MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ



Yüklə 18,48 Mb.
səhifə24/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası

1917-ci ilin fevral ayında şifrədən azad olunmuş teleqramın mətni amerika jurnalistlərinə təhvil verilir. Teleqramın mətnindən hiddətlənən amerika ictimaiyyəti və Amerika dövləti 2 aprel 1917-ci ildə Almaniyaya müharibə elan edir. Beləliklə, Avropada başlayan müharibə dünya müharibəsinə çevrilir və nəticədə alman ordusunun məğlubiyyəti ilə tamamlanır.

Alman ordusunun komandanlığı uzun müddət belə fikirləşirdilər ki, teleqram Meksika dövləti tərəfindən oğurlanmışdır. 20-ci ilin ikinci yarısında məlum olur ki, ingilislər nəinki bu teleqramı, ümumilikdə almanlara məxsus olan bütün şifrələnmiş məlumatları müharibənin sonuna kimi şifrədən azad edə bilirmişlər. Baş vermiş hadisə almanları şok vəziyyətinə salır. Vəziyyətdən çıxış yolu isə ən yaxşı şifrələmə maşınının yaradılması olur. Bu baxımdan ixtira olunan “Eniqma” maşını göndərilən məlumatları elə formada şifrələyirdi ki, onları şifrədən azad etmək müşkül məsələyə çevrilirdi. Kriptoqrafiya sahəsində geri çəkiməyə alışmamış ingilis komandanlığı “Eniqma” maşınında şifrələnmiş məlumatların şifrədən azad edilmə yollarını da fikirləşib tapır.


ŞİFRƏLƏMƏ MAŞINLARI


Birinci Dünya Müharibəsindən sonra kriptoloqlara aydın oldu ki, şifrələnmiş və deşifrələnmiş materialların sürətli rabitə xətti vasitəsilə ötürülməsi üçün yeni yollar axtarılmalıdır. Odur ki, iki dünya müharibəsi arasında qalan müddət şifrələmə maşınlarının yaradılması və bu sahədə intensiv sürətdə şifrələmə işlərinin yerinə yetirilməsi ilə xarakterizə olunur. Nəticədə İkinci Dünya Müharibəsinin başlanğıcında müxtəlif ölkələrdə müxtəlif elektromexaniki şifrələmə maşınları yaradılır və onlar əcdadları olan mexaniki maşınları texniki xarakteristikalarına görə müəyyən qədər geridə qoyur.

Alman-faşist qoşunları hərb meydanlarında (həm quruda, həm də ki, suda) müəyyən ana kimi müvəffəqiyyətlə “Eniqma” maşınından istifadə edir. Yaponlar isə müharibənin gedişi zamanı Sakit okean vuruşlarında amerikalıların “Purpur” adlandırdığı şifrələmə maşınından istifadə edirdilər. Amerikalılar bu ərəfələrdə şifrələmə əməliyyatlarını yerinə yetirmək üçün “SIGABA” maşınından, ingilislər isə “Type X” maşınından istifadə edirdi. Etiraf etmək lazımdır ki, istifadə edilən şifrələmə maşınları müharibənin gedişində və çoxlu sayda hərbi əməliyyatlarda həlledici rol oynamışlar. Bunlarla yanaşı keçmiş sovetlər məkanında da şifrələmə maşınlarından uğurla istifadə olunurdu. Mütəxəssislər qeyd edirlər ki, sovetlər ölkəsində istehsal olunan şifrələmə maşınları xarici ölkələrdə istehsal olunan şifrələmə maşınlarından bir çox parametrlərinə görə üstünlüklərə malik idi.

Beləliklə, İkinci Dünya Müharibəsinin başlanğıcında dünyanın aparıcı ölkələrində kriptoqrafik xidmət sahəsi elektromexaniki şifrələmə maşınları ilə təhciz edilmişdi. Bu növ maşınlar o dövr üçün informasiyanın yüksək təhlil olunma sürətinə malik olmaqla yanaşı istifadə olunan şifrələrin dayanıqlığını da təmin edirdi. Bəzən belə fikirlərdə söylənilirdi: bu maşınların köməyilə şifrələnmiş məlumatları şifrədən azad etmək mümkün deyil. Amma müharibənin gedişi zamanı bu fikir təsdiqlənmədi.


“ENİQMA” VƏ “LORENS” ŞİFRƏLƏMƏ MAŞINLARI


Eniqma” şifrələmə maşınının yaranma tarixi müəmmalıdır və çoxlu sayda sirrlərlə doludur. Bəzi araşdırmaçılar hesab edirlər ki, 1926-cı ildə almanlar şifrələmə maşınını ixtiraçı Edvard Xeberndən (Edward Hugh Hebern, 1869-1952) müəyyən qiymətə almışlar. İxtiraçı şifrələmə maşınını 1915-ci ildə ixtira etmiş, 1918-ci ildə ona patent almışdır. Digər araşdırmaçılar isə bu fikirdədirlər: “Eniqma”nın müəllifi tanınmış alman mühəndisi Artur Şerbiusdur (Arfhur Scerbius, 1878-1929). A.Şerbius şifrələmə maşınını 1918-ci ildə ixtira etmişdir. Bəzi yazarlar isə şifrələmə maşınının yaranmasını və iş prinsipinin verilməsini hollandiyalı Quqo Koxun (Hugo Koch) adı ilə bağlayırlar. Bəziləri isə tamam başqa fikirdədirlər: şifrələmə maşını isveçli araşdırmaçı A.Damma (A.G.Damm) məxsusdur.

Əvvəllər “Eniqma” tanınmış alman firmasi “SIEMENS” tərəfindən istehsal olunur və kommersiya xarakterli informasiyanın şifrələnməsində istifadə edilirdi. Amma XX əsrin 20-ci illərində alman ordusu şifrələmə maşınına sahib çıxır və ondan hərbi məqsədlər üçün istifadə edir. Almanlardan başqa digər avropa ölkələri də şifrələmə maşınını əldə edirlər. Məsələn, texniki ədəbiyyatlarda qeydlər vardır ki, “Eniqma”nı isveçrənin Baş ştabı öz məqsədləri üçün almış və ondan istifadə etmişdır.

Nəzərə almaq lazımdır ki, o dövrlər üçün “Eniqma”nının quruluşu çox mürəkkəb hesab olunurdu. Xarici görünüşündən çap edici maşına oxşayan şifrələmə maşını taxta yeşiyin içərisinə yerləşdirilmişdi və bir neçə tərkib hissələrindən ibarət idi. Maşında olan klaviaturanın köməyilə şifrələnəcək mətn yığılırdı. Yığılmış mətn xüsusi çevrilməyə məruz qalaraq şifrələnmiş məlumata çevrilirdi. Şifrələmə maşınının ön panelində olan elektrik lampaları şifrələnəcək hərflərin hansı uyğun hərfə çeviriləcəyini göstərirdi.

Şifrələmə maşınının ön tərəfində, klaviaturanın altında 6 kabelli birləşdirici və ya kontakt paneli yerləşir (Vaxti ilə kommersiya məqsədi ilə istifadə edilən “Eniqma”da bir-birindən asılı olmayan üç kommutasiya disklərindən istifadə olunurdu. Onları skremblerlər adlandırırdılar – skrembler ingilis sözü scramble -dən törəmədir, tərcümədə “səliqəsiz quraşdırılmış” anlamını verir).

Alman ordusunda “Eniqma”nın bir neçə versiyasından istifadə olunurdu. Ən əlverişli versiya quru qoşunlarında məlumatların şifrələnməsi üçün istifadə edilirdi. Yüksək müdafiəni təmin edə biləcək mürəkkəb quruluşlu modellər isə alman ordusunun hava hücumunda istifadə olunan bəzi təyyarələrə quraşdırılmışdı. Bunlarla yanaşı ən müasir modellər isə sualtı qayıqlarda istifadə edilirdi.

Şifrələmə maşınının mürəkkəb quruluşa malik olmasına baxmayaraq ondan istifadə edən şifrələyicilər heç vaxt hansısa problemlə üzləşmirdi. Şifrələmə əmliyyatına başlayan şifrələyici əvvəlcə skremblerləri müəyyən ardıcıllıqla düzür (məsələn, 2-3-1 və ya 3-1-2), sonra isə diski fırlatmaqla şifrələmə üçün lazım olan hərfləri müəyyənləşdirirdi. Məsələn, birinci disk “E” hərfinə, onun əks tərəfində dayanan disk isə “H” hərfinə sazlanırdı. Üçüncü diskdə isə yuxarıda adları çəkilən hərflər düzülürdü. Hərflərin düzülüşü tamamlandıqdan sonra kontakt kabellərinin birlədirilməsi yerinə yetirilirdi. Kabellər əvvəlcədən razılaşdırılmış şəkildə düzülürdü. Qeyd etmək lazımdır ki, kabellərin belə şəkildə düzülüşü şifrələmə maşınının imkanlarını artırırdı, çünki düzülüş klaviatura üzərindəki hərflərin yığılma kombinasiyalarının sayının artmasına imkan verirdi. Bütün işlər tamamlandıqdan sonra “Eniqma”nın işə hazır olduğunu təsdiqləyən qırmızı rəngli lampa yanıb-sönürdü. Sonrakı mərhələdə operator açıq mətnin birinci hərfinə uyğun klavişi sıxmaqla onu şifrələyirdi. Bununla da açıq mətnin hərfləri ardıcıl olaraq şifrələnir və rabitə xətti vasitəsilə lazım olan hərbi hissəyə çatdırılırdı. Rabitə xəttinin digər tərəfində olan operator şifrələnmiş məlumatı aldıqdan sonra məxfi məlumatı yenidən şifrələmə maşınına daxil edir və məlumatı şifrədən azad edirdi.

Sözsüz ki, “Eniqma” şifrələmə maşınının əsas elementi kimi skremblerləri və kommutasiya disklərini saymaq düzgündür. Öndə qeyd edildiyi kimi onların müxtəlif kombinasiyaları müxtəlif şəkildə şifrələnmiş məlumatlar almağa imkan verirdi.

Əminliklə demək olar ki, “Eniqma” şifrələmə maşını şifrələnmiş məlumatların müəyyən qədər (o zaman nəzərdə tutulur) yüksək səviyyədə mühafizə olunmasına imkan verirdi. Bu baxımdan almanlar yaradıqları şifrələmə maşınları ilə fəxr edirdilər. Bütün bunlarla yanaşı alman ordusunda bu sahə ilə məşğul olan mütəxəssislər şifrələmə maşınının daim təkmilləşdirilməsinə fikir yönəldir, buna müəyyən qədər də nail olurdular. Məsələn, müxtəlif versiyalarda skremblerlərin sayı artırılır, disklərin müxtəlif sürətdə fırlanması əldə olunurdu.

Qeyd etmək lazımdır ki, yaradıcı alman mütəxəssisləri “Eniqma”dan başqa daha mükəmməl şifrələmə maşınının yaradılmasına nail olurlar. “Lorenz” adlandırılan şifrələmə maşınından Adolf Hitlerin və onun generallarının ən gizli sayılan yazışmalarını rabitə xətləri vasitəsilə ötürən zaman istifadə olunurdu.

SİRRLƏRLƏ DOLU “PURPUR” ŞİFRƏLƏMƏ MAŞINI


İkinci Dünya Müharibəsi başlamazdan bir az əvvəl məxfi xidmətin əməkdaşları effektiv işləyə biləcək şifrələmə maşınının yaradılması sahəsində intensiv işləməyə başlayırlar. Yeni yaradılacaq şifrələmə maşını rənglər çalarına uyğun adlandırılmalı idi. Yaradılmış sistemlərdən birinə “al-qırmızı şifrələmə üsulu” adı verilir. Şifrələmə maşını haqqında ilk xatırlamalar XX əsrin 30-cu illərinə təsadüf edir. Bu ərəfədə amerikanın məxfi xidmət idarəsi yaponların informasiyanın gizli şəkildə ötürülməsi üçün yeni şifrələmə maşınından istifadə etmələri barədə xəbər tutur.

Öncə alınmış məlumatlar amerikalılara maşın haqqında dəqiq məlumat verməyə imkan vermir, amma bir müddət keçəndən sonra mütəxəssislərdən ibarət yaradılmış məxfi qrup tam əminliklə yaponların yeni şifrələmə maşınından istifadə etmələri barədə komandanlığı məlumatlandırır. Yaradılmış qrupa rəhbərlik Vilyam Fridmana (William Friedman, 1891-1969) tapşırılır.

Qrupa daxil olan mütəxəssislər əvvəlcə belə hesab etdilər ki, şifrələmə maşını alman istehsalı olan “Eniqma” şifrələmə maşınının təkmilləşdirilmiş formasıdır. Sonralar məlum olur ki, söhbət kodlanmış adı “97-shiki-O-bun Iniji-ki” olan şifrələmə maşınından gedir (yapon dilindən tərcümə etdikdə “97 saylı şifrələmə maşını” adlanır). 97 rəqəmi yapon təqvimi ilə 2597-ci ilin son iki rəqəmini əks etdirirdi. Qeyd etmək lazımdır ki, şifrələmə maşını tarixə “Purpur” (“Purple”) adı ilə düşmüşdür.

Amerika kriptoanalitiklər qrupuna rəhbərlik edən Vilyam Fridman kifayət qədər maraqlı həyat yaşamışdır. Poçt quluqçusu ailəsində anadan olmuşdur. 1892-ci ildə Fridmanın ailəsi Amerikaya köçür, Pitterburqe şəhərində məskunlaşır. Kənd təsərrüfatına maraq göstərən gənc eyni zamanda kriptoqrafiya elminə də maraq göstərir. 1921-ci ildə yaradılmış “qara kabinet”də fəaliyyət göstərir və 1929-cu ildə kabinet ləğv edildikdən sonra həyat yoldaşı Elizabet ilə amerika ordusunda yeni təşkil edilmiş məxfi idarəyə işə qəbul edilir.

Qeyd etmək lazımdır ki, “Purpur” şifrələmə maşını yaponaların 1934-cü ildə almanlardan aldığı “Eniqma” şifrələmə maşını ilə yanaşı amerikaların ixtira etdikləri “SIGABA” şifrələmə maşınından tamamilə fərqlənirdi.

Yapon aparatı kabel və kontakt panelinin məharətlə düzəldilmiş kombinasiyasından ibarət idi. Bu da öz növbəsində çoxlu sayda (milyonlarla) şifrələmə kombinasiyasının əldə olunmasına imkan verirdi. Məlumatı şifrələməzdən qabaq açar seçilirdi, sonra isə elektriklə işləyən çap edici maşınkanın klaviaturasından istifadə etməklə açıq mətn yığılırdı. Yığılmış mətn bir-birinə sarınmış kabellər və kontakt qurğularından keçərək elektriklə işləyən çap qurğusuna ötürülür, orada çap edilir və şifrələnmiş məlumat rabitə xəttı vasitəsilə ötürülürdü.


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin