MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ



Yüklə 18,48 Mb.
səhifə21/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası

Nəzərə almaq lazımdır ki, açarın uzunluğu başlanğıc mətnin uzunluğu ilə eynilik təşkil etməlidir. Əgər açarın uzunluğu şifrələnəcək sözün uzunluğundan az olarsa, onda açarı dövrü olaraq lazımı uzunluğu alana kimi yazmaq lazımdır.

Qronsfeld şifrələmə üsulundan istifadə etməklə


NEFT BAKISI


kalamını şifrələyək. Açar kimi “2015” rəqəmlər ardıcıllığını götürək. Qeyd etdiyimiz kimi açarın uzunluğu sözün uzunluğundan az olarsa, onda açarın uzunluğunu sözün uzunluğuna uyğunlaşdırmalıyıq. Onda istifadə edəcəyimiz açarın uzunluğu bu şəkili alacaq:


2015 201520


Mətni verilmiş cədvələ müraciət etməklə şifrələdikdə aşağıda verilmiş şifrələnmiş kalamı alacağıq (yuxarıda verilmiş cədvələ nəzər sal).

PEGY DALNUI


Həmin ərəfədə şifrələmə işlərini yerinə yetrimək üçün məşhur riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) dəvət edilir. Bununla yanaşı alim İngiltərədən və Rusiyadan da dəvətlər alır.

İngiltərədə lord-protektor Oliver Kromvel (Oliver Gromwell, 1599-1658) rəhbərliyinin qısa müddətində ölkədə xüsusi kəşfiyyat idarəsi yaratmağa nail olur. Təşkilat İntelligence service adlandırılır (ingiliscə İntelligence sözü bir neçə cür, bir halda “informasiya”, digər halda isə “ağıl” mənasını daşıyır). Təşkilatın şöbələrinin birinə alınmış məktubların şifrədən azad edilməsi tapşırılır. XVII əsrin ortalarında kriptoqrafiya və kriptoanaliz işlərinə məşhur ingilis riyaziyyatçısı Con Vallisi də dəvət edirlər.

Şifrələmə təşkilatlarının yaradılmasında Fransa dövləti də müəyyən irəliləyişlər edir. Lüdoviq XIII rəhbərliyi zamanı ölkədə məlumatların şifrədən azad edilməsini yerinə yetirən şöbə yaradılır və şöbəyə rəhbərlik Antuan Rossinola (Antoine Rossignol, 1600-1682) həvalə olunur.

Fransada gizli təşkilatların yaradılmasında həll edici rolu kardinal Rişelye (Armand Jean du Plessis Richelieu, 1585-1642) oynayırdı. Kriptoqrafiya tarixinə kardinal ancaq təşkilatçı kimi deyil, “Rişelye şifrələmə üsulu”nun müəllifi kimi də daxil olmuşdur. Şifrələmə üsulu simvolların yerdəyişməsinə əsaslanırdı. Şifrələmə zamanı mətn hissələrlə bölünər, hər bir hissə müəyyən qaydaya uyğun şifrələnərdi.

Fransada kriptoqrafiya sahəsində ciddi irəliləyiş kral Lüdoviq XIV ölkəyə rəhbərliyi zamanında olmuşdur. Araşdırmaçılar qeyd edirlər ki, kralın icad etdiyi üsul ilə şifrələnmiş məlumatları şifrədən azad etmək o qədər də asan deyildi, hətta Vijenerin üsulu ilə şifrələnmişlərdən də çətin idi. Kral yazışmalarının şifrələnməsini sadələşdirmək üçün müxtəlif rəqəmlərdən istifadə edirdi. Məsələn, “düşmənçilik” kəlməsi dörd hecadan ibarətdir. Kral hecaları rəqəmlərlə əvəz etdiyi üçün şifrələnmiş söz rəqəmlər toplusuna çevrilirdi. Bununlada düşmən əlinə keçmiş məktubu şifrədən azad etməkdən ötrü yüzlərlə rəqəmlər toplusu araşdırılmalı idi, çox hallarda şifrəçilər nəticə əldə edə bilmirdilər.

Hərbçi A.Rossinolun bir kalamı həmişə dillər əzbəri olmuşdur: “Şifrələnmiş hərbi məlumat yerinə çatana kimi dayanıqlıdır, çünki o müəyyən müddət ərzində məxfidir. Hərbi hissə məlumata uyğun əmri yerinə yetirdikdən sonra o dayanıqlığını və məxfiliyini itirir”. Bununla yanaşı fransız kriptoloqu belə hesab edirdi ki, şifrələnmiş məlumat bir neçə on illiklər ərzində məxfiliyini saxlamalıdır. A.Rossinol mütəxəssislərə məlum olan çoxlu sayda şifrələnmiş diplomatik məlumatların müəllifidir. Bu məlumatlar onun adını daşıyır.

Qeyd etmək lazımdır ki, fransiz imperatoru Napoleon I (1769-1821) hərbi yürüşlərində verdiyi hərbi əmrləri özünə məxsus şifrələmə üsulu ilə şifrələyirdi (üsulu Rossinolun şifrələmə üsulunun variantlarından biri saymaq olar).



DƏMİR MASKALI ADAM


Öndə qeyd edildi ki, fransanın kralı XIV Lüdoviqin icad etdiyi şifrələmə üsulu ilə şifrələdiyi məlumatları uzun illər boyu şifrədən azad etmək mümkün olmayıb. Axır ki, Lüdoviqin şifrələnmiş məlumatlarının deşifrə olunması mümkün olur. Bu missiyanı fransa ordusunda kriptoqraf işləyən Eten Bazeri (Etienne Bazeries, 1846-1931) həyata keçirir. Kriptoqraf deşifrə əməliyyatını yerinə yetirmək üçün tezlik analizindən istifadə edir. Bununla Bazeri fransız dilində hansı hərfin daha çox istifadə edildiyini müəyyənləşdirir. Baş vermiş hadisələrdən sonra tarixçilər üçün fransiz hökümdarının şifrələnmiş məlumatlarını oxumaqla yanaşı araşdırmaq heç bir çətinlik yaratmır.

Qeyd etmək lazımdır ki, fransız kralının sarayında baş vermiş hadisənin uzun illər boyu məxfi saxlanması tarixçiləri çox maraqlandırırdı. Hətta bu hadisə dövrünün tanınmış yazıçılarının əsərlərində və kino rejisorlarının çəkdikləri filmlərdə də öz əksini müəyyən qədər tapmışdı. Söhbət general Viven de Bulondan gedir. General müharibənin gedişi zamanı qorxaqlıq etmiş, döyüş meydanından qaçmışdı. Bu isə fransız ordusu üçün rüsvayçılıqdan başqa bir şey deyildi. Odur ki, döyüşün gedişi ilə yanaşı orduda baş vermiş xoşagəlməz hadisə haqqında ordu komandirinin əlahəzrətə yazdığı məktubda belə cümlə yazılmışdı: “Əlahəzrət, təcili olaraq general Viven de Bulon həbs edilməli və Pinerol qalasında məhbus kimi saxlanmalıdır. Onun kamersı gecə-gündüz mühafizə edilməlidir. Məhbus ancaq maskada gecə gəzintisinə buraxıla bilər”.



KRİPTOQRAFİYANIN RUSİYADA İNKİŞAFI


Əsrin ortralarında Avropa ölkələrinin əksəriyyətinin Rusiya ilə ticarətlə yanaşı diplomatik əlaqələri də genişlənir. Sözsüz ki, əlaqələrin bu şəkildə artması ölkələrdəki səfirlərin və səfirliklərin işlərində əks olunmalı idi. Bu yanaşmadan ölkələr arasında yazışmaların artması həmin ölkələrdə müvafiq təşkilatların – şifrələmə xidmətinin yaradılmasına səbəb oldu.

Bu sahədə I Pyotrun az rolu olmamışdır. Görkəmli dövlət xadimi 1718-ci ildə “Posolluq prikazı” əmrinin yerinə Xarici işlər kollegiyasının yaradılmasına sərəncam verir. Yaradılmış qurumun tərkibində olan xüsusi bölmə dövlətlər arası yazışmaların şifrədən azad edilməsi ilə məşğul olurdu. Bölmə digər ölkələrdə yaradılmış “qara kabinet”lərin funksiyasını yerinə yetirirdi. Xaricdən ölkəyə daxil olan və ölkədən xaricə yola salınan bütün korrespondensiya bölmədə təhlil edildikdən sonra ünvan sahibinə catdırılırdı.

I Pyotr dövlət kriptologiya xidmətinin formalaşmasına diqqət yetirir, bu sahədə seçilən və tanınmış mütəxəssisləri işə dəvət edirdi. Bunlardan biri dövrünün görkəmli alimlərindən sayılan alman riyaziyyatçısı Q.Leybnis idi. Əfsuslar olsun ki, Q.Leybnis bölməyə işə qəbul edilsədə, orada fəaliyyət göstərməyə imkan tapmır, çünki 1725-ci ildə məşhur alim, riyaziyyatçı Xristian Qolbaxın Rusiyaya dəvət edilməsi Q.Leybnisin xatirinə dəyir, onun öz ölkəsinə qayıtmasına “şərait” yaradır. Nəzərə çatdırmaq lazımdır ki, I Pyotr bölməyə nəin ki, rusiyadan, həmçinin digər ölkələrdən də mütəxəssisləri dəvat edir, onlarla bu sahədə ətraflı söhbətlər aparır və məsləhətlər verirdi.

Qeyd etmək yerinə düşər ki, I Pyotrun icad etdiyi şifrələmə üsulu (üsul “Şifrələmə əlifbası” adlanır, 1709-cu ildə icad olunmuşdur) uzun illər bölmədə istifadə olunmuş, dünya şifrələmə tarixində müəyyən dəyərə malik olmuşdur.

1725-ci ildə I Pyotrun ölümündən sonra rus çarları və çar arvadları Almaniyadan dəvət olunmuş görkəmli riyaziyyatçıların və kriptoqrafların xidmətlərindən həmişə bəhrələnmişlər. 1727-ci ildə Rusiyada kriptoqrafiya sahəsində kriptoqraf və astronom Leonard Eyler (1707-1783), 1757-ci ildən isə riyaziyyatçı və fizik Frans Epinus (1724-1802) fəaliyyət göstərmişdir.

XIX ƏSR KRİPTOLOGİYASI


Bəşəriyyət tarixində XIX əsr təkcə ədəbiyyat və incəsənət sahələrində deyil, həmçinin texnika sahəsində yeni-yeni ixtiraların edilməsi əsri kimi xarakterizə edilir.

Dəqiq elmlərin inkişafı, birinci növbədə riyaziyyatın və mexanikanın inkişafı məlumatların sürətlə şifrələnməsini təmin edən yeni şifrələmə sistemlərinin yaradılmasına səbəb olur. XIX əsrdə hiss ediləcək dərəcədə məlumatların deşifrələnməsinin nəzəri əsaslarının inkişafı ön plana çəkilir. XIX əsrin 80-cı illərindən başalyaraq bütün ölkələrdə kriptoqrafiya bir elm sahəsi kimi qəbul edilir və ölkələrin əksər ali məktəblərində tədris olunur.



KÖHNƏ VƏ YENİ ŞİFRƏLƏMƏ ÜSULLARI


XIX əsrin başlanğıcı tarixdə Napolion müharibəsinin gedişatı ilə bağlıdır. Fransa imperatoru Napolion Bonapart bütün Avropanı müharibə ocağına çevirmişdi. Aydın məsələdir ki, müharibənin gedişi yeni şifrələmə sistemlərinin yaranmasını tələb edirdi. Əsas səbəb müxtəlif coğrafi mövqelərdə yerləşən qoşun hissələrinin idarə edilməsinə zəruriyyətin yaranması idı. Müharibənin gedişi zamanı kriptoqrafiyanın inkişafıl ilə əlaqəli bir məqalənin çap edilməsi müşkül bir məsələyə çevrilmişdi. Kriptoanalitiklər bu ərəfələrdə bu barədə söhbət açmağa belə cürət etmirdilər.

Napolion ordusunun darmadağın edilməsindən bir neçə illər sonra, 1819-cu ildə Fransada o dövr üçün məlum sayılan şifrələmə sistemləri ilə yanaşı sadə şifrələmə üsullarını əhatə edən ensiklopediya çapdan çıxır.

Artıq XIX əsrdə bir çox avropa ölkələrində biqramm şifrələmə üsullarının yaradılması sahəsində aktiv işlər həyata keçirilir. Məsələn, Rusiyada biqramm şifrələmə üsulunun digər variantının hazırlanması ilə P.F.Şillinq (1786-1837), Britaniyada isə Çarlz Vetstoun (1802-1875) məşğul olur.

Sonralar “İkiqat kvadrat” adlanan biqramm şifrələmə üsulunu britaniyalı alim, ser Çarlz Vetstoun (Charles Wheatctone) təkilif edir. XIX əsrdə digər biqramm şifrələmə üsulu Kraliça Viktoriyanın poçt ministri, baron Leon Pleyferə (Lyon Playfair, 1818-1898) məxsusdur. İngilislər Birinci Dünya Müharibəsi zamanı “Playfair” şifrələmə üsulundan geniş şəkildə istifadə etmişlər.

Kriptoqrafiyanın inkişafına böyük təsir Samuel Morze (Sammuel Morze, 1791-1872) tərəfindən teleqrafın kəşf edilməsi oldu. İşgüzar bizneslə məşğul olanlar edilmiş kəşfi yüksək səviyyədə qiymətləndirdilər. Nəticədə “Məxfi korrespondensiya üçün lüğət” işıq üzü gördü. Lüğətin köməyilə işgüzar aləmin insanları Morzenin elektromaqnit teleqrafından istifadə edə bildilər.

XIX əsrin ikinci yarısı Vijenerin icat etdiyi şifrələmə üsulundan istifadə etməklə şifrələnmiş məlumatların açıqlanması ilə əlamətdardır. 1863-cü ildə prussiya ordusunun zabiti Fridrix Kazisskinin “Gizli yazışmaların sirri və deşifrələmə üsulları” adlı kitabı çap edilir. Kitabda təkrarlanan parollu çoxəlifbalı şifrələrin açıqlanması izah olunurdu.


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin