan da kvars əritmədə 
istifadə olunur. Hidrogenin kauçukda həll olması və havadan yüngül olması onun hava 
gəmiçiliyində  istifadə  olunmasına  imkan  verir.  Hidrogen  insanların  yanacağa  olan 
ehtiyacını  ödəmək  üçün  nəzərdə  tutulan  perspektiv  yolların  ayrıcında  dayanmışdır. 
Hidrogen  zəhərli  deyil,  lakin,  həyat  üçün  yaramır.  Sırf    hidrogen  mühitində  canlılar 
yaşaya  bilməz.  Hidrogen  polad  silindrdə  saxlanılır  və  daşınır.  Silindrə  hidrogen  böyük 
təzyiq (100atm.) altında doldurulur. 
 
II A yarımqrupuna daxildir: berilium, maqnezium, kalsium, stronsium, barium və 
radium.  Bunlardan  Ca,  Sr,  Ba-  qələvi-torpaq  metallar  adlanır.  Xarici  energetik 
səviyyədə  2-elektronu  (s
2
)  var.  Təbiətdə  ən  geniş  yayılanı  Ca  və  Mg-dur.  Mineralların 
və  dağ  süxurlarının  tərkibində  rast  gəlir.  İonlaşma  enerjisi  (potensialı)  ən  böyük  olan 
Be, ən az olan Ba-dur. Bu səbəbdən Ba güclü reduksiyaedicidir. 
 
Mg  əsasən  magnezit─MgCO
3
;  dolomit─MgCO
3
·CaCO
3
;  kizerit─MgSO
4
·H
2
O; 
karnalit─KCl·MgCl
2
·6H
2
O,  acı  duz─MgSO
4
·7H
2
O  və  s.  Ca  isə  ─  təbaşir,  mərmər, 
əhəng 
daşı─CaCO
3

dolomit─CaCO
3
·MgCO
3

gips─CaSO
4
·2H
2
O; 
alebastr─CaSO
4
·0,5H
2
O;  anhidrit─CaSO
4
;  fosforit  və  apatit─Ca
3
(PO
4
)
2
  və  s. 
mineralların tərkibinə daxildir. 
Mg alınır─ karnalit və ya MgCl
2
 ərintisinin elektrolizindən, yaxud: 
 
 
 
MgO + C → Mg + CO
2
 
 
Ca isə alınır─ CaCl
2
 cə CaF
2
 qarışığının ərintisinin elektrolizindən. 
 
Mg─asanəriyən,  gümüşü-ağ,  yüngül,  kimyəvi  aktiv,  güclü  reduksiyaedici, 
oksigenə  olduqca  həris  metaldır.  Demək  olar  ki,  bütün  oksidlər  oksigeni  ayırır. 
Turşularla duzlar əmələ gətirir. əsasən istifadə sahəsi yüngül ərintilər metalurgiyasıdır. 
 
Mg xlorofilin tərkibinə daxildir, fotosintezdə iştirak edir. 
 
Ca kimyəvi aktiv metaldır. Neftdə, benzində saxlanılır. Su və mineral turşulardan 
çıxarır. 
 
CaO─  sönməmiş  əhəng  adlanır.  Ag,  çətinəriyən  (3000
0
C)  maddədir,  su  ilə 
Ca(OH)
2
 (sönmüş əhəng ) əmələ gətirir, CO
2
 və SiO
2
 ilə reaksiyaya girir, duzlar alınır: 
CaCO
3
,  CaSiO
3
.  CaCO
3
  suda  həll  olmur,  lakin,  CO
2
-in  iştirakı  ilə  suda  həll  olan 
Ca(HCO
3
)
2
-a çevrilir. Ca qızdırıldıqda H
2
, C, N, P ilə müvafiq birləşmələr: CaH
2
, CaC
2

Ca
3
N
2
, Ca
3
P
2
 əmələ gətirir. 
 
Ca  və  Mg  bikarbonat  duzları  suya  codluq  verir.  Qızdırıldıqda  codluq  aradan 
qalxır.  

 
92
Ca  bitkilərdə  və  heyvan  orqanizmlərində  mühüm  rol  oynayır.  Onun  çatışmazlığı 
bitkilərin  inkişafını  ləngidir,  yarpaqlar  büzüşür,  torpağın  məhsuldarlığı  azalır. 
Canlılarda raxitlik əmələ gəlir, ürəyin fəaliyyəti aşağı düşür.  
 
 
 
 
ƏDƏBİYYAT 
 
 
1. 
 
Я. Б. Ялийев  вя  б.  «Цмуми вя гейри-цзви кимйа», 
Бакы,  1987 
2.  Ə.  Əliyev  və  başq.  Ümumi  və  qeyri-üzvi  kimya.  “Maarif” 
nəşr, Bakı. 1987.  
3.   Z. Qarayev. Qeyri-üzvi kimya. “Maarif”, nəşr, Bakı. 1983. 
4.   И. У. Лятифов  вя башг.  «Кимйа».    Бакы,  1993, 
 
                              
Mövzu 13 
Dövri sistemin IV A yarımqrup 
elementləri. Karbon, silisium. 
Plan. 
1.  IV A yarımqrup elementlərin ümumi xarakterizəsi. 
2.  Karbon, xarakterizəsi, təbiətdə yayılması və təbii  
     birləşmələri. 
3.  Karbonun allotropik şəkildəyişməsi. 
4.  Karbonun kimyəvi xassələri. 
5.  Karbon oksidləri. 
6.  Karbon turşusu, mühüm duzları. 
7.  Silisium, xarakterizəsi. 
8.  Silisiumun təbiətdə yayılması və təbii birləşmələri. 
9.  Silisiumun alınması 
10. Silisiumun allotropik şəkildəyişməsi. 
11. Silisiumun kimyəvi xassələri. 
12. Silikat turşusu, onun mühüm duzları. 

 
93
 
Karbon. 
IV  qrupun  əsas  yarımqrup  elementlərinə  karbon,  silisium,  germanium,  qalay  və 
qurğuşun daxildir. Bunların  xarici elektron təbəqəsində 4 elektron  yerləşir. Ona  görə  4 
elektron  alıb-verməklə  -4  və  +4  valentli  ola  bilirlər.  IV  qrupun  əsas  yarımqrup 
elementlərinin  çəkisi  (atom  çəkisi)  artdıqca,  onların  4  valentli  birləşmələrinin 
davamlılığı  azalır,  2  valentli  birləşmələrinin  davamlılığı  isə  artır.  Bu  isə  yarımqrupda 
həmin istiqamətdə metallıq xassəsinin artması ilə izah olunur.  
 
Karbonun  sıra  nömrəsi  6,  atom  kütləsi  12  k.  v.-dır,  qeyri-metaldır.  C-nun  xarici 
elektron  təbəqəsində  4  elektron  yerləşir  ki,  bu  da  s
2
p
2
  konfiqurasiyaya  malikdir. 
Karbona təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində rast gəlinir. Sərbəst karbona 
almaz, qrafit, karbin, polikumulen amorf karbon şəklində təsadüf edilir. Təbiətdə geniş 
yayılmış  əhəng  daşı,  mərmər,  təbaşir  (tərkibləri  CaCO
3
-dən  ibarətdir),  maqnezit 
MgCO
3
,  dolomit  MgCO
3
·  CaCO
3
,  dəmir  şpatı  və  ya  siderit  FeCO
3
  və  malaxit 
(CuOH)
2
CO
3
 kimi karbonatların da tərkibinə daxildir.  Karbon, almaz, qrafit, karbin  və 
polikumulendən ibarət allotropik şəkildəyişmələr əmələ gəlir.  
 
Almaz─ rəngsizdir, şəffafdır, x/s-si 3,5 –dir. Bütün maddələrin ən bərkidir. Onun 
şüşəni  kəsmək  və  süxurları  qazmaq  üçün  alətlərdə  tətbiq  edilməsi  də  bu  xassəsinə 
əsaslanır.  Cilalanmış  almaz  brilliant  adlanır.  Almazın  çox  bərk  olması  onun 
kristallarının kristal qəfəsindəki hər bir karbon atomu kovalent rabitə ilə ondan bərabər 
məsafədə yerləşən və  müntəzəm tetraedrin bucaqlarında olan 4 başqa karbon atomu ilə 
birləşməsidir. 
 
Qrafit─ Tünd boz rəngli, almazdan yumşaq, qeyri şəffaf kristal maddədir. Qrafit 
almazdan fərqli olaraq elektriki və istiliyi yaxşı keçirir. 
  
Karbon metallarla qarşılıqlı reaksiyaya girir və nəticədə karbidlər əmələ gəlir. 
 
 
 
 
 
4Al + 3C = Al
4
C
3
 
 
 
 
 
Ca + 2C = CaC
2
 
 
Karbidlər  su  və  ya  turşularla  reaksiyaya  girir,  nəticədə  asetilen  və  metan  əmələ 
gəlir: 

 
94
 
 
 
CaC
2
 + 2H
2
O = Ca(OH)
2
 + C
2
H
2
 
 
 
 
Al
4
C
3
 +12HCl  = 4AlCl

+ 3CH
4
 
 
  
        Metal karbidlərini metal oksidləri ilə karbonun təsirindən də almaq olar. 
 
 
 
CaO + C = 3CaC
2
 +CO 
 
 
 
                  Karbon oksidləri 
 
Karbon  -2  oksid  (dəm  qazı)  rəngsiz,  zəhərləyici  qazdır.  Suda  çox  az  həll  olur. 
Karbon 2- oksid göy alovla yanır, nəticədə karbon 4-oksid əmələ gətirir. 
 
Karbon  2-  oksid  yalnız  O
2
-ni  deyil,  habelə  başqa  qeyri-metalları,  məsələn,  xloru 
da özünə birləşdirə bilir. 
 
 
 
CO + Cl
2
 = COCl
2  
 (fosgen)  . 
 
Karbon  2-  oksid  qüvvətli  reduksiyaedicidir.  Ona  görə  də  o,  metal  oksidlərindən 
sərbəst metal alınması üçün işlədilir: 
 
 
 
                              Fe
2
O
3
 + 3CO = 2Fe + 3CO
2
  
 
Karbonun hava azlığı şəraitində yanmasından dəm qazı əmələ gəlir. 
 
 
      
                                2C + O
2
 = 2CO 
 
 
             Karbon 4-oksid (karbon qazı) ─ rəngsiz qazdır. 1 həcm suda adi temperaturda 1 
həcmə yaxın CO
2
 həll olur. CO
2
 ─ 60 atm. qədər təzyiq altında, adi temperaturda maye 
halına  keçir.  Maye  CO
2
  polad  balonlarda  saxlanılır  və  şiddətli  soyudulmada  qar  kimi 
mayeyə çevrilir. Bərk preslənmiş CO
2
  “quru buz “  adlanır. 
 
Karbon 4-oksid yalnız suda məhlulda mövcud olan karbonat turşusunun (H
2
CO
3

anhidrididir.  Sənayedə  soda  istehsalında,  şəkər  sənayesində,  mədən  sularının 
hazırlığında işlədilir. Bundan başqa CO
2
 yanğın söndürməkdə işlədilir. 
 
Karbonat turşusu, onun duzları

 
 

 
95
H
2
CO
3
  turşusu  yalnız  məhlulda  ola  bilir.  Karbon  qazı  suda  az  həll  olur  və 
karbonat turşusunu əmələ  gətirir.  H
2
CO
3
 davamsız olduğu  üçün asanlıqla su  və karbon 
qazına parçalanır. H
2
CO
3
 turşusu  2 əsaslı olduğu üçün mərhələlərlə dissosiasiya edir: 
 
 
 
H
2
CO

 
   H

+ HCO

3
   
 
 
 
 HCO

3
  
   H
+
 + CO

2
3
 
 
Beləliklə,  H
2
CO
3
  turşusu  normal,  turş  duzlar  (karbonatlar  və  hidrokarbonatlar) 
əmələ gətirir. 
 
H
2
CO
3
  turşusunun  duzlarını  karbon  4-oksidlə  qələvilərin  qarşılıqlı  təsirindən 
almaq olar: 
 
 
 
2NaOH + CO

= Na
2
CO
3
 + H
2

 
 
 
Ca(OH)
2
 + CO
2
 = ↓ CaCO
3
 + H
2

 
Qələvi-torpaq  metalların  H
2
CO
3
  turşusu  ilə  əmələ  gətirdiyi  normal  duzlar  suda 
pis,  turş  duzlar  isə  yaxşı  həll  olur.  CaCO
3,
  su  və  CO
2
  ilə  qarşılıqlı  təsirdə  olaraq 
Ca(HCO
3
)
2
 əmələ gətirir: 
 
 
 
 
CaCO
3
 + CO
2
 + H
2
O = Ca(HCO
3
)
2
 
 
 
          H
2
CO
3
 turşusunun hər hansı bir duzuna turşularla təsir etdikdə CO
2
 ayrılır: 
 
 
 
 
 
                                   Na
2
CO

+ 2HCl = 2NaCl + CO
2
 + H
2

 
 
            Ayrılan  CO
2
-ni  əhəng  suyuna  buraxdıqda  CaCO
3
  əmələ  gəlməsi  hesabına 
məhlulda ağ rəngli bulantı alınır: 
 
 
 
 
Ca(OH)
2
 + CO

=↓CaCO
3
 + H
2
O  
 
Alınan çöküntü qazın artığında həll olur: 
 
 
 
 
CaCO
3
 +H
2
O + CO
2
 =  Ca(HCO
3
)
2
 
 
Bu  reaksiyalar  karbonat  ionu  üçün  keyfiyyət  reaksiyaları  hesab  olunur.  Bütün 
karbonatlar qızdırıldıqda metal oksidi və CO
2
-ə parçalanır: 
 
 
 
 
ZnCO
3
 = ZnO + CO
2
 
 
 
 
 
CaCO
3
 =  CaO + CO
2
 

 
96
 
H
2
CO
3
 turşusunun  duzlarından  Na
2
CO
3
 · 10H
2
O (soda) kimya sənayesinin əsas 
məhsullarından biridir. Sodanı sulfat və ammonyak üsulu ilə alırlar. 
 
 
 
 
2NaCl + H
2
SO
4
 = Na
2
SO
4
 + 2HCl 
 
 
 
 
Na
2
SO
4
 + CaCO
3
 = Na
2
CO
3
 + CaSO
4
 
 
Ammonyak üsulu ilə aşağıdakı kimi alınır: 
 
 
 
 
CaCO
3
 = CO

+ CaO 
 
 
 
 
NH
3
 + CO
2
 + H
2
O = NH

HCO
3
 
 
 
 
 
NH
4
HCO
3
 + NaCl = NH
4
Cl + NaHCO
3
 
 
NaHCO
3
  və  ya  çay  sodası  ağ  maddədir,  tibbdə,  çörək  bişirmədə,  qənnadı 
işlərində, yanğınsöndürmədə işlədilir. 
 
K
2
CO
3
  və  ya  potaş  çoxlu  miqdarda  bitki  külündə  olur.  Onu,  kalium-hidroksid 
məhlulunu CO
2
 ilə doyuzdurmaqla almaq olar: 
 
 
 
 
2KOH + CO

+ H
2
O = K
2
CO
3
 + H
2

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin