C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19
3.4.Maliyyə təşkilati submədəniyyətin müəssisənin maliyyə fəaliyyətinin strateji inkişafında rolu. Müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biri maliyyə menecerlərinin təşkilati mədəniyyətinin (korporativ mədəniyyət, müəssisə mədəniyyəti) formalaşması və inkişaf etdirilməsidir. Təşkilati mədəniyyət müəssisə əməkdaşlarının davranış və hərəkətlərinin səmtini müəyyənləşdirən, məqsədli daxili inteqrasiyası və xarici mühit amillərinin dəyişilməsinə səmərəli uyğunlaşmalarını təmin edən, onların sıx qarşılıqlı əlaqələ-rində hamı üçün ümumi olan ən mühüm norma və dəyərlər sistemini ifadə edir. Təşkilati mədəniyyətin müəssisənin idarəedilməsi sisteminin müstəqil obyektinə çevrilməsi fikri amerika və avropa iqtisadçılarının Yapon şirkətlərinin qabaqcıl iş təcrübəsindən istifadə olunmasına səy göstərmələri ilə əlaqədar XX əsrin 80-ci illərində meydana gəlmişdir. Menecmentin müstəqil obyekti kimi təşkilati mədəniyyətin ilk tədqiqi əməyin təşkili və müəssisənin təşkilati strukturu ilə qarşı-lıqlı əlaqədə işçilərin motivasiyası məsələlərinə həsr edilmişdir. Strateji menecment mövqeyindən təşkilati mədəniyyət məsələsinin tədqiqinə isə çox sonra başlanılmışdır.
Strateji menecmentin paradiqması nöqteyi-nəzərindən baxılan təşkilati mədəniyyətin müasir konsepsiyası müəssisənin bütün funksional xidmətlərini və onun ayrı-ayrı əməkdaşlarını ümumi məqsədə səmtləşdirməyə, perspektivdə müəssisənin ən effektiv inkişaf yollarının axtarılmasına heyətin səyini səfərbərliyə almağa imkan verən güclü strateji alət kimi dəyərləndirilir. Ekspertlərin fikrincə təşkilati mədəniyyətin formalaşması müəssisənin mövcud təşkilati strukturu ilə müqayisədə onun strateji inkişafına heç də az səmərə gətirmir.
Təşkilati mədəniyyətin müasir konsepsiyasının mühüm aspekti ondan ibarətdir ki, o müəssisədə bir sıra xüsusi mədəniyyət, yaxud submədəniyyət yarada bilər. Müəssisə çərçivəsində təşkilati submədəniyyət funksional, regional, ierarxiya və digər əlamətlərə görə formalaşdırıla bilər. Müəssisənin maliyyə fəaliyyətinin idarə olunması spesifikliyini özündə əks etdirən maliyyə təşkilati submədəniyyəti belə submədəniyyətlərdən biridir.
Maliyyə təşkilati submədəniyyəti dedikdə müəssisənin təşkilati mədəniy-yətinin ümumi sisteminə inteqrasiya olunan, maliyyə fəaliyyətinin inkişaf xüsusiyyətlərini nəzərə almaqla maliyyə xidmətləri və maliyyə menecerlərinin davranış və hərəkətlərinin səmtini müəyyənləşdirən və onların hamısı üçün ümumi olan norma və dəyərlərin məcmusu başa düşülür.
Maliyyə təşkilati submədəniyyətin müəssisənin maliyyə fəaliyyətinin səmərəli strateji inkişafının təmin edilməsində rolu aşağıdakılarda təzahür edir:
- maliyyə menecerlərinin təfəkkür stilinə, maliyyə mühitini və müəssisənin maliyyə fəaliyyətinin inkişaf etdirilməsi formalarını görməyə aktiv təsir edir.
- maliyyə fəaliyyətinin strateji dəyişilməsinə daxili müqaviməti minimuma endirir və maliyyə fəaliyyətinin reallaşdırılması üzrə sahmanlı hərəkət etmək üçün əlverişli şərait yaradır.
- strateji inkişaf prosesində müəssisəyə əlavə rəqabət üstünlüyü təmin edərək innovasiya tipli maliyyə texnologiyaları və alətlərinin səmərəli tətbiqi üçün zəmin yaradır.
- müəssisədə təşkilati submədəniyyətin elementlər sistemi maliyyə menecerlərinin peşəkarlıq səviyyəsinin artırılmasına, sosial mühafizəyə, kollektivdə öz yerini dərk etməyə və möhkəm kadr potensialı formalaşdırmağa imkan verir. Bütün bunlar öz növbəsində müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi strategiyasının səmərəli reallaşdırılmasına səbəb olur.
Perspektivdə müəssisənin maliyyə fəaliyyətinin səmərəli inkişafını təmin edə bilən maliyyə təşkilati submədəniyyətin formalaşdırılması müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər aşağıdakılardan ibarətdir:
- müəssisə missiyasının reallaşdırılmasında maliyyə xidmətlərinin rolu haqqında maliyyə menecerlərinin təqdimatındakı dəqiqlik;
- maliyyə təşkilati submədəniyyətin mühüm elementlər üzrə əsas təşkilati mədəniyyətlə inteqrasiya olunması;
- maliyyə təşkilati submədəniyyətin formalaşdırılmasının müəssisənin maliyyə fəaliyyətinin strateji inkişafının əsas məqsədlərinə tabe olması;
- maliyyə təşkilati submədəniyyətin digər elementlərinin formalaşdırılması bazası kimi müəssisənin maliyyə fəlsəfəsinin işlənib hazırlanmasının prioritetliyi;
- maliyyə menecmentinin korporativ davranış səmtini müəyyənləşdirən norma və dəyərlərin tarixi varisliyi;
- maliyyə təşkilati submədəniyyətin elementlərinin tədricən transformasiya olunması;
- maliyyə təşkilati submədəniyyətini arzuolunan parametrlərinə nail olmaq məqsədilə maliyyə menecerlərinə zorla təsir göstərilməsi formalarından imtina edilməsi;
- müəssisənin maliyyə fəaliyyətinin səmərəliliyinə maliyyə təşkilati submədəniyyətin təsir göstərməsinin kompleksliliyi.
Maliyyə təşkilati submədəniyyətini formalaşması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
1. Maliyyə təşkilati submədəniyyətin mövcud vəziyyətinin diaqnostikası;
2. Maliyyə təşkilati submədəniyyətini formalaşmasını müəyyənləşdirən amillərin tədqiqi.
3. Maliyyə təşkilati submədəniyyətin formalaşmasının vəzifələr sisteminin əsaslandırılması.
4. Maliyyə təşkilati submədəniyyətin baza tipinin seçilməsi.
5. Ayrı-ayrı elementlər üzrə maliyyə təşkilati submədəniyyətin arzuolunan parametrlərinin formalaşdırılması.
6. Maliyyə təşkilati submədəniyyətin nailiyyətlərini təmin edən mexanizm-lərin seçilməsi.
Diaqnostika xüsusi hazırlanmış anket əsasında maliyyə aparatının öz qüvvəsi ilə, yaxud cəlb edilmiş ekspert-mütəxəsislər tərəfindən aparılır. Təşkilati mədəniyyətin diaqnostikası və formalaşdırılması sahəsində tanınmış Amerika mütəxəsisləri K.Kamerton və R.Kuini diaqnostikanın aşağıdakı bloklar üzrə həyata keçirilməsini təklif edirlər:
- mühüm xarakteristikası;
- liderin ümumi stili;
- muzdlu işçilərin idarə olunması;
- sistemin əlaqələndirici mahiyyəti;
- strateji məqsədlər;
- nailiyyətin meyarı.
Maliyyə təşkilati submədəniyyətin formalaşmasının əsas və köməkçi amilləri mövcuddur. Əsas amillərə aiddir:
- ümumi korporativ mədəniyyətin səviyyəsi;
- müəssisənin maliyyə strategiyasının əsas məqsədləri;
- müəssisənin maliyyə fəlsəfəsi;
- maliyyə fəaliyyətinin idarə edilməsinin təşkilati strukturu;
- maliyyə menecerlərinin sayı;
- maliyyə menecerlərinin təhsil səviyyəsi.
Köməkçi amillərə aid etmək olar:
- müəssisənin ölçüsü;
- müəssisənin təşkilati-hüquqi fəaliyyəti;
- müəssisənin həyat tsiklinin mərhələləri;
- müəssisədə maliyyə menecerlərinin orta iş stacı;
- maliyyə menecerlərinin cins-yaş tərkibi.
Maliyyə təşkilati submədəniyyətin formalaşması vəzifələrinin xarakteri müəssisənin maliyyə strategiyasının uğurla reallaşdırılması və bazar dəyərinin artırılması vahid məqsədlərinə tabe olmalıdır. Bu vəzifələr maliyyə təşkilati submədəniyyətin diaqnostikasının nəticələrini, müəssisənin formalaşan ümumi təşkilati mədəniyyəti və maliyyə fəaliyyətinin inkişaf strategiyasının spesifikliyini nəzərə almaqla dəqiqləşdirilir.
Maliyyə təşkilati submədəniyyətin baza tipinin seçilməsi adətən təşkilati mədəniyyətin baza tipinin seçilməsinə uyğun gəlməlidir. Bu halda maliyyə təşkilati submədəniyyətin formalaşmasının əsas prinsiplərindən biri təmin edilir.
Maliyyə təşkilati submədəniyyətin arzuolunan parametrlərini mövcud maliyyə təşkilati submədəniyyətin qiymətləndirilməsi blokunda, ancaq seçilən baza tipini nəzərə almaqla, formalaşdırmaq olar.
Maliyyə təşkilati submədəniyyətin arzuolunan parametrlərinin nailiyyətlərini təmin edən mexanizmlərin seçilməsi məqsədli daxili inteqrasiyanı və maliyyə menecerlərinin xarici mühit amillərinin dəyişilməsinə effektiv uyğunlaşdırılmasını təmin edən maliyyə təşkilati submədəniyyətin inkişaf istiqamətləri çərçivəsində həyata keçirilir.
Bütün maliyyə xidmətləri və maliyyə menecerləri tərəfindən dəstəklənən maliyyə təşkilati submədəniyyətin formalaşması və inkişafı müəssisənin arzuolu-nan strateji maliyyə mövqeləşməsini təmin edir və onun bazar dəyərini artırır.