Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə menecmentinin konseptual əsaslarının işlənilməsi



Yüklə 114,21 Kb.
səhifə3/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

1.3. Maliyyə menecmentinin konseptual əsaslarının işlənilməsi.
Maliyyənin neoklassik nəzəriyyəsi- kapital bazarlarının inkişaf qanunauyğunluqlarını və onların iştirakçılarının davranış məntiqi və prinsiplərini nəzəri cəhətdən əsaslandırır. Bazar iqtisadiyyatı şəraitində bu istiqamətin əsas sistemyaradıcı elementi olan müəssisə kapital bazarı ilə bilavasitə münasibətdə fəaliyyət göstərir. Lakin firmanın maliyyə fəaliyyətinin idarə edilməsi təkcə maliyyə bazarlarındakı əməliyyatlardan ibarət deyil. Çünki maliyyə bazarlarındakı əməliyyatlar pul axınları, investisiya, borc-istiqraz əməliyyatlarının idarə edilməsi üzrə aparılan müxtəlif növ əməliyyatların yalnız bir hissəsidir. Məhz bu vəziyyət maliyyə menecmentinin nəzəri əsaslarının işlənib hazırlanması üçün əsas olmuş üç elmin: maliyyənin neoklassik (müasir) nəzəriyyəsi, mühasibat uçotu və idarəetmənin ümumi nəzəriyyəsinin birləşməsindən müstəqil elmi və praktiki istiqamət kimi formalaşmışdır. XX əsrin 40-50-ci illərini maliyyə elminin
inkişafında prinsipcə yeni mərhələnin başlanğıcı adlandırmaq olar, məhz həmin illərdə maliyyənin neoklassik nəzəriyyəsi inkişaf etdirilmişdi. Yeni nəzəriyyənin təşəkkülü və inkişafı çox sürətli templə getmişdi; əsas səbəb biznesin inkişafı və beynəlmiləşməsi, maliyyə bazarının möhkəmlənməsi, bank sektorunun genişlənməsi və s. ilə əlaqədar praktiklər tərəfindən son dərəcə tələbatın artması olmuşdur. Artıq XX əsrin 50-ci illərinin sonunda İngiltərə-Amerika maliyyə məktəbinin nümayəndələrinin səyi sayəsində mikroiqtisadiyyatdan yeni bir istiqamət ayrıldı və maliyyə elmində üstünlük təşkil etdi.
• Maliyyənin neoklassik nəzəriyyəsi aşağıdakı ilkin tezislərə, zəminlərə əsaslanmışdı .
• Dövlətin iqtisadi qüdrəti, deməli onun maliyyə sisteminin dayandaqlığı da əsasını iri korporasiyalar təşkil edən, xüsusi sektorun inkişafı ilə müəyyən edilir.
• Sahibkarlıq sektorunun maliyyəsi ölkənin maliyyə sisteminin əsasını təşkil edir.
• Sahibkarlıq fəaliyyətinə dövlətin müdaxiləsi minimuma endirir.
• İri korporasiyaların inkişaf imkanlarını müəyyənləşdirən maliyyələşdirmənin mümkün mənbələri içərisində mənfəət və kapital bazarı əsas sayılır.
• Kapital, əmtəə və əmək bazarlarının beynəlmiləşməsi ona gətirib çıxarır ki, ayrı-ayrı ölkələrin maliyyə sistemlərinin və kapital bazarlarının ümumi inkişaf meyli inteqrasiyaya cəhd adlanır.
Bütün bu tezislər qlobal maliyyə sisteminin inkişafının müasir səviyyəsində və meyllərində aydın təsdiqini tapırlar. Belə ki, axırıncı tezisə münasibətdə, Avro pul vahidinin yaradılması, mühasibat uçotunun sistem və modellərinin konverkensiya layihəsinin reallaşdırılması haqqında aparıcı ölkələrin mühasibat uçotunun və maliyyə bazarlarının tənzimləyicilərinin sazişi kimi faktlar çox əhəmiyyətlidir.
Maliyyənin neoklassik nəzəriyyəsini ümumi şəkildə maliyyə üçlüyünün: resurslar, münasibət, bazarların təşkili və idarə edilməsi barədə biliklər sistemi kimi müəyyənləşdirmək olar. Bu nəzəriyyə çərçivəsində aksent, hər şeydən öncə, bazar iqtisadiyyatının əsas sistemyaradıcı elementi kimi firmanın maliyyəsinin idarə edilməsində meyllərin ümumiləşdirilməsi, izahı, proqnozlaşdırılması və formalaşmasına edilir.
Kapital bazarına və iri şirkətlərə diqqət yetirilməsi təsadüfi deyil. Dünya təcrübəsi göstərir ki, real bazar iqtisadiyyatında səhmdar cəmiyyətləri mühüm rol oynayırlar. Müxtəlif mülkiyyət formalı müəssisələrin ümumi sayında onların xüsusi çəkisi nisbətən böyük deyil, amma milli sərvətin yaradılmasında töhfəsi son dərəcə böyükdür. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatında korporativ biznes aparıcı rol oynayır; kapitalın təmərgüzləşmə səviyyəsi yüksəkdir; milli iqtisadiyyata iri şirkətlər nəzarət edirlər; maliyyə bazarlarının rolu böyükdür, məhz bu bazarlar bir çox iqtisadi fəlakətlərin, sarsıntıların katalizatoru sayılır. Maliyyənin neoklassik nəzəriyyəsinin əsasını maliyyə bazarlarının fəaliyyət prinsipləri haqqında biliklərin sistemləşdirilməsi təşkil edir.
Maliyyə kapitalı təşəkkül tapdıqca iqtisadiyyatın inkişafında maliyyə bazarlarının rolu daha əhəmiyyətli olur. XIX əsrin sonunda maliyyə
bazarlarında yaranmış meyllərin nəzəri dərk edilməsinə, birjaların və birja torqları iştirakçılarının işinə bəzi standart yanaşmaların hazırlanmasına tələbat tədricən formalaşırdı.
Maliyyə menecmentinin konseptual əsasları. Maliyyə menecmentinin müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi formalaşmasına biznesin idarə edilməsində yaranmış meyllərin reallığına alimlərin və praktiklərin təbii reaksiyası səbəb olmuşdur. Biznesin idarə edilməsindəki meyllər maliyyə resursları və bazarlarının əhəmiyyətinin artması, onların qloballaşması, biznesin beynəlmilləşməsinin güclənməsi və iri transmilli şirkətlərin inkişafı ilə şərtlənir. Bu reallıq, hər şeydən əvvəl, xüsusi kapitalın idarə edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını vurğulayan maliyyənin neoklassik nəzəriyyəsinin təşəkkülünə gətirib çıxarmışdır.
Maliyyə menecmenti bəzi təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi barədə elm kimi həmin subyektin ətraf mühit konteksində müəyyən xüsusiləşməsini, onun fəaliyyət prosesində baş verən əlaqə və münasibətlərin eyniləşdirilməsini nəzərdə tutur. Makroiqtisadi səviyyədən maliyyə axınları müəyyən məntiqə tabe olurlar, onların savadlı idarə edilməsi isə həmin məntiqi başa düşməyə imkan verən bəzi obyektiv mövcud konseptual prinsipləri bilməyi tələb edir. Məhz müasir maliyyə nəzəriyyəsi çərçivəsində maliyyə menecmentinin təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi metodologiyası ilə izah olunan, maliyyənin idarə edilməsi elminin əsas kateqoriyaları ilə səciyyələnən, idarəetmə məqsədi üçün istifadə olunan ayrı-ayrı üsulları, metodları və alətləri işləyib hazırlayan, onların nəzəri əsaslandırılmasını verən çoxlu baza konsepsiyaları formalaşmışdı. Müəssisə bir tərəfdən çoxlu alt sistemlərdən (onlardan biri maliyyə menecmentidir) ibarət olan mürəkkəb sistemi ifadə edir, digər tərəfdən isə daha yüksək nizamlı sistemin tərkib hissəsi sayılır. Mexaniki sistemdən fərqli olaraq müəssisə sosial-iqtisadi sistem kimi çoxlu eyni tipli və öz-özünə əmələgələn, çox vaxt formalaşmayan fəaliyyət aspektləri olur, məntiqi hansıki idarəetmənin ümumi nəzəriyyəsi çərçivəsində izah edilir.
Fransa sahibkarı və alimi Anri Fayol idarəetmənin beş ümumi funksiyasının ayrılmasını məqsədəuyğun hesab etmişdir: Əgər A.Fayolun təklifini əsas götürsək, onda ümumi funksiyalardan hər biri idarəetmə prosesinin ayrı-ayrı mərhələlərilə təcəssüm oluna bilər, onların ardıcıl dəyişilməsi isə qapalı idarəetmə tsiklini yaradır.
• Təhlil • Planlaşdırma • Təşkil• Sərəncamvermə • Kordinasiya • Nəzarət • Panlaşdırma dedikdə fəaliyyət planının tərtibi başa düşülür, hansıki əsasında bəzi lokal məqsədlər durur. • Təşkil funksiyası planın real doldurulması, onların resurs təminatı və icrası deməkdir. • Sərəncamvermə funksiyası planda nəzərdə tutulan fəaliyyətin mühafizəkar yerinə yetirilməsi, yəni plan tapşırıqlarının həyata keçirilməsi, bütün mövcud resursların hərəkətə gətirilməsi deməkdir. • Kordinasiya funksiyası sistemin bütün elementlərinin qarşılıqlı fəaliyyətinin və sinxronluğunun həyata keçirilməsini, zəif cəhətlər baş verən halda zəruri düzəlişlərin aparılmasını nəzərdə tutur. • Nəzarət funksiyası sistemin nə qədər uğurla fəaliyyət göstərməsi, baza məqsədlərinə nail olmasını təmin etməsi haqqında mülahizələr söyləməyə imkan verən sistemin mövcudluğu deməkdir. Təsərrüfat subyektlərinin idarə edilməsi sistemində təhlil funksiyası son dərəcə mühüm rol oynayır. Bu funksiyanın müxtəlif traktovkası mövcuddur. Məntiqə uyğun olaraq təhlil köməkçi xarakter daşıyır, o idarəetmənin müstəqil ümumi funksiyası sayılmır. Başqa sözlə, planlaşdırma təhlilsiz mümkün deyil, yəni onda xüsusi analitik komponent mütləq iştirak edir, uçot təhlildən ayrılmazdır. Maliyyə menecmentinin konseptual əsasları dedikdə əhatə olunan siyasi-iqtisadi mühit kontekstində təsərrüfat subyektinin maliyyə fəaliyyətinin idarə edilməsi sisteminin fəaliyyət məntiqi, strukturu və prinsiplərini müəyyənləşdirən nəzəri biliklərin məcmusu başa düşülür. Maliyyə menecmentinin konseptual əsaslarını (CFjm) qarşılıqlı əlaqəli səkkiz elementlərdən ibarət olan model şəklində təqdim etmək məqsədəuyğundur .
CFjm = {S1, OT, SC, BC, FP, MM, SS}, harada, S1 – iştirakçıların maraqları;
OT – maliyyənin idarə edilməsi sisteminin məqsədlərinin ierarxiyası;
SC – kateqoriya sistemi;
BC – baza (fundamental) konsepsiya sistemi;
FP – maliyyə prosesləri;
MM – elmi-praktiki instrumentariya (metodlar, modellər, üsullar və alətlər);
FM – maliyyə mexanizmləri;
SS – təminedici altsistemləri.
İştirakçıların maraqları. Təsərrüfat subyekti insan amilinin mütləq və üstün iştirakı ilə resursların məcmusu kimi müəyyən edilən sosial-iqtisadi sistemi ifadə edir. Bu sistem təcrid edilmiş halda deyil, ətraf mühitin təsiri altında fəaliyyət göstərir. Ona kapital göndərənlər, cari fəaliyyət iştirakçıları, dövlət və açıq orqanları, şirkətin işçiləri və sair maraqlı şəxslər daxildir. Məqsədlərin ierarxiyası. Müəssisə maliyyəsinin idarə edilməsi sistemi elə şəkildə qurulmalıdır ki, həm maraqlı şəxslərin məqsədli göstərişlərinin rəqabətliliyinin təmin edilməsi, həm də vaxt və struktur təşkilediciləri üzrə müəssisənin məqsədli göstərişlərinin nizama salınması və razılaşdırılması kimi kontekstdə onun harmoniyası haqqında danışıla bilsin. Maliyyə menecmentinin kateqoriya sisteminə amil, model, stavka, faiz, diskont, maliyyə aləti, pul axını, risk, gəlir və s. aiddir. Baza konsepsiyası maliyyə menecmentinin məntiqini və praktikada onun tətbiqi metodları və üsullarının istifadəsini müəyyənləşdirir. Maliyyə prosesləri. Maliyyənin idarə edilməsi iki eyni proseslərin səfərbəretmə, yəni vəsaitlərin cəlb edilməsi və onların axınlar və investisiyalaşdırma, yəni vəsaitlərin qoyuluşu və onların axınları münasibətində qəbul edilən qərarların sonsuz əvəz edilməsi şəklində reallaşdırılır. Elmi-praktiki instrumentariya (apparat) – təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin idarə edilməsinin ümumi elmi və konkret elmi üsullarının məcmusudur. Bazar iqtisadiyyatında maliyyə mexanizmlərinin əsas növləri maliyyə bazarları, institutları və alətləri hesab edilir. Təminedici sistemlər. Maliyyə menecmentinin konseptual əsaslarının bu elementi onun praktiki reallaşdırılması imkanlarını müəyyənləşdirir.
Maliyyə menecmenti elm kimi müasir maliyyə nəzəriyyəsi və maliyyə bazarlarındakı meyllərin mahiyyətini, maliyyə xarakterli qərarların qəbul edilməsi məntiqini, kəmiyyət təhlilinin bu və ya digər metodlarının tətbiqinin əsaslandırılmasını başa düşmək üçün xidmətedici metodoloji əsas çərçivəsində hazırlanmış fundamental konsepsiyalara əsaslanır. Konsepsiya hər hansı təzahürlərin şərhi üçün əsas ideyaları ifadə edən, onların başa düşülməsinin, traktovkasının müəyyən üsuludur.
Maliyyə menecmentinin fundamental konsepsiyalarına pul axınları konsepsiyasını; pul resurslarının müvəqqəti dəyərini; risk və gəlir arasında kompromisi; əməliyyat və maliyyə risklərini; kapitalın dəyərini; kapital bazarının effektivliyini; informasiyanın asimmetrikliyini (uyğunsuzluğu); agentlərin münasibətini; alternativ xərcləri; təsərrüfat subyektinin fəaliyyətinin müvəqqəti qeyri-məhdudluğunu; təsərrüfat subyektinin əmlak və hüquqi ayrılmasını aid etmək olar.
Müəssisənin əsas məqsədi səhmdarın mülkiyyətini maksimumlaşdırmaq və onun nəticəsində müəssisənin kapitallaşmış dəyərini, yaxud bazar dəyərini maksimum artırmaqdır. Bu nöqteyi-nəzər mülkiyyətçinin prinsipi adlanır, çünki müəssisəni zəruri maliyyə resursları ilə təmin edən səhmdarların maraqlarında müəssisənin mövcudluğunu qoruyub saxlamaq durur. Bu prinsip o zəminə əsaslanır ki, səhmdarlar bu müəssisəni yaradıblar, istehsal fəaliyyətinin aparılması zəruriliyini əsaslandırıblar, onun əsas məqsədini müəyyənləşdirməyi davam etdirir və onun həqiqi cəhətdən sahibi və sərəncamvericisi adlanır.
İştirakçı prinsipi etiraf edir ki, şirkətin hüquqi sahibi olan səhmdarlardan başqa şirkətin fəaliyyətində iştirak etməyə qanuni hüququ olan bir sıra digər qruplar mövcuddur. Bunlara aşağıdakılar aiddir:
• uzunmüddətli kreditlər verən maliyyə institutları;
• şirkətin fəhlə və qulluqçuları;
• hazır məhsulun alıcıları;
• xammal, materiallar, xidmətlər və s. göndərənlər;
• cəmiyyət.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin