Mövzu Makroiqtisadi qeyri-sabitlik və işsizlik



Yüklə 23,84 Kb.
səhifə4/5
tarix27.04.2023
ölçüsü23,84 Kb.
#103368
1   2   3   4   5
Mövzu 5 (1)

Işsizliyin səbəbləri
Məşğulluq nəzəriyyəsinin təkamülünü nəzərə alaraq, işsizliyin səbəbləri haqqında məsələyə dair ümumi bir nəticəyə gəlmək olar və bu da ondan ibarətdir ki, təsərrüfatın bazar formasında təşkilinin özü qaçılmaz olaraq işsizliyi yaradır, çünki o nəzərdə tutur:
• rəqabət şəraitində müəssisələrin müflisliyini;
• texniki və elmi tərəqqi şəraitində kapital yığımı;
• istehlak, yığım və investisiyada disproporsionallıq;
• istehsalın tsiklik xarakteri; bütövlükdə müasir bazarda və hər şeydən öncə əmək bazarında rəqabətin qeyritəkmilliyi;

5.2. İşsizliyin göstəriciləri və onun dinamikasını müəyyənləşdirən amillər.
İşsizlik mürəkkəb çoxsəpkili hadisədir. İş qüvvəsinə malik yaşlı əhali əmək bazarına nəzərən tutduqları vəziyyətdən asılı olaraq bir neçə əsas dərəcəyə bölünür
Iş qabiliyydtli əhali yaşına və səhhətinə görə işləməyə qabil olanların hamısıdır.
İş qüvvəsinə həm məşğullar, həm də işsizlər aid edilir. İş qüvvəsi tərkibinə daxil olmayanları xüsusi qrupa aid edirlər. Həmin qrupa işi olmayan, amma iş axtarma tələblərinə cavab vərməyənlər daxildir. Güman edilir ki, həmin adamlarda əmək bazarında iş axtarmaq üçün maraq yoxdur. Bir qrup adamlar da var ki, onlar işləmək istəyir, lakin bu və ya digər səbəbdən iş axtarmaqdan imtina etmişlər - bu, iş tapmağa ümidini itirənlərdir.Həmin qrup adamları işsizlərə deyil, iş qüvvəsi tərkibinə daxil olmayanlara aid edirlər.
Məşğulluq və işsizlik vəziyyəti göstəricilərinin makroiqtisadiyyatda səviyyəsi və dinamikası bir sıra amillərdən: demoqrafik, cinsi və yaş, etnik, əhalinin sosial tərkibi, ayrı-ayrı regionlarda və sahələrdə əmək bazarında tələb və təklifin nisbətindən asılıdır.
İşsizliyin yayıimasımn göstəricisi işsizliyin iş qüvvəsini əhatələməsini səciyyələndirir. İşsizliyin müddəti göstəricisi bir işsiziik halının orta müddətini səciyyələndirir. Orta hesabla ABŞ-da, məsələn, qısamüddətli işsizlik beş həftədən az, uzunmüddətli isə altı aydan çox çəkir.
Uzunmüddətli işsizlik fenomeni ilə üzləşmiş ölkələrin praktik olaraq hamısının təcrübəsi göstərir ki, uzunmüddətli işsizliyin tənəzzül dövründə sürətlə artan sayı iqtisadi vəziyyət yaxşılaşdıqca olduqca ləng azalır.

Yüklə 23,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin