Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə14/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
Bölmə 4

Sifon imalələri
Sifon imaləsi yuyucu imalələrin ən çox yayılmış növlərindən biridir. Sifon imaləsinin tətbiqi üçün göstərişlər:
1) təmizləyici imalələr və işlətmə dərmanları fayda vermədikdə bağırsaqları nəcisdən və qazlardan təmizləmək lazım gəldikdə
2) bağırsaqlardan qıcqırma və çürümə məhsullarını, bakteriya zəhərlərini, seliyi, irini, ağızdan düşmüş zəhərləri çıxarmaq lazım gəldikdə
3) bağırsaq keçməməzliyinə şübhə olduqda diaqnostika məqsədilə.
Sifon imaləsi üçün 10-12 l təmiz ilıq su götürürlər. Sifon imaləsi qoymaq üçün işlədilən cihaz tutumu 1-2 l qıfdan, ona taxlılan 1,5 m uzunluğunda və diametri azı 1 sm olan rezin borudan sonra buna taxılan və bağırsaq borusundan ibarətdir. Cihaz və sudan başqa, su bardağı, ləyən və müşənbə də tədarük görmək lazmdır. Bağırsaqların yuyulması da mədənin yuyulması kimi bir-biri ilə birləşmiş qablar, yaxud sifon prinsipinə əsaslanır. Bağırsaq borusunun ucuna vazelin sürtüb, onu anusa 20-30 sm yeridirlər. Bundan sonra mədəni yuduqda olduğu kimi edirlər: qıfı xəstənin bədənindən bir qədər yuxarıda yana əyib tutur, ona su tökür və yuxarı qaldırırlar. Suyun səviyyəsi azalaraq, qıfın konusunun təpəsinə çatdıqda, qıfı başı aşağı çevirmədən ləyənin üstündə tutub içərisində bağırsaq möhtəviyyatı hissəcikləri olan su əvvəlki səviyyəyə qayıdana qədər gözləyirlər. Sonra qıfı ləyənə boşaldırlar, onu bir daha su ilə doldurur və təmiz su gələnə qədər bu işi davam etdirirlər.


Kəskin qastrit.
Mədənin selikli qişasının iltihabına qastrit deyilir. Xəstəliyin müddəti uzandıqca selikli qişanın strukturası dəyişilir, selikaltı qişa və əzələ qişası zədələnir. Qastrit gedişinə görə kəskin və xroniki olur.
Kəskin qastrit polietioloji xəstəlikdir, ekzogen amillərdən mexaniki, termiki, kimyəvi maddələrin, infeksiyanın, qida intoksikasiyaları, dərman preparatları, endogen amillərdən kəskin və xroniki infeksion xəstəliklər, allergik reagentlər kəskin qastritin etiologiyasını təşkil edir.
Kəskin qastrit ən çox qidalanma rejiminin pozulmasından, çoxlu miqdarda alkoqollu məhlulların qəbulundan, qida toksikoinfeksiyalarından sonra baş verir.
Klinikası – klinik simptomlar etioloji amilin təsirindən 4-8 saat sonra aydın görünür, bəzən daha çox keçdikdən sonra birdən-birə baş verir.
Xarakterik əlamətlərdən mədə nahiyyəsində ağrını, köpmə, oyümə, qusma, isal kimi halları göstərmək olar.
Xəstələr əzginlikdən, baş gicəllənməsi, baş ağrısından şikayət edirlər, çoxlu maye itirdiklərinə görə susuzluq hiss edirlər. Bədənin temperaturu subfebril olur, bu zaman üşütmə, dodaqlarda qızdırma səpkiləri olur. Xəstənin rəngi avazımış, nəbzi tezləşmiş, dili sarı ərplə örtülü olur. Mədə nahiyyəsinin palpasiyası ağrılı olur, qarınüstü nahiyyəyə təzyiq etdikdə mədə bulanması güclənir, ağır vəziyyət 1-3 gün çəkir. Bəzən kəskin qastrit zamanı öd kisəsi də iltihablaşır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin