Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Tənəffüs üzvlərinin xəstəlikləri zamanı baş vermiş ağırlaşmalar



Yüklə 438 Kb.
səhifə5/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   2   3   4   5   6   7   8   9   ...   54
Bölmə 4

Tənəffüs üzvlərinin xəstəlikləri zamanı baş vermiş ağırlaşmalar.
Ağciyər absesi – ağır xəstəlik olmaqla çox vaxt cavanlarda təsadüf olunur. Ağciyər absesi gedişinə görə kəskin və xroniki olur. Kəskin absesin klinik gedişi 3 dövrə bölünür:
I dövr – toxumanın dağılması
II dövr – bronxun deşilməsi
III dövr – sağalma dövrüdür
Klinikası – xəstə bronx deşilincə döş nahiyyəsində ağrıdan və temperaturdan əziyyət çəkir. Sonra öskürək artır və qan qarışıq bəlğəm ifraz olunur, bu zaman bədən temperaturu enir və xəstə özünü bir qədər yaxşı hiss edir. Rentgenoloji müayinədə boşluq əmələ gələnə qədər yəni deşilənə qədər kölgə göstərir, boşaldıqdan sonra kölgənin daxilində işıqlı sahə görünür.
Müalicəsi – abses iki yolla həm konservativ, həm də cərrahi yolla aparılır.
Konservativ müalicə - xəstəyə ciddi yataq rejimi təyin edilir, palataya təmiz hava gəlməsi təmin edilir. Sulfanilamid preparatları, antibiotiklər təyin edilir. Xəstənin yeməyi zülallı, vitaminli, əsasən A və C vitaminləri ilə zəngin olmalıdır. Bərk öskürək zamanı kodein verilir, venaya 10%-li 10,0 kalsium-xlor yeridilir.
Abseslərin cərrrahi yolla müalicəsinə konservativ müalicə metodu 6-7 həftə aparıldıqdan sonra yaxşılaşma olmadıqda başlanır, irinlik plevraya açıldıqda, absesin gedişin ağırlaşma verdikdə cərrahi əməliyyatdan istifadə olunur.
Ağciyər qanqrenası – ağciyər toxumasının çüriyərək əriməsindən ibarət olan ağır xəstəlikdir. Ağciyərlərin travması, alkoqolizm, diabet, sinir sisteminin və orqanizmin müqavimətini azaldan səbəblər ağciyər qanqrenasının əmələ gəlməsində böyük rol oynayır. Ağciyər qanqrenasında kəskin qanqrena və xroniki qanqrena qeyd edilir.
Kəskin qanqrena döşdə kəskin ağrılarla, temperaturun birdənn yüksəlməsi, üfunətli qanla qarışıq bəlğəm ifrazıdır. Qanqrena boşluğu bronxla birləşdikdə xəstənin ümumi vəziyyəti yaxşılaşır. Ağciyər qanqrenası ilə absesin fərqi odur ki, qanqrenada bəlğəm üfunətli və üçqat olur, rentgendə xarakterik şəklin alınmasıdır.
Xronik qanqrena – nisbətən yüngül formada olub, ağciyərin başqa xəstəlikləri ilə birlikdə gedir. Xronik qanqrenada əsas əlamətlərdən biri də əl və ayaq barmaqlarının dırnaq falanqalarının qalınlaşmasıdır.
Müalicəsi və profilaktikası – pnevmoniyanın antibiotiklərlə ciddi müalicə olunması, ağız boşluğunun sanasiyası, habelə orqanizmin müqavimətini artıran tədbirlərin görülməsi qanqrena və absesin əmələ gəlməsinə müəyyən qədər mane olur.
Hər şeydən əvvəl yataq rejimi, təmiz hava və vitaminlərlə zəngin yeməklər təyin edilməlidir. Antibiotiklər həm əzələyə, həm də venaya təyin edilir, gecikmiş hallarda antibiotiklər həm traxeyaya, hən də ağciyərə vurulur. Novokain blokadası, qanköçürmə kimi tədbirlər görülür.
Müalicədən sonra xəstələr nəzarət altında saxlanmalı, sanator-kurort müalicəsinə göndərilməli, onlara quru və təmiz havalı iqlim şəraiti məsləhət olunmalıdır. Xəstələri tənəffüs sisteminə zərərli təsir edən iş şəraitindən azad etmək lazımdır.



Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin