Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihələrin idarə edilməsi prosesində peşəkar menecer



Yüklə 2,16 Mb.
səhifə66/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   62   63   64   65   66   67   68   69   ...   84
C fakepathmuhazire toplusu

2. Layihələrin idarə edilməsi prosesində peşəkar menecer :

  • maksimum səmərəliliyi təmin etməli və xərcləri minimumlaşdırmalıdır;

  • ayrılmış büdcə və müəyyənləşmiş müddət çərçivəsində layihəni keyfiyyətli və peşəkar şəkildə yerinə yetirmək üçün layihələrin idarə edilməsi metodları və vasitələrini tətbiq etməlidir;

  • komanda üzvlərini, həmkarları və əməkdaşlarıdini, cinsi, yaş və sosial əlamətlərinə görə fərqləndirməməlidir;

  • komanda üzvlərini zərərli fiziki və psixoloji təsirlərdən qorumalıdır;

  • komanda üzvlərini normal iş şəraiti ilə təmin etməlidir;

  • öz ünvanına tənqidi konstruktiv qəbul etməli və başqalarının hərəkətlərinə tənqidi yanaşmalıdır;

  • komanda üzvlərinə, əməkdaşlarına və həmkarlarına peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsində kömək etməlidir.

3. Layihələrin idarə edilməsi sahəsində peşəkar menecer layihə sahibinə və sifarişçiyə münasibətdə :

  • peşəkar və işgüzar şəraitdə onların maraqlarını vicdanla təmsil etməli;

  • Layihənin bütün məsələləri üzrə məlumatların kommersiya sirri olduğunu nəzərə alaraq onların məxfiliyini təmin etməli;

  • sifarişçilərin, sahibkarların, peşəkar mütəxəssislərin və ictimai təşkilatların maraqlarının kəsişdiyini və münaqişə mənbəyinə çevriləcəyini əvvəlcədən hiss etməli və onları məlumatlandırılmalıdır;

  • hər hansı bir hədiyyənin alınmasına, rüşvətə, əmək haqqından əlavə ödəmələrə yol verməməlidir;

  • Layihənin keyfiyyəti, bedcəsi və müddəti haqqında obyektiv və real hesabat verməlidir.

4. Layihələrin idarə edilməsi sahəsində peşəkar menecer cəmiyyətə münasibətdə:

  • ictimai təhlükəsizliyi, sağlamlığın qorunmasını təmin etməli, ümumi maraqlara toxunan xoşagəlməz və qanunsuz hərəkətlərə qarşı açıq çıxış etməlidir;

  • layihələrin idarə edilməsi sahəsində əldə olunan müvəffəqiyyətlərdə “Layihə menecerinin” rolunu qiymətləndirməli və ictimaiyyətə çatdırmalıdır.

layihələrin idarə edilməsi üzrə mütəxəssislərin (layihə menecerlərinin) peşəkarlıq səviyyələrinin qiymətləndirilməsi:

  • sertifikatlaşdırma tələblərin ödənilməsi;

  • namizədin müvafiq tələblər əsasında obyektiv qiymətləndirilməsi deməkdir.

Sertifikatlaşdırma tələbləri bu bölmədə öz əksini tapmışdır. Onlar elementlər səviyyəsində göstərilərək onların əsasında layihələrin idarə edilməsi üzrə peşəkarlıq səviyyələri qiymtləndirilir. Qiymətləndirmə ya minimal – orta qiymətlə, ya da 0-dan 10-a kimi qiymətlər şkalası üzrə aparılır. Sertifikatlaşdırma tələbləri ayrı-ayrı elementlər və ya peşəkarlıq səviyyəsinin diapozonu üzrə müəyyənləşdirilir. Peşəkarlıq səviyyəsinin diapozonu dedikdə namizədin bilik və təcrübəsini təsvir edən elementləri və onun şəxsi keyfiyyətləri nəzərdə tutulur. Bu tələblər layihələrin idarə edilməsi milli assosiasiya tərəfindən müəyyənləşdirilir, tərtib edilir və beynəlxalq assosiasiya tərəfindən təsdiqlənir. Namizədin bilik və təcrübə elementlərinin, o cümlədən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi prosesi müxtəlifdir. Bilik və təcrübə elementlərinin kəmiyyətcə qiymətləndirilməsi onun şəxsi keyfiyyətlərinin qiymətləndirilməsindən asandır. Mütəxəssisin sertifikat alması üçün tələblər bilik və təcrübə meyarları əsasında müəyyənləşdirilir. Məsələn, mövzular, metodlar, metodika vasitələr və s. Bu meyarlar layihələrin uğurlu olmasına və nəticəsinə təsir göstərir. Meyarlar üç qiymət ala bilər : aşağı, orta və yüksək.
Bilik

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin