Mövzu I. MarketiNQİn kommunikasiya sistemi, ONUN Marketinq fəALİYYƏTİNDƏ yeri VƏ rolu


Xüsusi qiymətlər və yaxud xırda topdansatış



Yüklə 0,9 Mb.
səhifə40/60
tarix04.04.2023
ölçüsü0,9 Mb.
#93115
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
Маркетингин коммуникасийа системи (3)

Xüsusi qiymətlər və yaxud xırda topdansatış. Qiymətin aşağı salınması tək bir məhsul deyil, xırda məhsul partiyasına şamil edilir. bu zaman xırda məhsul partiyasının alınmasına görə nəzərdə tutulan ciddi qəymət güzəştləri istehlakçını daha çox maraqlandırır. Bu cür qiymət azaldılması ucuz mallara tətbiq edildikdə daha effektli olur. Xırda partiyalarla satılan mallar bir kisəyə qablaşdırılır və üzərində onun stimullaşdırıcı satış obyekti olması göstərilir.
Qarışıq malların satışı. Bir-birini tamamlayan bir neçə məhsulun komplekt şəkildə güzəştli qiymətlə satılması nəzərdə tutulur. Bu zaman komplektin qiymətinin komplektə daxil olan məhsulların ayrı-ayrılıqda qiymətlərinin cəmindən aşağı səviyyədə müəyyən olunması istehlakçılarda həmin komplektə əlavə maraq doğurur.
Məhsulun qiymət fərqi ödənilməklə istifadə edilmiş köhnə məhsullara dəyişdirilməklə satışı. Bu metod adətən yüksək qiymətli texnika və avadanlıqların satışı zamanı tətbiq edilir və geri alınan mal təkrar satılmaq üçün deyil xammal kimi istifadə olunmaq məqsədi ilə əldə edilir.
Müəyyən miqdar mal alışı zamanı pulsuz əlavə mal verilməsi. Belə üsulla stimullaşdırma dolayı yolla qiymət azaldılması , qiymət güzəşti deməkdir. Bu stimullaşdırma metodu istehlakçıda iki istiqamətdə maraq oyadır. Birincisi, hər hansı bir qiymət azaldılmasında olduğu kimi vasaitə qənaət etməyə imkan verir. İkincisi, istehlakçı əliaçıq istehsalçı ilə qarşılaşmış olur.
Qiymət güzəştlərilə məhsul alınmasına hüquq verən kuponların yayılması. Sertifikat xarakteri daşıyan kuponlar istehlakçılara ayrı-ayrı məhsulların alışı zamanı qənaət etməyə imkan verir.
İstehlakçıların stimullaşdırılmasının digər növü natura şəklində həvəsləndirmədir. Məhsulun təbiətindən asılı olaraq natura şəklində həvəsləndirmənin aşağıdakı formaları tətbiq edilir:
- birbaşa mükafatlar. Mal alışı zamanı alıcıya güzəşt edilməsini nəzərdə tutur.
- nümunələr. Alıcılara az miqdarda malın yoxlamadan keçirilmək məqsədilə pulsuz istifadəyə verilməsi.
Natural şəkildə birbaşa mükafatlar adətən aşağıdakı növlərə bölünür:
a). İstehlakçıya mal alışı zamanı təqdim olunan mükafatlar. Bu cür mükafatlar bir neçə formada həyata keçirilir:
- malın özündə həkk olunan mükafatlar;
- mala əlavə olaraq bağlanılan mükafatlar
-alıcıya mağazadan çıxarkən kassadan verilən mükafatlar.
b). Ticarət müəssisəsini cəlb etməklə birbaşa mükafatlar. Stimullaşdırma obyekti hesab edilən malların alışından əlavə olaraq mal alınmasına görə verilən mükafatlar.
v). Sonradan ödənilən mükafatlar. Bu halda mükafat verilmir. Mükafat yalnız mal alışını təsdiq edən sənədi müəyyən ünvana göndərildikdən sonra alına bilər.
q). Malların gələcəkdə hansısa məqsəd üçün təkrar istifadə oluna bilən qablara yerləşdirilməsi qaydasında mükafatlandırma. Mallar elə qablara yerləşdirilir ki, onları sonradan digər məqsədlər üçün istifadə etmək mümkün olur.
d) Öz-özünə ödənilən mükafat. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, alıcıya yüksək keyfiyyətli mal ucuz qiymətə verilir, bir şərtlə ki, o halda müəssisənin digər məhsulunun alınmasını təsdiq edən sənəd təqdim edilir.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin