2.2.Maliyyə menecmentinin informasiya bazasını təşkil edən göstəricilər sistemi Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti haqqında tam və ətraflı təsəvvür yaratmaq üçün göstəricilər sistemindən istifadə olunur. Göstəricilər sisteminin qurulması iki məsələnin dəqiq başa düşülməsinə əsaslanır: sistem nədir və o hansı tələbləri ödəməlidir? “Göstəricilər sistemi” anlayışı və onun qurulması prinsipləri məşhur statistiklər B.Q. Ploşko, İ.P. Suslov və başqalarının əsərlərində geniş şərh edilmişdir. Müəyyən iqtisadi subyekti, yaxud təzahürü xarakterizə edən göstəricilər sistemi dedikdə həmin subyektin, yaxud təzahürün vəziyyətini və inkişafını hərtərəfli əks etdirən qarşılıqlı kəmiyyətlərin məcmusu başa düşülür .Bu anlayış ümumi xarakter daşıyır. Ona görə də praktiki istifadə üçün elmi ədəbiyyatda bir sıra tələblər irəli sürülür ki, göstəricilər sistemi onları mütləq ödəməlidir. Onlardan metodoloji əhəmiyyətinə görə üç tələb xüsusi vurğulanır: öyrənilən subyektin, yaxud təzahürün bütün tərəflərinin göstəricilər sistemilə geniş əhatə olunması; göstəricilərin qarşılıqlı əlaqəsi; yoxlanılmasının mümkünlüyü.
Göstəricilər sisteminin qurulmasında həmçinin bir sıra prinsiplərə riayət olunması zəruridir. Həmin prinsiplərdən ən vacibləri aşağıdakılardır:
Göstəricilər sisteminin struktur prinsipisistemdə xüsusi və ümumiləşdirici göstəricilərin mövcud olmasını nəzərdə tutur, həm də xüsusi göstəricilərin məntiqi genişləndirilməsinin təmin edilməsi daha optimal sayılır. Bu prinsip maliyyə təhlilində kifayət qədər geniş tətbiq edilir.
Gözə görünənlik prinsipihəmin müəssisə üçün optimal sayılan göstərici-lərin bəzi toplusunun mövcudluğunu nəzərdə tutur. Keyfiyyət təhlili nəticəsində elə sistem qurmaq lazımdır ki, öyrənilən təzahürün bütün əhəmiyyətli tərəflərini özündə əks etdirə bilsin.
Mütləq və nisbi göstəricilərin ağıllı əlaqələndirilməsi prinsipininmahiyyəti ondan ibarətdir ki, istənilən göstəricilər sistemi məkan-zaman çərçivəsində bəzi xarakteristikaların müqayisəsi və təhlilini aparmağa imkan versin.