Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı



Yüklə 102,77 Kb.
səhifə20/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
AĞAC EMALI

İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və onların təsnifatı

Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələ- batlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum olduğu kimi, ictimai istehsalın maddi ünsürləridirlər. Əmək prosesindəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri istehsalın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitələri dedikdə, binalar, qurğular, nəqliyyat vasitələri, iş maşınları və ava- danlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimləmə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi istehsal avadanlıqlarıdır ki, bunlara xammal və materialları bilavasitə emal edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu yəni istehlak dəyerinə çevirə bilən bütün dəzgahlar, maşınlar, aqreqatlar və mexanizmlər daxildirlər.

Əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə iştirak edən, öz natural formasını saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə – köhnəlmə dərəcəsindən asılı olaraq – hissə-hissə keçirən əmək vasitələrinin maddi-texniki deyil, dəyərlə ifadə olunmuş formasıdır.

Azərbaycan Rəspublikasında mövcud olan qaydaya görə, dəyəri 550 min manatdan (şərti maliyyə vahidinin 100 mislindən) yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fond- lara, dəyəri 550 min manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 550 min manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir.

İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafiq olaraq əsas fondların dəyerinə istehsal müəssisələrinin, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avdanlıqlar, quraşdırmaq üçün verilmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikintinin balansında olan avadanlıqların dəyəri daxil edilmir.

Müəssisənin əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir. İstehsal əsas fondlarından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmə- diklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istismar edildikcə itirirlər.

Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yəni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir. İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir.

Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər.

Qeyri-maddi aktivlərə patəntlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəsmiləşdirilmiş məsləhət və s. aid edilir.

Müəssisənin sərəncamındakı əsas fondlar – iqtisadi məzmununa görə həmcins olsalar da – əşya formasında müxtəlif ünsürlərdən ibarət olurlar. Buna görə də əsas fondların uçota alınmasını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılmasını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti güclendirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda birləşdirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların istəh- saldakı işinin xarakterinə (təyinatına) görə əsas fondların diffərənsasiyasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks etdirir.

İstehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləşdirilir.

Qüvvedə olan təsnifata görə müəssisənin əsas fondları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qrup- laşdırılır.

«Binalar». Bu qrupa istehsal prosesinin həyata keçirilməsi üçün zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin təsirlərindən qoruyan, işçilər üçün istehsal meydançası verən və habelə yaşayış və sosial-mədəni xidmət təyinatlı məmarlıq-tikinti obyektləri aiddir. İstehsal binalarına isə istehsal və habelə köməkçi və xidmətedici sexlərin binaları daxildir. Həmin qrupa sadalananlardan başqa, laboratoriyalar, qazanxanalar, komprəssor stansiyaları yerləşdirilən binalar və həmçinin müəssisə idarəsinin, anbarların binaları və habelə yanğından mühafizə binaları da aid edilir.

«Qurğular». Bu qrupa əmək predmetlərinin (xammal, material, yarımfabrikatlar və s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin istehsal pro- səsində müəyyən funksiyaları icra etmək üçün şərait yaradan mühəndis-tikinti obyektləri aiddir. Əsas fondların bu qrupuna suqaldırma və su nasosu stansiyaları, su anbarları, dambalar, bəndlər, təsərrüfatdaxili dəmir yolları, müxtəlif yükləmə-boşaltma qurğuları, əstakadalar, su quyuları, asma yollar, körpülər və s. daxildir.

«Ötürücü qurğular». Bu qrupa elektrik, istilik və mexaniki enerjinin, habelə Mayevə qaz halında olan maddələrin ötürülməsinə kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik şəbəkələri, rabitə xətləri, bu- xar, neft, hava, turşu, qırıntı, sexlərarası su kəmərləri və kanallar aiddir.




Yüklə 102,77 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin