Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə46/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   42   43   44   45   46   47   48   49   ...   84
C fakepathmuhazire toplusu

Layihə ofisinin müsbət təsirləri. Layihə ofisləri həm layihə komandasının üzvləri, həm də sifarişçilər üçün böyük əhəmiyyət kəsb edir. Tam şəkildə fəaliyyət göstərən layihə ofisi layihə 98 komandasının üzvləri üçün misilsiz yardım mənbəyi ola bilər. Layihə ofisləri komanda üzvlərini mentorlar, məsləhətçilər və ani treninqlərlə təchiz edə bilər. Onlar layihələrin idarə edilməsi üzrə standartlarla təmin edir və komanda üzvlərini müvafiq idarəetmə vasitələri ilə təmin edirlər. Bundan əlavə, onlar yeni layihələrdə təkrar istifadə oluna bilən keçmiş layihələrin idarə edilməsi ilə bağlı kitabxanaya və ya biliklər bazasına malik ola bilərlər.
Təcrübə göstərir ki, sifarişçilər layihə ofisi konsepsiyasının güclü tərəfdarlarıdır. Layihə ofisinin mövcudluğu layihə komandasının işinin nümunəvi şəkildə aparılmasına etibarı artırır.
Layihə ofisinin yaradılmasına çəkilən xərc. Layihə ofisinin yaradılması və fəaliyyət göstərməsi ucuz başa gəlmir. Bu gün layihələrin idarə edilməsi keyfiyyəti əsas məsələlərdən biri kimi qarşıya qoyulur. Keyfiyyət proqramlarının xərci hər hansı qənaətin yaradılması ilə müşayiət oluna bilməz.
Bununla belə, təcrübə göstərir ki, bir çox düzgün düşünülmüş keyfiyyət proqramları çox tez bir zamanda öz xərcini ödəyir. Belə bir sual yaranır: “Hər hansı təşkilat mükəmməl keyfiyyət proqramı yaratmadan inkişaf edə bilərmi?”
Son zamanlarda aparılan tədqiatlarda güman edilir ki, yalnız çox az layihələr qarşıya qoyulan məqsədlərə vaxtında, büdcə daxilində və müvafiq göstərişlərə uyğun olaraq nail ola bilər. Yerinə yetirilən layihələr üzrə standart yanaşma üsulları gözlənilən nəticələrin heç də hamısı doğrultmadı.
Layihə ofisinin yaradılması və işə salınması xərcləri güman edilən rəqəmlərlə müqayisədə daha az təəccüblü görünə bilər, çünki təşkilatların əksəriyyətində layihə işinin aparılması xərcləri bütün təşkilat boyu bölüşdürülür. Layihə ofisinin saxlanma xərci bu ofis olmadan layihə işlərinin aparılması xərclərinə nisbətən az və ya ona bərabər ola bilər. Layihə ofisinin müvafiq komandaların öz işlərini düzgün və vaxtında həyata keçirdiyi mühiti yarada bilməsi layihə üzrə xərclərin kəskin çəkildə aşağı düşməsinə səbəb olacaqdır.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin