5.2. Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (İPMA)
Avropanın bütün inkişaf etmiş ölkələrinin demək olar ki, hamısını, o cümlədən üç MDB (Rusiya, Ukrayna və Azərbaycan) ölkələrini birləşdirən İPMA layihələrin idarə edilməsi sahəsində ən böyük və birinci beynəlxalq təşkilat sayılır. 1965-ci ildə Dornier (AFR) firmasının məşhur layihə meneceri Roland Quç Parisdə Avropa və ABŞ-ın layihələrin idarə edilməsi üzrə ekspertlər qrupu ilə birlikdə iclas keçirtmişdir. Bu görüş İPMAnın yaranması ilə başa çatdı, R.Quç isə həmin təşkilatın prezidenti seçildi və uzun illər ərzində assosiasiyanın lideri kimi tanındı. 1967- ci ildə Vyanada Birinci Ümumdünya İPMA konqresi keçirildi, onun işində dünyanın 400-dən çox mütəxəssisi iştirak etmişdir. 1994-cü ilin iyul ayında isə Norveçin Oslo şəhərində İPMA-nın 12-ci ümumdünya konqresi keçirildi, bu iqamətgah Sürixdə peşəkar təşkilat kimi tanındı.
Layihələrin idarə edilməsi üzrə milli assosiasiyalar ailəsi yarandı. 2002-ci ilin yanvar ayında Azərbaycan və Rumıniya, iyun ayında isə Braziliya üzv oldu. Beləliklə, İPMA-ya aşağıdakı ölkələr daxildirlər: Avstriya, Azərbaycan, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika, Çex Respublikası, Çin Republikası, Danimarka, Finlandiya, Fransa, Hindistan, Hollandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsveç, İsveçrə, İspaniya, İtaliya, Latviya, Macarıstan, Misir, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Yuqoslaviya, Yunanıstan.
Öz növbəsində layihələrin idarə edilməsinin milli təşkilatları çoxsaylı tədqiqat, layihə, təhsil müəssisələri və təşkilatlar, mühəndislik, məsləhət, sənaye, investisiya, inşaat firmaları və şirkətlərini, habelə yaradıcı fəaliyyətin bütün sahələrində layihələrin həyata keçirilməsi və idarə edilməsi ilə məşğul olan digər təşkilatları əhatə edir. İPMA-nın başlıca məqsədi layihələrin idarə edilməsi sahəsində peşəkarlığın inkişaf etdirilməsidir. İPMA öz qarşısına aşağıdakı əsas vəzifələri qoymuşdur:
▪ layihələrin həyata keçirilməsi və idarə edilməsi üzrə beynəlxalq ideya və təcrübəni təmin etmək;
▪ layihələrin idarə edilməsinin müasir metodlarının inkişafı və onlardan istifadə;
▪ layihələrin idarə edilməsi sahəsində alimlər birliyinə, mütəxəssis və təcrübəçilərə yardım göstərmək;
▪ layihələrin idarə edilməsi üzrə təhsil, sertifikatlaşdırma və təcrübi işlə bağlı beynəlxalq standartların təminatı;
▪ beynəlxalq layihələrdə meydana çıxan problemlərin araşdırılması və həlli. İPMA müxtəlif milli təşkilatlarla birlikdə beynəlxalq və ümumdünya konqreslərini, beynəlxalq simpoziumları, beynəlxalq seminar və konfranslar, tədris kursları və digər tədbirləri keçirir.
Cədvəl 5.1də İPMA-nın 1967-ci ildən 1994-cü ilə qədər əsas forumları göstərilmişdir. İPMA keçirdiyi forumların elmi əsərlərini, monoqrafiya və təlimatlarını, xüsusi jurnal və xəbərlərini nəşr edir. Belə ki, İPMAnın beynəlxalq nəşri olan “Project Management” jurnalı İngiltərədə çap edilir və dünyada böyük şöhrət tapmışdır. İPMA digər peşəkar təşkilatlarla əməkdaşlıq üzrə müqavilələr bağlamışdır və onlarla birlikdə müştərək tədbir və təcrübə mübadiləsini keçirir. Bu aşağıdakılara aiddir:
▪ Şimali Amerika Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ)
▪ Yaponiya Mühəndisliyin İnkişafı Assosiasiyası.
▪ Mühəndislik fəaliyyətində qiymət və dəyərin yaranması üzrə Beynəlxalq Şura. Belə ki, 1981-ci ildə Bostonda (ABŞ) “Layihələrin idarə edilməsi dünyası” mövzusu üzrə müştərək PMİ/İPMA simpoziumu keçirilmişdir.
Cədvəl 5.1.
İPMA-nın əsas forumları
Keçirildiyi il
|
Keçirildiyi şəhər
|
Mövzu
|
1984
|
Sorento (İtaliya
|
Layihələrin həyata keçirilməsi müddətində dəyər və risk funksiyalarının idarə edilməsi
|
1984
|
Qarmış-Partenkirxen (Almaniya)
|
Texnikanın imkanları
|
1986
|
Praqa (Çexiya)
|
Layihələrin idarə edilməsinin proqram təminatı
|
1986
|
Sürix (İsveçrə)
|
Layihələrin idarə edilməsində yeni yanaşma üsulları
|
1987
|
Sürix (İsveçrə)
|
Layihələrin idarə edilməsində yeni istiqamətlər
|
1988
|
Sürix (İsveçrə)
|
Layihələrin idarə edilməsində komputer dəstəyi
|
1991
|
Moskva (SSRİ)
|
SSRİ-də layihələrin idarə edilməsi
|
1993
|
Moskva (Rusiya)
|
Rusiya və Şərqi Avropada layihələr və onların idarə edilməsi
|
1996
|
Kiyev (Ukrayna)
|
Kompleks layihələrin modelləşdirilməsi və idarə edilməsi
|
2002
|
Alma-Ata (Qazaxstan)
|
I Beynəlxalq Simpozium. Layihələrin idarə edilməsi: Qazaxstan -2002
|
2004
|
Bremen (AFR)
|
Sertifikatlaşdırma üzrə qiymətləndirmə
|
2005
|
Frankfurt (AFR)
|
22 –ci Beynəlxalq Almaniya Layihəsi
|
2009
|
Norveç (Oslo)
|
Uğur üçün layihə
|
2010
|
Macarıstan (Budapeşt)
|
Layihənin idarəedilməsində uğurlu təcrübə
|
2011
|
İtaliya (Roma)
|
İPMA ilə metodologiya
|
2012
|
Xorvatiya
|
İstehsalat üzrə layihənin idarə olunması
|
Layihələrin idarə edilməsi üzrə beynəlxalq ekspertlərin mütəmadi görüşü bu sahənin inkişafına böyük təsir göstərmişdir. Keçirilən bu görüşlərin əsas məqsədi layihələrin idarə edilməsi üzrə təcrübə mübadiləsinin aparılması və biliklər bazasının bir ölkədən digər ölkəyə transfer edilməsi idi.
İPMA bir sıra Avropa və ümumdünya təşkilat və qurumları ilə birbaşa əlaqələr yaratmışdır və onlarla əməkdaşlıq edir, bunlardan:
▪ Avropa Parlamenti və Avropa Komissiyası;
▪ Avropa Bərpa və İnkişaf Bankı (BERD/EBERD);
▪ Avropa İnvestisiya Bankı (AİB);
▪ Ümumdünya İqtisadi İnkişaf Bankı (WB).
Dostları ilə paylaş: |