İnteraktiv markteinq. Müasir dövrdə birbaşa markteinqin ən sürətlə inkişaf edən istiqamətlərindən biri kompüter şəbəkəsindən istifadə etməklə həyata keçirilən interaktiv markteinqdir. Birbaşa markteinqin bü forması satıcı ilə alıcı arasında ikitərəfli qarşılıqlı əlaqəni təmin edir. Bu əlaqə olduqca sürətlə baş verir və iki istiqamətdə həyata keçirir: operativ kommersiya xidməti və İnternet. Birinci halda alıcılar kompüter vasitəsilə xüsusi xidmət göstərən təşkilatların xidmətindən istifadə edirlər. Belə xidmətlərə kataloq üzrə mal almaq, bilet sifariş vermək, idman məlumatları əldə etmək, turizm səyahəti ilə bağlı sifarişlər vermək, müxtəlif bank əməliyyatlarını həyata keçirmək, mehmanxanalarda yer sifariş vermək, müvəqqəti istifadə üsün avtomobil sifariş etmək, müxtəlif əyləncəli proqramlarda iştirak etmək, hava haqqında məlumat əldə etmək, elektron poçt vasitəsilə informasiya mübadiləsini həyata keçirmək və s. bu kimi xidmətləri aid etmək olar. Bu cür xidmətlərdən istifadə aylıq ödənişlər edilməklə həyata keçirilir.
İnternetdən istifadə edilməklə məhsul satışının və ya xidmət göstərilməsinin həyata keçirilməsi elektron ticarəti adlandırılır. Bu zaman sağtıcılar ticarət zalında müxtəlif elektron texnologiyadan istifadə etməklə öz məhsullarını və xidmətlərini təklif edirlər. Alıcılar isə onlara lazım olan informasiyanı əldə edirlər, əmtəəni və ya xidməti seçilər, elektron ödəniş katrlarından istifadə etməklə öz sifarişlərini verirlər. İnternetə daxil olan alıcgılar mal alışını həyata keçirərkən özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olurlar və bu işə müxtəlif cür yanaşırlar. Ümumiyyətlə interaktiv marketinqdən istifadə edərkən alıcılar daha çox üstünlüyə malik olurlar. Alıcılara vaxt itirmək, harasa maşın sürmək lazım gəlmir. Onlar evdən çıxmadan sadəcə İnternet xidmətindən istifadə etməklə özlərinə lazım olan malı seçirlər və onu almaq imkanına malik olurlar. İnternet alıcılara firma və onun məhsulları haqqında, həmçinin firmanın rəqibləri haqqında geniş və hərtərəfli məlumat əldə etməyə imkan verir.
İnteraktiv markteinq istehsalçı müəssisələr və satıcılar üçün də əhəmiyyətlidir. Marketinqin bu forması satıcılarla alıcılar arasında birbaşa əlaqələr və uzunmüddətli, etibarlı münasibətlər formalaşdırmağa imkan verir. Satıcılar bu zaman alıcıların arzu və istəklərini, tələbatlarını daha dərindən öyrənmək, onlar haqqında daha dolğun və geniş məlumat əldə etmək, məlumatlar bazasını yaratmaq imkanı əldə edirlər. İnteraktiv marketinq satıcıya öz fəaliyyətində sürətlə dəyişiklik etmək, məhsul çeşidində, məhsulun qiymətində operativ qaydada düzəlişlər etmək imkanı da verir.
İnternet xidmətlərindən istifadə eyni zamanda alıcılara istənilən anda, məsafəsindən asılı olmayaraq lazımı şəhərdə satış firmasının məhsul satışı kataloquna baxmaq, istənilən məlumatı əldə etmək imkanı da verir. Bütün bunlara baxmayaraq interaktiv marketinqin tətbiqi hərtərəfli düşünülməli. Onun hansı məhsullar üzrə həyata keçirilməsinin daha olması barədə qərar qəbul edilməlidir.
İnteraktiv marketinqin tətbiq olunmasında müxiəlif üsullardan istifadə edilir. Onlara elektron poçtdan istifadə edilməsini, elektron mağaza yaradılmasını, internetdə reklam elanlarının yerləşdirilməsini, İnternet-proqram iştirak edilməsini misal göstərmək olar.
İnteraktiv marketinqin özünəməxsus üstünlükləri və çatışmamazlıqları vardır. Onun kommunikasiya sisteminin yeni bir istiqaməti olmasına baxmayaraq, tətəbiqi prosesində bir sıra problemlər meydana çıxır. Belə problemlərə – alıcıların sayının və məhsul satışının məhdud olmasını, informasiyanın çoxluğu və qarşılıqlığını, alıcıların kredit kartlarından istifadə olunmaqla apardıqları əməliyyatlara kənar şəxslərin daxil olma imkanlarını, alıcılara onların imkanlarından asılı olaraq müxtəlif münasibətlərin bəslənməsini və s. misal göstərmək olar. Bütün bunlara baxmayaraq hal-hazırda interaktiv marketinq kommunikasiya sisteminin əsas elementlərindən biri kimi tətbiq olunmağa başlamışdır və yaxın gələcəkdə daha çox firmalar marketinqin bu formasından geniş istifadə etməyə çalışacaqlar.