Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu



Yüklə 0,9 Mb.
səhifə38/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
Маркетингин коммуникасийа системи (3)

Natural formada güzəştlər:
Stimullaşdırmanın bu formasında istifadə olunan aşağıdakı üsulları göstərə bilərik:
-vasitəçilərin, ticarət agentlərinin, topdan və pərakəndə ticarətçilərin həvəsləndirilməsi zamanı hədiyyələr nəzərdə tutulan musabiqələr keçirilir və müəyyən miqdarda xal toplayan şəxs həmin mükafatı əldə edir;
- «sirli müştəri» əməliyyatı. İstehsalçı müəssisə tərəfindən «sirli müştəri» kimi təqdim olunmuş şəxslər bir ticarət müəssisəsindən digərinə keçərək gizli yolla mağazaların vitrinlərində müəssisənin məhsullarının tam çeşidlə səliqəli düzülməsini məxfi qaydada qiymətləndirir, reklamın mövcüdluğunu yoxlayır, malların satışının yüksək enerci ilə həyata keçirildiyini, alıcılarla lazımi təbliğat aparıldığını müəyyənləşdirirlər və bunlar nəzərə alınmaqla mağazaların sahiblərinə qiymətli hədiyyələr verilir.
- nümunələrin paylanması. Bu üsul istehsalçılar tərəfindən ticarət vasitəçiləinə əmtəə nümunələrinin pulsuz qaydada verilməsini nəzərdə tutur.
- istehsalçıların və vasitəçilərin birgə tədbirləri. Bu metod istehsalçıların, vasitəçilərin, ticarət agentlərinin birgə işinin nəticəsi kimi müxtəlif oyunlar keçirilməklə stimullaşdırma tədbirlərinin, həmçinin istehlakçıların həvəsləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
- vitrinlərin müsabiqəsi. Ən yaxşı vitrin müsabiqəsi istehsalçı tərəfindən satışın həvəsləndiriləmsi çərçivəsində, konkret dövr ərzində, hər hansı əmtəənin vitrində daha yaxşı yerləşdirilməsinə görə qalibin müəyyən edilməsini və ona hədiyyə verilməsini nəzərdə tutur.
Satıcıların stimullaşdırılması. İstehsalçılar satıcıların həvəsləndirilməsini həyata keçirərkən bir sıra üsullardan istifadə edirlər. Onlara müsabiqələr keçirilməsini, mükafatlar verilməsini, qiymətlərdə güzəştlər edilməsini - illik planların yerinə yetirilməsinə və yüksək nəticələr əldə edilməsinə görə əmək haqqına əlavələr edilməsi və ya mükafatlar verilməsi və s. aid etmək olar. Mükafatların məbləği bəzən 2-3 aylıq əmək haqqı səviyyəsində olur. Lakin satıcının bütün il ərzində həvəsləndirmək lazım gəldiyindən, mükafatın ümumi məbləği plan göstəricilərinin yerinə yetirilməsindən asılı olaraq müəyyənləşdirilir.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin