Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bölünür



Yüklə 102,77 Kb.
səhifə21/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
AĞAC EMALI

«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bölünür:

    1. «Güc maşınları və avadanlıqları» yarımqrupuna istilik və elektrik enerjisi yaradan maşın-gənəratorlar, buxar maşınları və turbinləri, daxili yanma mühərrikləri, istilik və elektrik enerjisini mexaniki enerjiyə çevirən maşın- mühərriklər, elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular və s. aiddir. Belə əsas fondlar enerjinin alınması, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulmuşdur. Bu qəbildən olan güc maşınları və avadanlıqlarının texniki mükəm- məlliyi müəssisələrin enerji ilə təchizatının səviyyəsini müəyyən edir.

    2. «İş maşınları və avadanlıqları» yarımqrupuna bilavasitə əmək predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, tərmik və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir. Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proses- lərdə bilavasitə iştirak edirlər. Maşın və avadanlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəssisənin istehsal gücünü müəyyən edir.

    3. «Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı, tezyiqi, tempəraturu, sürəti və s. ölçən və nizamlayan cihazlar, avtomatik idarəetmə pultları, dispetçer nəzarət vasitələri, müəssisə və elmi-tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir. Bunlar istehsal proseslərini əl ilə və avtomatik olaraq, texnoloji proseslərin rejim parametrlərinin ölçülməsi və onlara nəzarət etmək, laboratoriya-sınaq və tədqiqatları aparmaq üçündür.

    4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama maşınları, idarəçi və analoji maşınlar (kompütərlər, printərlər, skanərlər, tələfon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, informasiyanın yığılması və ötürülməsi üçün avadanlıqlar və s. aiddir.

«Avtomat maşın və avadanlıqlar» yarımqrupuna proqramla idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-tərmiki emal üçün qızdırıcı soba və s. kimi maşın və avadanlıqlar aiddir. Bunlar istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıllıqla, verilmiş ritmlə, insanın bi- lavasitə iştirakı olmadan yerinə yetirildiyi avadanlıqlardır. Fəhlə yalnız avadan- lığı sazlayır, texnoloji prosesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatlarını yerinə yetirir.

  1. «Сair maşın və avadanlıqlar» yarımqrupuna avtomat telefon stan- siyalarının avadanlığı, yanğınsöndürən maşınlar, soyuducular, televizorlar və s. aiddir. Bu yarımqrupa yuxarıda göstərilmiş yarımqruplara daxil olmayan və müəyyən texniki funksiyaları yerinə yetirən maşın və mexanizmlər daxildir.

«Nəqliyyat vasitələri». Bu qrupa elektrik, istilik və buxarla işləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral neft-qaz kəmərləri və s. aiddir.

«Alətlər». Alətlər qrupuna əmək predmetlərini emal edən müxtəlif növ elektrik drəlləri, konduktorlar (yönəldicilər), kəsici-tutucular və s. aiddir. Ümumiyyətlə, bu qrupa xidmət müddəti azı bir il olan alətlər daxil edilir.

«İstehsal ləvazimatları». Bu qrupa istehsal əməliyyatlarının icrasını asanlaşdıran istehsal təyinatlı əşyalar – iş masaları, stəndlər, piştaxtalar və habelə fəhlələrin əmək təhlükəsizliyini təmin edən başqa vasitələr, məsələn, dəzgahların aralarına çəkilən çəpərlər aiddir. Bundan əlavə, həmin qrupa duru və dənəver maddə və materialların qorunması üçün istifadə olunan çəllək və baklar, şkaflar və habelə inventarlar daxil edilir.

«Təsərrüfat inventarları». Bu qrupa dəftərxana mebeli (stollar, şkaflar, divanlar), yazı makinaları, odadavamlı şkaflar, xalçalar, yanğından mühafizə əşyaları və s. aiddir.

«Çoxillik bitkilər və onların fərdi çəpərləri (hasarları)» qrupuna müəssisə və təşkilatların ərazisində və heyətlərində əkilmiş çoxillik bitkilər aid edilir.

«Sair əsas fondlar». Bu qrupa kitabların dəyərindən asılı olmayaraq kitabxana fondu, icarəyə götürülmüş əsas fondlar üçün icarə haqqı (icra balansında Qeydə alınan) aiddir.

Əmək predmetlərinə, müəssisənin istehsal güclərinə bilavasitə təsiri dərəcəsindən və əhəmiyyətliliyindən asılı olaraq istehsal əsas fondları aktiv və passiv hissələrə bölünür. İstehsal əsas fondlarının aktiv hissəsinə əmək predmetlərinin formasına və xassələrinə birbaşa təsir edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmini artıran ünsürlər (iş maşınları və avadanlığı, cihazlar, alətlər), passiv hissəsinə isə aktiv əsas fondların normal işləməsi üçün şərait yaradan ünsürlər (binalar, tikililər, ötürücü qurğular) daxildir.

İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri əsas fondların istehsal strukturunu müəyyənləşdirir. Əsas fondların istehsal strukturu və onun dinamikası istehsalın texniki səviyyəsini səciyyələndirən göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir göstərirlər. Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihaz- ların payı nə qədər çox olarsa, onların hər manatına – başqa şərtlər dəyişməz qalarsa – bir o qədər çox məhsul istehsal edilə bilər.

Müxtəlif sahələrə mənsub olan müəssisələrdə istehsal əsas fondlarının strukturu bir-birindən fərqlənir. Müəssisənin əsas fondlarının strukturunun mütərəqqiliyi, onda (strukturda) maşınların və avadanlıqların payının artma- sında təzahür edir. Müxtəlif sahələrin və müəssisələrin istehsal əsas fondlarının quruluşu bir sıra amillərdən: buraxılan məhsulun mürəkkəbliyi və konstruktiv- texnoloji özünəməxsusluğundan, texnoloji proseslərin xüsusiyyətlərindən və tətbiq edilən maşın və avadanlığın texniki cəhətdən mükəmməlliyindən və s. asılıdır. İstehsal əsas fondlarının strukturunun dəyişməsinə, hər şəydən əvvəl elmi-texniki tərəqqi səbəb olur. Bu dəyişiklik, ilk növbədə, istehsal əsas fond- larının strukturunda aktiv hissənin payının artması istiqamətində baş verir.

İstehsalın təmərküzləşmə, ixtisaslaşma və kooperativləşmə səviyyəsi də istehsal əsas fondlarının strukturuna əhəmiyyətli dərəcədə təsir göstərir: istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi nə qədər yüksək olarsa, onun mexanikləşmə dərəcəsi bir o qədər yüksək və əsas fondların quruluşunda iş maşınları və avadanlıqların da xüsusi çəkisi böyük olar.

İstehsalın coğrafi yerləşməsindəki dəyişikliklər və iqlim şəraiti də əsas fondların strukturuna təsir göstərir.

İstehsal əsas fondlarının stukturuna istehsal olunan məhsulun mürəkkəbliyi və konstruktiv – texnoloji xüsusiyyətləri ciddi təsir göstərir. Məsələn, sadə formalı, nisbətən kiçik çəkili məmulatların istehsalında, yaxud fərdi və xırda seriyalı istehsal zamanı fondların eyniadlı qruplarının xüsusi çəkisi ilə müqayisədə mürəkkəb formalı, çox ağır və iri qabaritli məmulatların hazırlanması zamanı əsas fondların quruluşunda binaların xüsusi çəkisi, kütləvi və iri seriyalı is- təhsal zamanı isə maşın və avadanlıqların xüsusi çəkisi yüksək olur.

Artıq Qeyd olunduğu kimi, müxtəlif sahələrin müəssisələrində istehsal əsas fondlarının strukturu eyni deyildir. Bu, hər şəydən əvvəl, sahənin texniki- iqtisadi xüsusiyyətləri ilə izah edilir. Məsələn, maşınqayırma və metal emalı, qara metallurgiya, kimya və neft-kimya, yüngül sənayedə, o cümlədən toxuculuq sənayəsində iş maşınları və avadanlıqları istehsal əsas fondlarının tərkibində daha çox paya malikdir və bu pay 30 faizdən 50 faizə qədər in- tərvalda tərəddüd edir.

Yanacaq sənayəsinin (neftçıxarma sənayəsinin) istehsal əsas fondlarının tərkibində qurğular və ötürücü mexanizmlərin xüsusi çəkisi (təqribən 60 faiz), yüngül, yəyinti, maşınqayırma və metal emalı, kimya və neft-kimya sənayə sahələrinin əsas fondlarının tərkibində binaların xüsusi çəkisi (müvafiq olaraq təqribən 40 faiz, 37 faiz, 27 faiz) daha böyük, hasilat sənayə sahələrində isə nisbətən az olur.

Güc maşınları və avadanlıqları aşağıdakı sənayə sahələrinin əsas fondlarında daha böyük paya malik olur: elektroenergetikada (təqribən 33 faiz), şəkər sənayəsində (təqribən 10 faiz) və sellüloz-kağız sənayəsində (təqribən 6 faiz). Nəqliyyat vasitələri məşə təsərrüfatı sənayəsində (təqribən 13 faiz), balıq sənayəsində (təqribən 8 faiz) daha çox yer tutur.



  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin