Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Müəssisədə əməyin ödənilməsinin forma və sistemləri



Yüklə 102,77 Kb.
səhifə19/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
AĞAC EMALI

Müəssisədə əməyin ödənilməsinin forma və sistemləri

Müəssisələrdə əmək haqqı təşkil olunarkən aşağıdakı əsas prinsiplər nəzərə alınır: əməyin kəmiyyət və keyfiyyəti, əməyin intensivliyi, iş şəraiti, əmək məhsuldarlığı ilə əmək haqqı arasındakı nisbət, bərabər əməyə görə bərabər haqqın verilməsi, iqtisadiyyat sahələrinin əhəmiyyəti, müəssisələrin coğrafi yerləşməsi. Bu o deməkdir ki, işçilərə əmək haqqı verilərkən sözügedən prin- siplərə riayət etmək lazımdır.

Əməyin ödənilməsində bu prinsiplərdən kənara çıxmaq işçilərin maddi marağının zəifləməsinə, beləliklə də, istehsalın səmərəliliyinin aşağı düşməsinə səbəb ola bilər.

Sənayə müəssisələrində əmək haqqının düzgün təşkili və tənzimlənməsi üçün əsasən onun 2 forması – işəmuzd və vaxtamuzd formaları tətbiq edilir.

Əməyin vaxtamuzd ödəniş formasında işçinin əmək haqqı onun tərəfindən istehsalda işlənmiş vaxta və müvafiq ixtisas dərəcəsinin tarif maaşına görə hesablanır. Əməyin ödənişinin vaxtamuzd formasının, məhsul istehsalı artımının fəhlənin özündən deyil, avadanlıqdan asılı olduğu və habelə əməyin normalaşdırılmasının mümkün olmadığı iş yerləri və sahələrində tətbiq edilməsi həm zəruri və həm də

məqsədəuyğundur.

Əməyin ödənişinin vaxtamuzd formasına 2 əmək haqqı sistemi - sadə vaxtamuzd və mükafatlı vaxtamuzd sistemləri səciyyəvidir.

Əməyin ödənişinin ikinci forması işəmuzd əmək haqqıdır. Əməyin ödənişinin bu formasından məhsul və xidmətin kəmiyyət göstəriciləri əsas, həcm göstəricilərinin uçotunun dəqiq ölçülməsinin mümkün olduğu və habelə texniki cəhətdən əsaslandırılmış normaların tətbiqinə çətinlik törətməyən iş yerləri və sahələrində istifadə olunur.

İşəmuzd əmək haqqı forması işçinin öz işinin keyfiyyət tərəfindən çox kəmiyyət tərəfinə rəğbətini gücləndirir. Məhsulun keyfiyyətinin aşağı düşməsi ehtimalı artır, avadanlığa xidmət işi pisləşir, fəhlə gərgin işləmək məcburiyyətində qalır, materialdan istifadə olunmasında israfçılığa yol verilməsi ehtimalı yaranır və s.

Əməyin ödənişinin işəmuzd forması bir neçə əmək haqqı sistemlərinə bölünür və onlar aşağıdakılardır:


  • birbaşa işəmuzd;

  • dolayı işəmuzd;

  • mütərəqqi işəmuzd;

  • mükafatlı işəmuzd;

  • akkord sistemi.

Əməyin işəmuzd ödəniş formasının yuxarıda göstərilən bütün sistemləri fəhlələr tərəfindən fərdi və ya kollektiv, başqa sözlə, briqadalar vasitəsilə icra oluna bilər.

Müəssisələrdə işəmuzd işləyən fəhlələrin əməyinin vaxtamuzd işləyən fəhlələrin əməyindən daha intensiv xarakterini nəzərə alaraq, vaxtamuzd işləyənlərin əmək haqqı aşağı müəyyən edilir. Lakin nəzərə almaq lazımdır ki, elmi-texniki tərəqqi fəhlələrin əməyinin intensivliyini tədricən tarazlaşdırır.

Məlumdur ki, işəmuzd əmək haqqı forması fəhlələrin ixtisasının artırılmasına, avadanlıq və alətlərdən daha yaxşı istifadə edilməsinə maddi marağı artırır. Lakin bu heç də o demək deyildir ki, işəmuzd əmək haqqını hər yerdə eyni dərəcədə tətbiq etmək lazımdır.

İşəmuzd əmək haqqı iş vaxtı məsrəfinin normaları (iş vaxtı normaları), yaxud istehsal normalarının hesablanması mümkün olan işlərdə tətbiq edilir. İşəmuzd əmək haqqı istehsal olunan məhsulun miqdarına və məhsul vahidinin hazırlanma qiymətinə əsasən müəyyən edilir.

Yerinə yetiriləcək işin haqqının əvvəlcədən müəyyən edilib, fəhlələrə çatdırılmasının böyük əhəmiyyəti vardır, çünki bu halda fəhlə gördüyü iş üçün nə qədər əmək haqqı alacağını əvvəlcədən bilir və daha çox məhsul istehsal etməsində maraqlı olur.

Birbaşa işəmuzd əmək haqqı sistemi əmək haqqının ən çox yayılmış formasıdır. Bu formada hazırlanmış bütün məhsul üçün fəhlələrə əmək haqqı yerinə yetirilmiş işin həcmi və iş vahidi üçün müəyyən edilmiş sabit qiymətlərə vurulması əsasında hesablanaraq verilir. Bu sistemdə istehsalın artması ilə fəhlənin faktiki gəliri (məvacibi) arasında birbaşa əlaqə mövcud olur.

Sənayə müəssisələrində bəzi hallarda dolayı işəmuzd əmək haqqı sistemindən də istifadə edilir. Dolayı işəmuzd əmək haqqı sistemində fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlələrin əmək haqqından və ya istehsal etdiyi məhsulun miqdarından birbaşa asılı olur. Bu sistem çox hallarda əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin də əmək haqqının təşkilində tətbiq olunur. Bir sıra müəssisələrdə avadanlıq sazlaşdırıcıları dolayı işəmuzd sistemi üzrə əmək haqqı alırlar. Dolayı işəmuzd əmək haqqı sistemində hər hansı bir iş yerinə xidmət edən fəhlənin əmək haqqı əsas işəmuzdçu fəhlənin istehsal etdiyi məhsulun həcmindən asılı olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə iş yerləri və iş sahələrinə fasiləsiz və keyfiyyətli xidmət etməkdə maddi cəhətdən maraqlı olur.

Mütərəqqi işəmuzd əmək haqqı sistemində normadan artıq hazırlanmış hər məhsul üçün norma daxilində olan iş qiymətlərindən yüksək qiymətlə haqq verilir.

Normaların artıqlaması ilə yerinə yetirilməsi səviyyəsindən asılı olaraq məhsul vahidinin hazırlanma qiymətlərinin yüksəldilməsi dərəcəsi hər bir konkret halda xüsusi şkalalar vasitəsilə müəyyən edilir.

Mütərəqqi işəmuzd əmək haqqı sistemi əmək haqqının kütləvi və dəyişilməz forması ola bilməz, çünki bu, bəzi hallarda əmək məhsuldarlığına nisbətən əmək haqqının daha sürətlə artması ilə nəticələnə bilər. Bu isə yolverilməzdir, çünki əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempini qabaqlamamalıdır.

Mütərəqqi işəmuzd əmək haqqı sistemi, adətən, texniki cəhətdən əsaslan- dırılmış normalarla (əməyin texniki normalaşdırılması əsasında) işləyən işəmuzdçu fəhlələr üçün tətbiq edilir. Bu sistemdən istifadə edilməsi işə əlavə maddi maraq yaranmasına səbəb olur.

Mükafatlı işəmuzd əmək haqqı sistemində fəhlə birbaşa əmək haqqından əlavə işin konkret kəmiyyət və keyfiyyət göstəriciləri üzrə tapşırıqların yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün müəyyən məbləğdə mükafat alır.

Sənayə müəssisələrində, bəzi hallarda, işəmuzd əmək haqqı formasının akkord sistemindən də istifadə edilir. Akkord əmək haqqı sistemindən əsasən tikintidə və nəqliyyatda istifadə olunur. Akkord əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bütövlükdə hesablanılır. Akkord iş qiymətləri müəyyən edilərkən kompleks akkord işlərinə daxil olan mövcud normalar və ayrı-ayrı iş vahidinin (həcminin) qiymətləri əsas götürülür. Əməyin akkord sistemi üzrə ödənilməsin- də akkord tapşırıqlarının keyfiyyətlə və vaxtından əvvəl yerinə yetirilməsi üçün mükafatlandırma qaydası da müəyyən edilir. Mükafat, əmək haqqına akkord qaiməsi üzrə əlavə olunur və həmin Müəssisədə mövcud olan mükafatlandırma qaydası əsasında verilir.

Sənayə müəssisələrində işləyən fəhlələrin müəyyən hissəsi üçün vaxtamuzd əmək haqqı forması tətbiq edilir. Yəni onların əmək haqqı buraxılan məhsulun miqdarına görə deyil, işlənmiş vaxta görə hesablanır. Vaxtamuzd əmək haqqı formasında əmək haqqının miqdarı fəhlənin ixtisas dərəcəsindən və sərf etdiyi iş vaxtından asılıdır.

Vaxtamuzd əmək haqqı forması istehsalın xüsusiyyətindən asılı olaraq texniki cəhətdən əsaslandırılmış istehsal normalarının müəyyən edilməsi mümkün olmayan işlər üzrə, habelə işəmuzd əmək haqqı sisteminin tətbiq edilməsi iqtisadi cəhətdən sərfəli olmayan sahələrdə tətbiq edilir.

İstehsal prosesləri avtomatlaşdırıldıqca vaxtamuzd əmək haqqının payı müntəzəm surətdə artır. Fəhlələrdə yüksək iş və xidmət keyfiyyətinə maddi maraq yaratmaq, işin texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmağı stimullaşdırmaq üçün vaxtamuzd mükafatlı əmək haqqı tətbiq edilir.

Əmək haqqının hər bir formasının tətbiq olunma tələbləri və şərtləri vardır.

İşəmuzd əmək haqqı formasının tətbiq olunma şərtləri aşağıdakılardır: a) əməyin normalaşdırılmasının mümkünlüyü, sadəliyi və istehsalın həcminin uçota alına bilməsi;b) iş yerlərində əmək məhsuldarlığının və istehsalın həcmini yüksək sürətlə artırmaq zəruriyyəti;c) istehsal olunan məhsula fəhlənin fəal təsir edə bilmə imkanı; ə) məhsul istehsalında fəhlənin əmək fəaliyyətinin son nəticələrinin eks oluna bilməsi;f) iş vaxtı itkilərinin aradan qaldırılmasına imkan verən əməyin təşkilinin müvafiq səviyyəsinin təmin olunması.

Vaxtamuzd əmək haqqı formasının tətbiq olunma şərtlərinə: a) fəhlə tərəfindən işlənilmiş iş vaxtının ciddi uçota alınması və ona nəzarət; b) icra edilən işin məzmunu, habelə fəhlələrin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi;


  1. fəhlələr üçün xidmət normalarının və işçilərin sayı normativlərinin düzgün müəyyən olunması;

  2. fəhlələr üçün tarif dərəcələrinin düzgün verilməsi; u) mükafatlandırma amilləri və göstəricilərinin düzgün müəyyən edilməsi daxildir.

Bazar iqtisadiyyatına keçid şəraitində müəssisədə əməyin ödənilməsinin təkmilləşdirilməsində əsas diqqət əmək haqqının forma və sistemlərinin düzgün və səmərəli tətbiqinə yönəldilməlidir.

Əməyin ödənilməsinin forma və sistemlərinin təkmilləşdirilməsi fəhlələrin öz işlərinin keyfiyyət göstəricilərini yaxşılaşdırmaqda maddi cəhətdən maraqlı olmaları, istehsal prosesində istifadə edilən xammal və materiallara qənaətlə və istehsal normasını artıqlaması ilə yerinə yetirmələri məqsədilə onların əməyinin ödənilməsinin rolunu yüksəltmək istiqamətində aparılmalıdır.

Mühazirə 5

Mövzu 5. Müəssisənin əsas fondları və istehsal gücü

Plan:


  1. İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı

  2. Əsas fondların qiymətləndirilməsi

  3. Əsas fondların köhnəlməsi və amortizasiyası

  4. Əsas fondlardan istifadə göstəriciləri

  5. Müəssisənin istehsal gücü və onun hesablanması metodikası

  6. Müəssisədə istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması




  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin