Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Müəssisədə istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları



Yüklə 102,77 Kb.
səhifə26/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
AĞAC EMALI

Müəssisədə istehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları

İstehsal əsas fondlarından istifadənin yaxşılaşdırılmasının iqtsadi əhəmiyyəti olduqca böyükdür. Onlardan səmərəli istifadə olunduqda məhsul buraxılışı artır və beləliklə, məhsul vahidi istehsalına sərf edilən maddiləşmiş əməyin miqdarı (konkret olaraq istehsal əsas fondlarını təmsil edən amortizasiyanın məbləği) azalır. Məlumdur ki, istehsal əsas fondlarına hesablanan amortizasiya ayırmaları istehsal həcmindən asılı deyil və istehsal əsas fondlarının ömür müddətinə görə hesablanır. Bu baxımdan onlardan səmərəli istifadə məhsul vahidinə düşən amortizasiya ayırmalarının azalmasına səbəb olur. Nəticədə, məhsulun maya dəyəri aşağı düşür, əmək məhsuldarlığı artır. Bu hal fondtutumlu sahələr üçün məsələn, neft hasilatı üçün daha səciyyəvidir.

Əsas fondların həcminin sabit qaldığı şəraitdə onlardan istifadəni yaxşılaşdırmaqla məhsul istehsalının artırılması yəni əsas fondlar yaratmadan (əsaslı tikinti yolu ilə) istehsalın genişləndirilməsinə bərabər hesab olunur. Bu- radan belə bir nəticə çıxır ki, əsas fondlardan istifadənin yaxşılaşdırılması yəni əsas fondların yaradılmasına tələbatı azaltdığına görə əsaslı vəsait qoyuluşlarına qənaət etməyə imkan yaranır.

Əsas fondlardan istifadənin yaxşılaşdırılması onların dövriyyəsinin sürətlənməsi deməkdir. Nəticədə, il ərzində əsas fondların vahidindən alınan məhsulun miqdarı artır ki, bu da istehsal gücünün nisbi mənada genişləndirilməsi deməkdir. Bununla yanaşı, əsas fondların dövriyyəsinin sürətlənməsi onların fiziki və mənəvi köhnəlməsinin tezləşməsinə səbəb olur və nəticə etibarilə əsas fondların təzələnməsi tempini artırır.

İstehsalın inkişafına və onun maddi-texniki bazasının möhkəmlendirilməsinə istehsal əsas fondlarının yalnız geniş təkrar istehsalı ilə deyil, həm də mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. Əsas fondlardan istifadə səmərəliliyinin artırılması amilləri maddiləşmiş əməyə qənaət, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi, istəh- lakçıya xidmətin həcmcə artırılması, miqyasca genişləndirilməsidir.

Müəssisədə əmək vasitələrindən istifadənin yaxşılaşdırılması iki yolla: ekstensiv və intensiv istifadə yolları ilə həyata keçirilir.

Əmək vasitələrindən ekstensiv istifadənin əsas istiqamətləri onlara texniki xidmətin səmərəli təşkili, keyfiyyətli təmir, təmir müddətinin azaldılması, boşdayanmaların (günərzi, perspektivboyu və perspektivdaxili) minimuma endirilməsi və s-dir.

Əmək vasitələrindən intensiv istifadə isə prosesə az canlı əmək tətbiq etmək yolu ilə vaxt vahidi ərzində istehsal edilən məhsulun (görülən işin həcminin) və xidmətin miqyasca çoxaldılmasıdır. Bu halda əmək vasitəsinin texniki parametrlərindən – gücündən, sürətindən – yüksək səviyyədə istifadə olunur.

Qeyd etmək lazımdır ki, ekstensiv və intensiv istifadə yollarını qarşı- qarşıya qoymaq olmaz; onlardan heç biri "təmiz" şəkildə olmur; ilin müəyyən vaxtlarında üstünlük intensiv və ya da ekstensiv yola məxsus olur. Hər iki yoldan kompleks istifadə istehsal avadanlıqlarının İnteqral səmərəlilik səviyyəsini yüksəldir.

Avadanlıqlardan ekstensiv istifadə dedikdə, avadanlığın işləmə müddətinin uzadılması, onlardan vaxta görə istifadənin yaxşılaşdırılması nəzərdə tutulur. Buna aşağıdakılar aiddir:


  • avadanlığa səriştəli texniki qulluq olunması, onun vaxtında və keyfiyyətlə təmir edilməsi, iş yerinin materiallarla fasiləsiz təchizi, texnoloji prosesin düzgün təşkili. Bütün bunlar boşdayanmalara, qəzalara yol verməməyə, avadanlığın işləmə vaxtını artırmağa imkan yaradır;

  • müəssisələrdə ayrı-ayrı istehsal sexləri və sexlər arasında aşkar edilən uyğunsuzluqların vaxtında aradan qaldırılması;

  • hazırlıq-tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin azaldılması.

Avadanlıqlardan gücə görə istifadə avadanlığın iş intensivliyinin artırılmasına əsaslanır. Avadanlıqdan istifadənin intensivlik göstəricisi vaxt vahidində hər bir avadanlıq üzrə istehsal olunan məhsulun miqdarı, başqa sözlə, yerinə yetirilən işin kəmiyyətidir. Vaxt vahidində avadanlıqdan daha intensiv istifadəyə aşağıdakı yollarla nail olmaq olar:

  • texnologiyanı təkmilləşdirmək və fasiləsiz axın istehsalını təmin etməklə; – avadanlığın birdəfəlik yükünü, məsələn, blüminqdə yayılan külçənin çəkisini, dəzgahda metal emalı zamanı kəsici alətin irəliləmə sürətini artırmaqla;

  • material emalının sürətini, məsələn, domna və martən sobalarında posa materiallarının əridilmə, metalın mexaniki emalında onun kəsilmə sürətini artırmaqla;

  • xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji prosesin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsini təmin etməklə;

  • istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsini təmin etməklə.

İstehsal əsas fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsi yollarından biri onların strukturunun təkmilləşdirilməsidir. Məlumdur ki, müəssisənin istehsal gücü aparıcı sexin aparıcı sahəsinin aparıcı avadanlıqlarının mexaniki gücləri vasitəsilə müəyyən edilir. İstehsal əsas fondlarının strukturunda maşın və avadanlıqların payının artırılması əlavə əsaslı vəsait qoyuluşları həyata keçirmədən müəssisənin məhsul istehsalını artırmağa imkan verir ki, bu da məhsul vahidinə düşən amortizasiya ayırmalarının aşağı düşməsinə səbəb olur.

Müəssisədə istehsal gücünün keyfiyyət xarakteristikası və səmərəliliyi, is- təhsalın elmi-texniki tərəqqinin irəli sürdüyü tələblərə, müasir maşın və ava- danlıqların istehsalının yaradılması və mənimsənilməsi vəzifələrinə uyğunluğu istehsal əsas fondlarının aktiv ünsürü olan texnoloji avadanlığın strukturundan asılıdır. Maşın və avadanlıqların texnoloji strukturunun optimallığına bir sıra amillər təsir göstərir ki, bunlar da aşağıdakılardır.

Birinci amilə istehsal texnologiyasının özü aiddir. Məhsul istehsalı texno- logiyasından asılı olaraq texnoloji avadanlıqların tərkibi müəyyən olunur. Daha səmərəli istehsal texnologiyasının tətbiqi avadanlıq parkının strukturunu dəyişir. Elmi-texniki tərəqqinin təsiri altında istehsal avadanlıqlarının ümumi sayında daha mütərəqqi və məhsuldar texnologiyalar üçün nəzərdə tutulan maşınların xüsusi çəkisi artır.

İkinci amil avadanlıq parkının inkişafının əsas istiqamətlərindən olan avtomatlaşdırma ilə əlaqədardır. Elektron hesablama maşınlarının və proqramlı idarəetmənin inkişafı seriyalı və kiçik seriyalı istehsalın avtomatlaşdırılması, avtomat dəzgahlarının, istehsal xətlərinin inkişafı üçün geniş imkanlar açmışdır. Müəssisədə avtomatlaşdırma nəinki xammal emalını, həm də yığma, anbar, qablaşdırma və digər əməliyyatları, layihələşdirməni, is- təhsalın texnoloji hazırlığını, iri istehsal sistemlərinin idarə olunmasını təmin edir.



Avtomatlaşdırma, xüsusilə onun çevik formaları, istehsal gücünün müasir istehsalın tələblərinə uyğunlaşdırılmasına imkan verir. İstehsala hazırlıq vaxtını azaldaraq, bir məhsulun istehsalından digərinə keçidi sürətləndirərək proqramlı avtomatlaşdırma istehsal gücünü daha çevik edir və elmi-texniki tələblərə uyğunluğunu şərtləndirir. Avadanlıq parkının texniki-iqtisadi səviyyəsinə investisiya qoyuluşlarının təx- noloji quruluşu, istehsal əsas fondlarının təzələnməsi və sıradan çıxmasının nisbəti və habelə, avadanlıqların yaş strukturu təsir göstərir. Texniki tərəqqinin intensivliyi və avadanlıq parkının elmi-texniki tərəqqinin inkişaf sürətinə uyğun olaraq yeniləşmə tempi sürətləndikcə əsaslı vəsait qoyuluşunun böyük hissəsi köhnələn və aşınan əmək vasitələrinin dəyişdirilməsinə yönəldilir. Bu isə, nəticə etibarilə bütünlükdə istehsal əsas fondlarından istifadə səviyyəsini yüksəldir.
Yüklə 102,77 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin