Məsələnin həlli zamanı yeni bir problem ortaya çıxır. Navaxoluların danışıq dilində ancaq məişətlə bağlı əşyalara ad verilmişdi. Onlarda təyyarə, sualtı qayıq, bomba və s. hərbi sursatlar haqqında heç bir məlumat olmadığı üçün navaxolular hərbi sursatları adlandıra bilmirdilər. Təcili olaraq onlar üçün navaxo dilində hərbi sursatları adlandırmaqdan ötrü 274 söz işlənib hazırlanır. Məsələn, müxtəlif növ gəmilər balıq adları ilə, bombalar yumurta ilə, tanklar tısbağa ilə, qranatlar kartoşka ilə və s. adlandırılır. Bunlarla yanaşı yeni yaradılmış lüğətə ölkələrində adları xüsusi sözlərlə əlavə edilir. Məsələn, ABŞ - ana, Almaniya - dəmir şlyapa, İspaniya – iri qoyun və s. adlandırılır.
Problem problem yaratdı. Navaxo dilini bilməyən amerika əskərləri əksər hallarda göndərilmiş məlumatların yapon dilində yazıldığını qəbul edir, verilmiş əmrləri düzgün yerinə yetirmirdilər.
Bütün yaranmış problemlər tezliklə həllini tapdı. Navaxo dilinə tez alışan amerika əskərləri və bu dildə məlumatları cəbhə bölgələrinə göndərən radistlər məlumatların göndərilmə və alınma vaxtını 30 dəqiqədən 20 dəqiqəyə endirməklə yanaşı şifrələnmiş məlumatlarında komandanlıq tərəfindən tez bir zaman ərzində deşifrə olunmasına nail oldular. Nəticədə amerika əskərləri bütün cəbhə boyu yaponlar üzərində qələbəyə çaldılar, yaponlar müharibənin gedişində çoxlu sayda itgi verdilər.
Yapon ordusu ilə müharibə sona çatdıqdan sonra Amerika höküməti orduda xidmət edən navaxolulara bu barədə heç kimə sirr vermələri dövlət səviyyəsində qadağan olundu. Uzun illər boyu istifadə edilən şifrələmə üsulu gizli qaldı. Onların müharibənin gedişi zamanı göstərdiyi sücaətlər unuduldu. Ancaq 1982-ci ildə ABŞ-da keçirilən Milli bayramda hər ilin 12 avqust günü navaxo dilində şifrələrlə danışanların “Milli bayramı” elan olundu. Hindular isə həmişə fəxrlə qeyd edirlər ki, onların danışan şifrələrini indiyə kimi heç kim anlamamış, şifrələnmiş məlumatlar isə ancaq onlar tərəfindən şifrədən azad olunmuşdur.
2001-ci ilin 26 iyulunda müharibə zamanı qəhrəmanlıq göstərən hinduları Amerika prezidendi Corc Buş dövlətin ən yüksək mükafatı sayılan “Konqresin Qızıl medalı” ilə təltifləndirdi (müharibədə iştirak edənlərdən cəmi beş nəfəri sağ qalmışdı).
XX ƏSRİN SONUNA YEKUNUN VURULMASI
İkinci Dünya Müharibəsi qurtardıqdan sonra kriptoanalitiklərin sayı azalmaqdan çoxalmağa başlayır. İndiki zamanda bütün ölkələrdə dövlət işlərində, həmçinin insanlar da gündəlik həyatında şifrələmə üsullarından istifadə edirlər. Bu həqiqətdir ki, fərdi kompüterləri olan istifadəçilər ilə yanaşı mobil telefon istifadəçiləri də özləridə bilmədən şifrələnmiş informasiyalardan istifadə etməklə bir-birilə ünsiyyət yaradır, informasiya mübadiləsinə qoşulurlar. Bu elm-texniki proqres ilə birbaşa əlaqədardır. Digər tərəfdən mübadilə zamanı istifadə olunan informasiyanın məxfi saxlanılması, etbarlı əlaqə sistemlərindən istifadə və s. günün tələbidir, zəruriyyətdən yaranmadır.
KOMPÜTER TEXNOLOGİYALARI VƏ ŞİFRƏLƏR: NƏZƏRİYYƏ VƏ PRAKTİKA
Nəzəri tədqiqatlar sahəsində kriptologiyanın inkişafına təkan verən elmi işlərdən ən birincilərini V.A.Kotelnikovun və K.E.Şennonun elmi araşdırmalarını saymaq düzgün olardı. Görkəmli alimlər ilk dəfə olaraq şifrələmə sistemlərinin şifrədən azad olma şərtlərini formalaşdırmaqla yanaşı bu şərtlərin yerinə yetirilməsini elmi baxımdan əsaslandırmışlar. Alimlər tərəfindən sübut edildi ki, ancaq bir üsul mütləq dayanıqlı şifrələmə üsulunun yaradılmasına yardımçıdır. Bu zaman şifrələnəcək açıq mətnin uzunluğu ilə eyni olan açarın seçilməsi mütləqdir. Şifrələmə üsulu kriptologiya sahəsində “birdəfəlik istifadəyə yararlı lent” üsulu adlandırıldı.
Kriptologiya elminin inkişafına təkan verən səbəblərdən biri Elektron Rəqəm Hesablayıcı Maşınların və ya kompüterlərin yaradılması oldu. Nəticədə bir neçə yüz illər ərzində əl ilə şifrələmədən mexaniki üsulların yaradılmasına kimi yol keçən şifrələmə üsulları elektromexaniki sistemlərin və qurğuların kompüter texnikasına çevrilməsinə kimi inkişaf etməklə yenilənən şifrələmə üsullarının yaradılmasına gətirib çıxardı.
Kriptologiyanın elektron mərhələsi keçən əsrin 50-ci illəri sayılır. Bu illərdən başlayaraq EHM-ın geniş istifadə olunması nəticəsində yeni-yeni şifrələmə üsulları yaranmış, şifrələrin sındırlması üçün yeni yollar axtarılıb tapılmışdır. Bu illərdən başlayaraq Elektron Hesablayıcı Maşınların geniş istifadəsinə başlanılır. Bununla da yeni şifrələmə üsullarının yaradılması ilə yanaşı şifrələnmiş məlumatların sındırılması dövrü başlayır. Elektronikanın kriptoqrafiyanın inkişafına göstərdiyi təsirin nəticəsində blok şifrələməsi üsulu yaranır, onun köməyilə açıq mətnlərin şifrələnməsi bloklar vasitəsilə yerinə yetirilir.
Keçən əsrin 60-cı illərindən başlayarq proqramçılar etibarlı kommunikasiyanı təmin edə biləcək xüsusi şifrələmə sistemləri işləyib hazırlayırlar. Sistemlərdən o dövrlərdə dövlət müəssisələrində, hərbi dairələrdə və diplomatik strukturlarda geniş istifadə edilir.
XX əsrin ikinci yarısında kriptoqrafiyanın tətbiq sahələri daha da genişlənir. Bu əsasən kompüterlərdən istifadə etməklə məxfi məlumatlarla yanaşı şəxsi məlumatlarında təhlil olunması ilə əlaqəlidir.
Yeni texnologiyaların bütün sahələrə tətbiqi, texniki xarakteristikaları təkmilləşdirilmiş kompüterlərdən istifadə olunması, şifrələmə sistemlərinin istər dövlət səviyyəsində, istər hərbi dairələrdə və diplomatik strukturlarda, həmçinin kommersiya təşkilatlarında və şəxslər tərəfindən istifadə olunması və s. kriptoqrafiyanın bir elm sahəsi kimi daha da inkişaf etməsinə səbəb olur.
Bu ərəfələrdə istifadəyə yararlı olan yeni şifrələmə üsulları yaradılır. Məsələn, açıq açarlardan istifadə etməklə açıq mətnlərin şifrələnməsi əksər sahələrə tətbiq edilir.
MOBİL TELEFON: İNFORMASİYANIN İCAZƏSİZ ƏLÇATANLIQDAN VƏ QULAQ ASMALARDAN MÜDAFİƏ EDİLMƏSİ
İndiki zamanda dünyanın bütün ölkələrində istəlnilən şəxs mobil telefonun xidmətindən bəhrələnir. Telefon istifadəçiləri onun köməyilə istənilən rabitəni öz aralarında yarada bilirlər. Mobil əlaqənin yaradılmasına mobil telefonun içərisində olan kart birbaşa köməkçidir. Sehirli gücə malik olan kartlar telefon istifadəçisini apardığı danışıqlar zamanı icazə verilməmiş qulaqasmalardan mühafizə edir.
Belə kartlar GSM mobil rabitə sistemlərində istifadə edilir. Onları çox vaxt SIM-kart (Subscriber Identification Module) adlandırırlar. SIM-kart mobil telefonda olan xüsusi slota və ya kart qəbuledicisinə taxılır. Mobil əlaqənin hər bir operatoru şəbəkədə əlaqə yaratmaq üçün özünəməxsus proqramlaşdırılmış SIM-kart istehsal edir. Bir çox hallarda belə kartları mobil telefon ilə birlikdə əldə etmək mümkündür (bəzi hallarda isə ayrıca satılır). Nəzərə almaq lazımdır ki, SIM-kartsız mobil telefondan istifadə praktiki olaraq mümkün deyil. Məhdudiyyət qaza baş verən zaman bu məqsədlə hazırlanmış kanallar vasitəli ilə alınan siqnallara aid deyil.
SIM-kartın daxilində yerləşən mikroçipin yaddaşına müəyyən məlumarlar yazılır. Bu məlumatlar kartın özünü və mobil telefonu təmin edir. Bunlara mobil telefona daxil edilmiş telefon nömrələri haqqında məlumatları, qısa mətnli informasiyaları (SMS) və digər verilənləri aid etmək olar.
SIM-karta yazılan informasiya ilk növbədə PIN kod (Personal Identification Number-Şəxsi eyniləşdirmə nömrəsi) vasitəsilə mühafizə olunur. Adətən belə kodlar 4-dən 8-ə kimi işarədən ibarət olur (bəzən iki işarəli PIN-koda rast gəlmək mümkündür). SIM-karta yazılan məlumatlar içərisində elələri var ki, dəyişməz qalır. Bunlara nümunə kimi əlyetənlik kodunu, həmçinin şəbəkə abonentinin identifikasiya edilməsi üçün lazım olan verilənləri göstərmək mümkündür (məsələn, IMSI kodu, A3 və A8 şifrələmə alqoritmləri, Ki açarı,).
Sözsüz ki, adları çəkilənlərin dəyişməzliyi şərtidir, çünki uyğun texniki vasitələr və proqramlar resursları olduqda bu informasiyalar nəiniki dəyişməz qalar, onları lazım gəldikdə sikmək, yaxud da redaktə etmək olur.
PIN kodlar SIM-kartları icazə verilməmiş əlyetənlikdən müdafiə etmək üçün istifadə edilir. Onlar adətən kartın EEPROM yaddaşına yazılır. Odur ki, SIM-kardan digər mobil telefonlarda istifadə edən zaman bu kodların mahiyyəti dəyişməz qalır. Mobil telefonlarda istifadə olunan PIN1 və PIN2 kodlarını istifadəçi istənilən anda dəyişə bilər. SIM-kart taxılmış mobil telefonda əvvəlcə PIN1 kodunu yığmaq lazımdır, bundan sonra SIM-kartın daxilində olan verilənlər ilə telefondakı verilənlərin müqayisə edilməsi prosesi başlayır. Verilənlər uyğun gəldikdə abonentin şəbəkədə qeydiyyatı prosesi başlanır. Bəzən xüsusi funksiyalardan istifadə tələb olunur. Bu zaman PIN2 koduna mürəciət edilməlidir. Əgər istənilən PIN kod üç dəfə səhv yığılarsa, onda SIM-kart “qıfıl”lanır. Belə olan hallarda qıfılın açılması üçün PUK1 kodundan (PIN1 üçün) və ya PUK2 kodundan (PIN2 üçün) istifadə məsləhətdir. PIN1 və PIN2 kodlarının əhəmiyyəti haqqında informasiya mobil telefonu alan şəxsə SIM-kart ilə birlikdə əlbə-əl verilir. İstifadəçinin istəyindən asılı olaraq PIN kartın iş rejimi seçilir. Məsələn, PIN1-i hər dəfə telefonu işə salan zaman daxil etmək və ya bu funksiyanı tamamilə söndürmək olar. Eyni hal PIN2 ilə də yerinə yetirlə bilər. İstifadəçi lazım gəldikdə PIN1 və PIN2-nin kodunu dəyişə bilər. Bu zaman onların yeni qiymətləri SIM-karta yazılır. PUK (PUK2) kodlarının qiymətlərini istifadəçi dəyişə bilməz.
Nəzərə almaq lazımdır ki, əgər kod PIN1 açılmamışsa, onda o SIM-kartın icazəsiz əlyetənlikdən müdafiə edilməsi funksiyasından başqa digər funksiyanı da yerinə yetirir. Bu funksiya kodun qiyməti haqqında dəqiq informasiya olmadıqda SIM-kartın sürətinin alınmasını qeyri-mümkün edir.
Mobil telefonu qoşub PIN1 kodunu yoxlayarkən SIM-kartın qeydiyyat prosesi işə düşür. Bu zaman mobil əlaqə şəbəkəsində SIM-karta operatordan şəbəkənin baza stansiyasından keçməklə 128-bitli təsadüfi RAND ədədi göndərilir (RAND ingiliscə random deməkdir, “təsadüfi”, “nizamsızlıq”, “qaydasızlıq”, “qarışıqlıq”, “səliqəsizlik” anlamlarını verir). RAND ədədinin A3 identifikasiya alqoritminin və Ki identifikasiya açarının köməyilə 32-bitlik SRES cavab siqnalı generasiya olunur (Signed Response). Sonra siqnal operatora verilənləri müqayisə etmək üçün göndərilir.
Cavab alınandan sonra operator alınmış verilənləri müqayisə etməklə yanaşı həm də hesablayır. Burada məqsəd onların etbarlılığını təsdiqləməkdir. Əgər SIM-karta yazılmış identifikasiya edilmiş informasiya operatorun verilənlər bazasında olanlarla uyğun gələrsə, onda istifadəçi şəbəkədə qeydiyyatdan keçməyə müsbət cavab alır.
Bir şəbəkənin bütün SIM-kartları üçün A3 alqoritmi eynidir. Ki açarı və IMSI ədədi isə hər bir kart üçün fərdiləşdirilmişdir. İndiki zamanda mobil əlaqə şəbəkəsinin əksər operatorları A3 alqoritminin yerinə şifrələnmiş COMP128 alqoritmindən istifadə edir. Məhdudiyyət bir neçə şirkətə aiddir (məsələn, Almaniyanın D1 operatoruna).
Mobil telefon ilə şəbəkənin baza stansiyası arasında ötürülən verilənlərin şifrələnməsi üçün Kc açarından istifadə olunur. Əməliyyat A8 alqoritmindən istifadə olunmaqla yerinə yetirilir. COMP128 şifrələmə alqoritmindən istifadə hallarında Kc açarı formalaşır. TMSI (Temporary Mobile Subscriber Identity) və LAI (Location Area Identification) kod ədədlərinin köməyilə müəyyən şəbəkə üçün SIM-kartın identifikasiya edilməsi həyata keçirilir.