Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə44/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   40   41   42   43   44   45   46   47   ...   84
C fakepathmuhazire toplusu

Müddət üzrə qrafiklər. Layihə təmayüllü təşkilatlarda işçilərin vaxt bölgüsü ilə bağlı qrafiklər tərtib etmək üçün xüsusi mütəxəssislər çalışırlar. Nəzəri cəhətdən müddət üzrə qrafiklər işçilərin öz vaxtlarını necə və hansı işə sərf etmələrini özündə əks etdirir. Bəzi hallarda işçi özünə məşğulluq imicini yaratmaq məqsədilə vaxtla əlaqədar hesabatını şişirdir. Bu halda müddət üzrə qrafiklərdə müəyyən çatışmazlıqlar baş verir və bir çox səhvlər meydana çıxır. Bu ondan irəli gəlir ki, layihə ofisində həmin işçilərə öz vaxtlarını necə sərf etmək və bölüşdürmək barədə müvafiq təlimatlar verilməmişdir.
Proqram təminatları üzrə standartlar. Layihə ofisləri layihələrin idarə edilməsində istifadə olunacaq proqram təminatları üçün standartların müəyyənləşdirilməsində əsas rol oynayır. Təşkilatlar proqram təminatlarından səmərəli istifadə etmək üçün müəyyən tədqiqat işləri aparırlar. Proqram təminatları standartlarına göstərilən belə bir diqqət zəruri məsələlərdən biridir. Əvvəla, vahid standart sistemi təşkilat daxilində əlaqələri möhkəmlədir. Bir şöbədə işləyən işçilər digər şöbələrdə istifadə olunan proqramlardan alınan hesabatları tezliklə dərk edirlər.
Proqram təminatları üzrə standartların qəbul edilməsi layihə üzrə aparılmış əməliyyatlar haqqında məlumatlar bazasının qoruyub saxlanılmasına əsas verir. Onlar bu məlumatlardan istifadə edərək gələcək layihələr üzrə prosedurları sınaqdan keçirmək üçün malik olduqları məlumatları zənginləşdirə bilərlər.
Beləliklə, layihə ofisi standartlar paketinin yaradılmasına böyük səy göstərəcəkdir. Təcrübə göstərir ki, hər hansı bir standart barədə qərar qəbul etmək bir o qədər də asan iş deyildir. Aparılan tədqiqatlar göstərmişdir ki, artıq yüzlərlə standartlaşdırma paketləri mövcuddur, buna görə də seçim prosesi çox çətindir. Bu səbəbdən hər hansı bir variantın seçilməsi prosesi aşağıdakı suallar əsasında aparılmalıdır:
Proqram təminatından kim istifadə etməlidir?
 İstifadəçilər arasında münasibətlər necə qurulmuşdur?
 Proqram təminatı əvvəlcə layihə komandaları tərəfindən istifadə olunur, yaxud bütün təşkilatın istifadə etməsi məqsədəuyğundur? Bizim sifarişçilərimiz üçün hər hansı bir standart qəbul etmək vacibdirmi? Proqram təminatının qiyməti?
 Proqram təminatının quraşdırılması, dəstəklənməsi və öyrədilməsi üzrə xərclər?

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin