Kərtənkələnin quyruq fəqərələrinin sayı müxtəlif miqdarda olur. Quyruğun ön fəqərələrində köndələn çıxıntılar var və onlar başlanğıc halda olan qabırğalar və hemal qövslərlə birləşir. Geriyə getdikcə çıxıntılar itir və fəqərələr çəpşəkilli sümükcüklərə çevrilir. Fəqərələrin cismi nazik qığırdaq qatla ön və arxa hissələrə ayrılır. Autotomiya (quyruğun atılması ilə özünü şikəst etmək) zamanı fəqərələr bir-birinə birləşdiyi yerdən yox, məhz qığırdaq arakəsmələrdən ayrılır.
Döş qəfəsi
Döş qəfəsi
. Döş qabırğalarının alt hissələrinin birləşmə-sindən döş sümüyü əmələ gəlir. Hər tərəfdən döş sümüyünə 5 cüt qabırğa biləşərək döş qəfəsini əmələ gətirirlər.
Çiyin qurşağı
Çiyin qurşağı. Kərtənkələdə bu qurşaq kürək, körpücük, korakoid, prokorakoid və kürəküstü sümüklərdən ibarətdir. Korakoid və kürək sümüklərinin birləşdiyi yerdə oynaq çuxuru əmələ gəlir. Bu çuxura bazu sümüyünün başcığı keçir. Korako- id sümüyünə üstdən kürək sümüyü, öndən qığırdaq prokorakoid birləşir, kürək sümüyünə isə yastı kürəküstü qığırdaq bitişir. Korakoid və prokorakoid döş sümüyünə birləşir. Döş sümüyü aşağı tərəfdən xaç şəkilli örtük sümüyü olan döşüstü sümüklədə bitişir. Körpücük sümükləri bir ucu ilə kürək sümüklərinə, digər ucu ilə döşüstü sümüyə birləşir.
Çanaq qurşağı
Çanaq qurşağı. Bu qurşaq, ortadan qığırdaqla birləşən, iki simmetrik hissədən ibarətdir. Hər hissə üç sümükdən təşkil edilib: qalça (dorzal yerləşib) qasıq (ventral yerləşib) və oturaq: reptililərin çanağı qapalıdır, yəni sağ və sol qasıq və oturaq sümükləri qarın tərəfdə bir-biri ilə qığırdaq bağla-simfizlə birləşir.
Cüt ətraflar
Cüt ətraflar: Suda-quruda yaşayanlarda olduğu kim ön ətraf bazu, said və əl hissələrindən ibarətdir. Bazu bir sümükdən, said iki mil və dirsək sümüklərindən, əl bir sıra xırda bilək sümüklərindən və onlara birləşən beş əl darağı sümüyündən ibarətdir. Əl hissəsinin hərəkətliyini təmin edən oynaq, biləyin proksimal və distal sıra sümüklərin arasında yerləşir (interkar- pal oynaq). Arxa ətrafların skeleti üç tipik hissədən təşkil olunub. Bud bir sümükdən, baldır iki qamış və inci sümüklərindən ibarətdir. Bu sümüklər bir-biri ilə diz oynağı vasitəsilə birləşir, bu oynağın ön səthində diz kasası yerləşir. Pəncə hissəsində ayaqdaraqarxasının üst sıra sümükləri isəayaq darağı sümüklərə birləşib və beləliklə, oynaq ayaqdaraq-arxası sümükləri arasında yerləşib.