Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları



Yüklə 114,21 Kb.
səhifə6/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Qeyri-formallıq prinsipi o deməkdir ki, göstəricilər sistemi maksimum dərəcədə analitikliyə malik olmalıdır, müəssisənin cari vəziyyətinin və perspektiv inkişafının qiymətləndirilməsi imkanını təmin etməli, həmçinin idarəetmə qərarlarının qəbulu üçün yararlı olmalıdır. Müəssisənin fəaliyyəti haqqında müxtəlif informasiyalar və təhlilin aparılmasının çoxlu üsulları mövcuddur. Mühasibat uçotunun məlumatları əsasında aparılan təhlil klassik üsul adlanır və aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
 tələb edilən dövrün mühasibat hesabatı formalarından məlumatların toplanması, etibarlığının qiymətləndirilməsi və seçilməsi;
 mühasibat hesabatlarının nümunəvi formalarının analitik formaya çevrilməsi;
 hesabatın strukturu və göstəricilərinin dəyişilməsi dinamikasının təhlili;
 təhlilin əsas istiqamətləri üzrə göstəricilərin hesablanması və qruplaşdırılması;
 təhlil edilən dövrdə göstəricilər sisteminin aşkara çıxarılması və dəyişilməsi;
 tədqiq olunan əsas göstəricilər arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi və nəticələrin təfsiri;
 müəssisənin maliyyə-iqtisadi vəziyyətinə dair rəyin hazırlanması;
 “dar yerlərin” aşkara çıxarılması və ehtiyatların axtarılması;
 müəssisənin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üzrə tövsiyələrin işlənib hazırlanması.
Müəssisənin maliyyə vəziyyətini xarakterizə edən göstəricilər sistemi beş əsas parametrlər blokundan ibarətdir:
1) balansın tərkibi və strukturu (analitik balansın qurulması; balansın şaquli və üfüqi təhlili; müəssisənin əmlak vəziyyətinin keyfiyyətcə dəyişilməsinin təhlili);
2) müəssisənin likvidliyi və ödəmə qabiliyyəti (balansın likvidliyinin təhlili; likvidlik əmsalının təhlili; pul vəsaitlərinin hərəkətinin təhlili);
3) müəssisənin maliyyə dayanaqlığı (maliyyə dayanaqlığının mütləq göstəricilərinin təhlili; maliyyə dayanaqlığının nisbi göstəricilərinin təhlili);
4) rentabellik (rentabellik əmsallarının hesablanması və təhlili);
5) işgüzar aktivlik (keyfiyyət meyarlarının təhlili; kəmiyyət meyarlarının təhlili).

Bu bloklar bir-birilə qarşılıqlı əlaqədardır və maliyyə təhlilinin strukturunu müəyyənləşdirirlər. Müəssisənin maliyyə-təsərrüfat vəziyyətini daha dəqiq və obyektiv xarakterizə edən göstəricilər hesablanır və qruplaşdırılır.


Deməli, müəssisənin maliyyə dayanaqlığı sahibkarlıq riskinin minimum səviyyədə ödəmə qabiliyyətini və kredit qabiliyyətini stabil saxlamaq şərtilə xüsusi vəsait hesabına müəssisənin inkişafının təmin edilməsidir.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin