Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Qan-damar sisteminin xəstəlikləri zamanı ümumi əlamət və şikayətlər



Yüklə 438 Kb.
səhifə6/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   2   3   4   5   6   7   8   9   ...   54
Bölmə 4

Qan-damar sisteminin xəstəlikləri zamanı ümumi əlamət və şikayətlər.
Ürək-damar sisteminin xəstəlikləri zamanı xəstələr ürək nahiyyəsindəki ağrılardan, töhşümə və təngənəfəslikdən, aritmiyalardan, arterial təzyiqin pozulmasından, nəbzin dəyişməsindən – taxikardiya və bradikardiyadan, auskultasiya zamanı ürək tonlarının dəyişilməsindən olan əlamət və şikayətlərdir.
Ürək nahiyyəsindəki ağrılar vena damarlarının spazmı nəticəsində ürək əzələsinin qanla yaxşı təchiz olunmaması səbəbindən olur.
Töyşümə və təngənəfəslik karbon qazı çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində - qanın oksigenlə lazımi qədər doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğuna görə baş verir.
Ürək-damar sisteminin xəstəliklərində ödemlər ürəyin sağ mədəciyinin çatmamazlığı, böyük qan dövranının venalarının həddindən artıq qanla dolması, venoz qan təzyiqinin qalxması, qanın duru hissəsinin damarlardan ətraf toxumalara çıxması nəticəsində mələ gəlir. Bu və ya digər səbəblərdən baş vermiş ürək-damar xəstəlikləri zamanı ürəyin müxtəlif şöbələrinin işi çətinləşir ki, bu da nəticədə ürək çatmamazlığına səbəb olur. Kəskin ürək çatmamazlığına miokard infarktını göstərmək olar.
Miokard infarktı.
Miokard infarktı koronar qan təchizatının pozulması nəticəsində ürək əzələsində meydana çıxan nekrotik ocağın əmələ gəlməsidir.
Etioloji amillər içərisində koronar damarların aterosklerozu birinci yeri tutur, aterosklerotik düyünlər olan yerlərdə tromb daha çox əmələ gəlir. Trombun əmələ gəlmə səbəblərindən biri də tac damarlarının keçiriciliyinin artmasıdır. Miokard infarktı tac arteriyalarının anatomik və funksional yəni nevrogen pozğunluğunun nəticəsidir.
Hipertoniya xəstəliyi aterosklerozun inkişafına, müəyyən dərəcədə də sol mədəciyin hipertrofiyasına səbəb olur ki, bu da koronar qan dövranına olan tələbatı artırır.
Şəkərli diabet zamanı lipid mübadiləsinin pozulması nəticəsində aterosklerozun inkişafı da bir amildir.
Risk amillərindən – fiziki və psixi gərginlik, infeksiyalar, cərrahi müdaxilə, travmalar, çox yemək, soyuq, papiros çəkmək, alkoqolizm və s. rolu böyükdür.
Klinikası – ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxaraq stenokardiyanı xatırladır, lakin ondan fərqli olaraq 20-30 dəqiqə, bəzən bir neçə saat davam edən şiddətli, dözülməz ağrılardır, ağrılar sol qola, çiyinə, boyuna yayılır. Bədən hərarəti ikinci gündən 38-40 0 –yə qalxır. Xəstənin bədəni yapışqanlı soyuq tərlə örtülü olur, nəbz kiçik və tez-tez vurur, arterial təzyiqin şiddətlə azalması müşahidə olunur.
Ağciyərin ödemi və auskultasiyada çoxlu yaş xırıltılar, hətta boğulma da müşahidə olunur. Bəzən qaraciyərin böyüməsi və ağrılı olması, boyun venalarının şişməsi və sianozun olması ilə sağ mədəciyin zəifləməsi baş verir. Miokard infarktında ürəyin partlaması və mədəciklərarası çəpərin cırılması zamanı terapiya acizdir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin