Müalicəsi – simptomatik aparılır, birinci növbədə 1,4 nömrəli pəhriz təyin olunur, ağrıkəsicilər, vitaminlər, antibiotiklər, sulfanilamid preparatlarından istifadə olunur. Ağrıları sakitləşdirmək üçün beladonna ilə papaverin verilir, qəndsiz çay, kərə yağı ilə həlimli sıyıqlar, yağsız ətdən, meyvələrdən hazırlanmış pürelər verilir.
Kəskin kolit.
Bağırsaq xəstəlikləri içərisində ən çox təsadüf edilən xəstəlikdir. Yoğun bağırsağın selikli qişasının iltihab prosesidir. Bu zaman yoğun bağırsağın iltihabı selikli qişadan başqa, əzələ və visseral qişanı da zədələyir, sekretor və motor funksiyasını ciddi şəkildə pozur.
Etiologiyasına görə infeksion (bakterial, salmonella, göbələklər, lyamblioz, vərəm mikobakteriyaları), parazitar, helmintoz, toksik, toksikoallergik, medikamentoz ayırd olunur. Qeyri-infeksion kolitlər sırasında ən çox alimentar kolit təsadüf edilir. Qida rejiminin pozulması, sistematik olaraq keyfiyyətsiz və kobud qidaların qəbulu kolitin inkişafına təkan verir.
Əgər yoğun bağırsaqla mədə və nazik bağırsaqlar da zədələnibsə, ona qastroenterokolit deyilir.
Klinikası – xəstəlik zamanı ümumi əlamətlər – temperaturun yüksəlməsi, sancıyabənzər ağrıların olması və isaldan ibarətdir. Defekasiya sutkada tez-tez, bəzən 20 dəfəyə çatır. O, əvvəl üfunətli, sonra irin qarışmış selik ifraz olunur. Temperatur 38-390 olur. Dil quru, ərpli olur, iştaha itir, baş ağrısı olur.
Müalicəsi – etioloji və simptomatik aparılır.
Ciddi yataq rejimi gözləmək – dezinteriyalı xəstələri izolyasiya etmək, qarına qrelka və isidici kompresslər qoymaq, tam dəyərli, mexaniki və kimyəvi cəhətdən qoruyucu pəhriz təyin edilir.
Xəstələrə ilk günlər qəndsiz çay verilir. 3-cü gündən seliyəbənzər həlimlər verilir, isal sakitləşdikdən sonra həlimlərə ət suyu, tərəvəz, çəkilmiş ətli xörəklər, meyvə şirələri verilir.
Dərmanlardan antibiotiklər, levomisetin, ftalazol, sulqin, entereseptol, indestopan, laktobakterin, baktisubtil təyin edilir.
Fermentlərdən abomin, festal, pankreatin, köpmə zamanı aktiv kömür, nanə və şüyüd dəmləməsi, qəbizlikdə bisokodil, dermatol şamları təyin olunur.
Orqanizmin susuzlaşması zamanı dərialtına 500 ml fizioloji məhlul və 5%-li qlükoza məhlulu yeridilir, ürək fəaliyyəti zəiflədikdə dəri altına kofein, kordiamin yeridilir.
Dostları ilə paylaş: |