Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


İdarəetmə subyektinin baza elemetlərinin müəyyənləşdirilməsi



Yüklə 114,21 Kb.
səhifə10/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

3.2. İdarəetmə subyektinin baza elemetlərinin müəyyənləşdirilməsi.
Perspektivdə müəssisənin maliyyə fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi ən çox onun təşkilati təminat sisteminin effektivliyi ilə müəyyən edilir. Maliyyə fəaliyyətinin təşkilati təminat sistemi strateji maliyyə qərarlarının hazırlanması, qəbulu və reallaşdırılmasını təmin edən və həmin qərarların nəticəsinə görə məsuliyyət daşıyan müəssisənin daxili funksional xidmət və bölmələrinin qarşılıqlı əlaqələrinin məcmusunu ifadə edir.
Strateji maliyyə menecmentinin təşkilati təminatının əsasını müəssisədə formalaşan maliyyə fəaliyyətini idarə edən struktur təşkil edir. Menecerlər, xidmətedicilər, şöbə və idarəetmə aparatının digər təşkilati bölmələri həmin strukturun elementləri sayılır. Strateji maliyyə menecmenti sistemi müəssisənin ümumi idarəetmə sisteminin ayrılmaz tərkib hissəsidir, maliyyə fəaliyyətinin idarəetmə strukturu ümumi təşkilati idarəetmə strukturuna inteqrasiya olunmalıdır. Belə inteqrasiya idarəetmə xərclərinin ümumi həcmini azaltmağa, strateji maliyyə menecmenti sisteminin hərəkətinin müəssisənin digər idarəetmə sistemləri ilə koordinasiyasını təmin etməyə, qəbul edilən strateji qərarların icrasına nəzarətin kompleksliyi və effektivliyinin yüksəldilməsinə imkan verir.
Strateji maliyyə menecmentinin təşkilati strukturunun formalaşması prosesində müəssisənin maliyyə fəaliyyətinin həcmi və əsas formaları, maliyyə menecmentinin funksiyaları, regional diversifikasiya və digər amillər mütləq nəzərə alınmalıdır. Bundan başqa, sözügedən təşkilati strukturu formalaşdırarkən bir tərəfdən maliyyə fəaliyyətinin idarəetmə xidmətinin müxtəlif təşkilati bölmələri arasında, digər tərəfidən isə maliyyə menecmenti ilə müəssisənin başqa funksional idarəetmə sisteminin bölmələri arasında səmərəli əlaqələr qurulmalıdır.
Müəssisənin idarəetmə strukturunda formalaşan idarəetmə aparatının müxtəlif həlqələri arasında üfüqi və şaquli əlaqələr qurulur. Üfüqi əlaqələr eynisəviyyəli kimi, şaquli əlaqələr isə idarəetmənin ierarxiyasını təmin edən çoxsəviyyəli kimi qurulur.
Müəsisənin menecmentinin təşkilati strukturunun formalaşdırılmasının ümumi prinsipləri idarəetmə ierarxiyasının və üzvü idarəetmə mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Müəssisə menecmentinin təşkilati strukturunun ierarxiya tipi idarəetmə qərarlarının və informasiya axınlarının şaquli istiqamətdə ciddi hərəkət-lərini nəzərdə tutr, hansıki aşağı idarəetmə orqanı yuxarı idarəetmə orqanına tabedir və onun nəzarətindədir. İerarxiya tipli idarəetmə sistemində sadə xətti, xətti–funsional və divizional idarəetmə strukturları geniş yayılmışdır.
Müəssisənin üzvü idarəetmə tipli strukturunda ierarxiyanın olmaması ilə for-malaşan bölmənin rəhbəri fəaliyyətin son nəticəsinə görə tam məsuliyyət daşımır. Belə bölmələrin formalaşması ayrı-ayrı problemlərin kompleks həllinə əsaslanır ki, bu da idarəetmə strukturunun çevikliyini artırır, müəssisənin daxili və xarici mühitin dəyişilməsinə tezliklə uyğunlaşdırılmasını təmin edir. Bu tip idarəetmə sistemində idarəetmənin layihə və matris strukturu daha geniş yayılmışdır.
İerarxiya və üzvü idarəetmə strukturlarının əksəriyyətində müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsi mərkəzləri öz işini digər fəaliyyət növlərinin idarə olunmasına paralel həyata keçirirlər. İdarəetmə mərkəzləri müxtəlif funksiyalar yerinə yetirirlər. Həmin funksiyaların fərqləndirilməsi səviyyəsi barədə iki prinsipial yanaşmalar: funksional idarəetmə mərkəzlərinin asılı olmayan fəaliyyət prinsipləri; funksional idarəetmə mərkəzlərinin qarşılıqlı əlaqəli fəaliyyət prinsipləri mövcuddur.
Birinci yanaşmaya uyğun olaraq funksional idarəetmə mərkəzləri asılı olmayan fəaliyyət prinsipləri əsasında formalaşır, onların digər funksional bölmələrlə əlaqəsi yalnız informasiya vasitəsilə məhdudlaşır. İkinci yanaşmaya uyğun olaraq funksional idarəetmə mərkəzləri qarşılıqlı əlaqəli fəaliyyət prinsipləri əsasında formalaşır, konkret idarəetmə funksiyaları çərçivəsində idarəetmə qərar-larının əksəriyyəti onların tərəfindən müstəqil qəbul edilir, kompleks işlənilməsinə ehtiyac duyulan bir sıra idarəetmə qərarları isə müəssisənin digər funksional xid- mətləri ilə birgə hazırlanır.
Maliyyə fəaliyyətinin idarəetmə mərkəzlərinin funksional formalaşması müxtəlif ölçülü müəssisələrdə istifadə olunan təşkilati idarəetmə strukturundan asılı olaraq əhəmityyətli dərəcədə fərqlənir. Buna sadə xətti təşkilati idarəetmə strukturlu müəssisələrdə maliyyə fəaliyyətinin funksional idarəetmə mərkəzləri yaratmamasını, maliyyə fəaliyyətinin az həcmli olması ilə əlaqədar bu idarəetmə funksiyası adətən kiçik müəssisənin sahibkarına (mülkiyyətçisinə), yaxud onun direktoruna həvale edilməsini misal göstərmək olar.
Xətti-funksional idarəetmə strukturlu müəssisələrdə maliyyə fəaliyyətinin idarəetmə funksiyası xüsusi maliyyə menecerinə, yaxud müəssisənin maliyyə fəaliyyətinin ümumi idarəetmə mərkəzinə həvalə edilir. Maliyyə meneceri müəssisənin maliyyə fəaliyyətinin bütün aspektlərini idarə edir, müəssisənin istehsalat və marketinq fəaliyyətini idarəetmə mərkəzləri ilə əlaqəli şəkildə həyata keçirir.
Divizional təşkilati idarəetmə strukturlu müəssisələrdə maliyyə fəaliyyətinin idarəetmə funksiyası hər bir divizionun (istehsalat bölməsinin) tərkibində formalaşan maliyyə fəaliyyətinin idarəetmə mərkəzlərinə həvalə edilir. Belə halda maliyyə fəaliyyətinin idarəetmə sistemi dezinteqrasiya xarakteri daşıyır, idarəetmə sistemində əsas rolu mərkəzi aparatın meneceri deyil, müvafiq istehsalat bölmələrinin rəhbərləri oynayırlar. Layihə təşkilati idarəetmə strukturlu müəssisələrdə maliyyə menecerinin ikili tabeçiliyi olur, yəni o, həm mərkəzi idarəetmə aparatının müvafiq funksional xidmət bölməsinin rəhbərinə, həm də müəssisənin müstəqil struktur bölməsinin rəhbərinə tabedir.
Qeyd etmək lazımdır ki, son illər müəssisənin təşkilati strukturu çərçivəsində maliyyə fəaliyyətinin idarəetmə strukturunun ümumi idarəetmə sistemindəki ənənəvi inteqrasiyası ilə yanaşı mütərəqqi inteqrasiya formalarından da istifadə olunur. Belə inteqrasiya formalarından biri «məsuliyyət mərkəzləri» əsasında müəssisənin maliyyə fəaliyyətinin ayrı-ayrı aspektlərinin idarə edilməsi konsepsiyasıdır. Amerika iqtisadçısı D.Xiqqins tərəfindən hazırlanmış bu konsepsiyadan maliyyə resurslarının formalaşmasının, pul axınlarının, investisiya-nın və maliyyə fəaliyyətinin bəzi aspektlərinin idarə edilməsində geniş istifadə olunur.
Məsuliyyət mərkəzi müəssisənin struktur bölməsi olub maliyyə fəaliyyətinin bu və ya digər aspektlərinə nəzarət edir, onun rəhbəri həmin aspektlər çərçivəsində müstəqil idarəetmə qərarları qəbul edir və maliyyə göstəriciləri üzrə plan (normativ) tapşırıqların vaxtında yerinə yetirilməsinə görə tam məsuliyyət daşıyır. Müəssisənin maliyyə menecmentinin təşkilati təminat sistemində formalaşan məsuliyyət mərkəzlərinin əsas tipləri kimi xərclər mərkəzi, gəlir mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi fərqləndirilir. Müxtəlif tip məsuliyyət mərkəzlərinin yaradılması yolu ilə strateji maliyyə menecmentinin təşkilati təminat sistemi fəaliyyətin həcmi, fəaliyyətin çoxfunksiyalılığı, heyətin sayı, istehsalın təşkilati strukturu, fəaliyyətin təşkilati-hüquqi forması və başqa amillərdən asılı olaraq formalaşdırılır. Buna görə hər bir müəssisə üçün məsuliyyət mərkəzlərinin sayının və tərkibinin müəyyənləşdirilməsi məsələsinə fərdi şəkildə yanaşılmalıdır. Yaradılan məsuliyyət mərkəzləri təkcə qoyulan tapşırıqların yerinə yetirilməsini deyil, həm də yuxarı idarəetmə orqanı üçün maliyyə resurslarının formalaşması və istifadəsinin səmərəliliyinin yüksəldilməsi üzrə konkret təkliflər hazırlamağı bacaran menecerlər qrupu formalaşdırmalıdır.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin