Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mövzu 2. Tənəffüs üzvlərinin və ürək-damar sisteminin xəstəlikləri



Yüklə 438 Kb.
səhifə2/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   2   3   4   5   6   7   8   9   ...   54
Bölmə 4

Mövzu 2. Tənəffüs üzvlərinin və ürək-damar sisteminin xəstəlikləri.
Tənəffüs üzvlərinin xəstəliklərinin ümumi şikayət və əlamətləri.
Tənəffüs orqanlarının xəstəlikləri zamanı xəstələr adətən təngənəfəslikdən, quru və ya bəlğəm gələn öskürəkdən, qanhayxırmadan, nəfəs aldıqda və öskürdükdə döş qəfəsində ağrılardan, bədənin temperaturunun qalxmasından, titrətmədən, çox tərləmədən şikayətlənirlər.
Tənəffüsün tezliyi normada dəqiqədə 16-20 olur, bundan çox olduqda təngənəfəslik adlanır. Buna görə xəstənin başı hündürdə olmalı, yaxasını açmalı, otağın havasını tez-tez dəyişmək lazımdır. Ehtiyac olduqda oksigenlə müalicə aparılır.
Xəstəni əldən salan və əsəbiləşdirən quru öskürək zamanı onu sakitləşdirmək üçün isti çay, soda tökülmüş qaynar süd, barjomi qatılmış süd vermək lazımdır. Tənəffüs üzvlərinin xəstəliklərində döş qəfəsində ağrılar adətən plevra vərəqlərinin qıcıqlanması ilə əlaqədardır. Xəstə ağrıyan tərəfi üstə uzandıqda plevra vərəqləri az hərəkət etdiyi üçün ağrı azalır. Xardal yaxması, banka, isti kompres qoymaq lazımdır.
Müxtəlif mikroorqanizmlərin törətdikləri xəstəliklərdə (pnevmoniyada, plevritlərdə, abseslərdə) xəstəliyin kəskin dövründə yüksək qızdırma olur. Temperatur qalxdıqda üşütmə olur. Bu zaman xəstənin dörd bir tərəfinə isitqaz qoyulur, qaynar şirin çay verilir, bədənin temperaturu çox qalxdıqda başına buz qoyulur. Temperatur düşdükdə xəstə çox tərləyir, xəstənin paltarı bir dəqiqə də olsun yaş qalmamalıdır.
Kəskin bronxit.
Bronxların selikli qişasının iltihabına bronxit deyilir. Bronxitlər gedişinə görə kəskin və xroniki bronxitlərə bölünür. Kəskin bronxitlər çox vaxt yuxarı tənəffüs yollarının katarı əlaməti kimi təzahür edir. Kəskin bronxitin əmələ gəlməsinə səbəb kimyəvi qıcıqlar (hərbi zəhərləyici maddələr, istehsal şəraitində əmələ gələn qazlar, tütün tozu), termiki qıcıqlar (isti sexlərdə işləyən zaman) və mexaniki qıcıqlar (müxtəlif tozlar) ola bilər. Kəskin bronxitin əmələ gəlməsində əsas və başlıca amil infeksiya (epidemik qrip, göy öskürək, qızılca) hesab olunur.
Klinikası - əlamətlər ümumi və yerli olur. Ümumi əlamətlər əzginlik, temperaturun qalxması, üşütmə, döş sümüyünün arxasında qaşınma, arxa və ətraf əzələlərində ağrı, səsin tutulması və öskürək başlayır. Kəskin bronxit bir neçə gündən həftəyə qədər çəkir. Bəzən zəif xəstələrdə kəskin bronxit bronxopnevmoniyaya keçə bilər.
Müalicəsi.
Bronxiti müalicə etmək üçün yataq rejimi gözləmək və fəsadlaşmadan qorunmaq lazımdır. Süd ilə barjom və ya soda içmək, isti maye içmək, döş nahiyyəsinə xardal qoymaq, banka salmaq, bronxların spazmında efedrin, bəlğəmgətirici dərmanlar, antibiotiklər, oksigen müalicəsi və ürək-damar dərmanları işlətmək məsləhətdir.
Qulluq – kəskin bronxit zamanı baş verən tənəffüs çatmamazlığının qarşısını almaqda və müalicədə tənəffüs gimnastikasının əhəmiyyəti böyükdür. Məqsəd xəstəyə düzgün və dərindən nəfəs almağı öyrətməkdir. Xəstəliyin səbəblərini aradan qaldırmaq, orqanizmi fiziki cəhətdən möhkəmləndirmək lazımdır (bədən tərbiyəsi, soyuq su ilə bədəni silmək və s.).

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin