Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə hesabatı anlayışı və onun göstəriciləri



Yüklə 114,21 Kb.
səhifə7/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

2.3. Maliyyə hesabatı anlayışı və onun göstəriciləri.
Müəssisənin maliyyə dayanaqlığına aşağıdakı amillər təsir edir:
 əmtəə və maliyyə bazarlarında müəssisənin vəziyyəti;
 rəqabət qabiliyyətli məhsulların buraxılışı və realizasiyası;
 tərəfdaşlarla işgüzar əməkdaşlıqda müəssisənin reytinqi;
 xarici kreditorlar və investorlardan asılılıq dərəcəsi;
 ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;
 istehsal xərclərinin miqdarı və strukturu, onların pul gəlirləri ilə əlaqəsi;
 ödənilən nizamnamə kapitalının həcmi;
 kommersiya və maliyyə əməliyyatlarının səmərəliliyi;
 əmlak potensialının vəziyyəti;
 istehsal və maliyyə menecerlərinin peşəkar hazırlıq səviyyəsi, onların daxili və xarici mühit dəyişikliklərini daim nəzərə almaq bacarığı.

Maliyyə dayanaqlığının mütləq göstəricilərinin təhlili üzrə praktiki iş mühasibat uçotunun məlumatları əsasında həyata keçirilir.


Müəssisədə istehsal prosesinin gedişində əmtəə-material qiymətli əşyaların ehtiyatları daim saxlanılır. Bu məqsədlə həm xüsusi dövriyyə vəsaitləri, həm də borc vəsaitlərindən istifadə edilir. Ehtiyatların formalaşdırılması üçün artıq qalan, yaxud çatışmayan vəsaitləri öyrənməklə maliyyə dayanaqlığının mütləq göstəriciləri müəyyənləşdirilir.
Maliyyə dayanaqlığının nisbi göstəriciləri xarici investor və kreditorlardan müəssisənin asılılıq dərəcəsini xarakterizə edirlər. Müəssisənin sahibi (rəhbəri), ümumi maliyyə mənbələrində xüsusi kapitalın optimallaşdırılmasına və borc vəsaitlərin minimumlaşdırılmasına xüsusi maraq göstərirlər. Kreditorlar müəssisənin maliyyə dayanaqlığını qiymətləndirərkən xüsusi kapitalın həcmini və müflisləşmənin vaxtında qarşısının alınması ehtimalını əsas götürürlər.
Müəssisənin maliyyə dayanaqlığı xüsusi və borc vəsaitlərin vəziyyətilə xarakterizə edilir və maliyyə əmsalları sisteminin köməyilə qiymətləndirilir. Onların hesablanması üçün informasiya bazası mühasibat balansının aktiv və passiv maddələri sayılır. Müəssisənin maliyyə dayanaqlığının qiymətləndirilməsi kifayət qədər çoxlu miqdarda maliyyə əmsallarının köməyilə həyata keçirilir. Müəssisənin maliyyə dayanaqlığını xarakterizə edən əmsallara aid etmək olar: maliyyə asılıqsızlığı əmsalı; borcluluq əmsalı; özünümaliyyələşdirmə əmsalı; xüsusi dövriyyə vəsaitləri ilə təminat əmsalı; manevrilik əmsalı; maliyyə gərginliyi əmsalı; mobil və dövriyyədən kənar aktivlərin nisbəti əmsalı; istehsal təyinatlı əmlak əmsalı. Müəssisənin ödəməqabiliyyəti daxili və xarici tərəfdaşlar qarşısında maliyyə öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanı və qabiliyyəti ilə xarakterizə edilir. Tədiyyə qabiliyyəti kommersiya sazişlərinin həyata keçirilməsi forma və şərtlərinə bilavasitə təsir edir. Likvidlik müəssisənin tez və minimum maliyyə itkisi ilə öz aktivlərini (əmlakını) pul vəsaitinə çevirmək qabiliyyətidir.
Müəssisənin ödəməqabiliyyətini və likvidliyini qiymətləndirmək üçün aşağıdakı əsas metodlardan istifadə olunur:
 balansın likvidliyinin təhlili;
 likvidlik maliyyə əmsallarının hesablanması və qiymətləndirilməsi;
 pul (maliyyə) axınlarının təhlili.

Müəssisənin maliyyə dayanaqlığının dörd tipi vardır: mütləq maliyyə dayanaqlığı; normal maliyyə dayanaqlığı; davamlı olmayan maliyyə vəziyyəti; böhranlı maliyyə vəziyyəti.


Maliyyə dayanaqlığının hər bir tipi ayrıca təhlil edilməli və ona təsir edən
amillər aşkara çıxarılmalı, maliyyə dayanaqlığının möhkəmləndirilməsi üzrə konkret tədbirlər həyata keçirilməlidir.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin