Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə risklərinin neytrallaşdırılmasının başlıca metodları



Yüklə 114,21 Kb.
səhifə18/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

5.3. Maliyyə risklərinin neytrallaşdırılmasının başlıca metodları.
Maliyyə risklərinin neqativ nəticələrinin neytrallaşdırılması müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən biridir. Neytrallaşma müxtəlif maliyyə mexanizmlərinin köməyi ilə həyata keçirilir, hansıki strateji maliyyə menecmenti praktikasında daxili və xarici mexanizmlərə bölünür.
Müəssisənin maliyyə risklərinin strateji idarə edilməsi metodları sistemində onların neytrallaşdırılmasının daxili mexanizmləri önəmli yer tutur. Maliyyə risklərinin neytrallaşdırılmasının daxili mexanizmi, müəssisə çərçivəsində seçilən və həyata keçirilən, onların neqativ nəticələrini minimallaşdıran metodlar sistemini ifadə edir.
Maliyyə risklərinin neytrallaşdırılmasının daxili mexanizmlər sistemi aşağıdakı metodlardan istifadəni nəzərdə tutur:
1. Risklərdən qaçmaq. Maliyyə risklərinin neytrallaşdırılmasının bu metodu, maliyyə risklərinin konkret növünü tamamilə istisna edən, daxili xarakterli tədbirlərin işlənib hazırlanmasını nəzərdə tutur.
2. Riskin təmərgüzləşməsi
nin limitləşdirilməsi. Maliyyə risklərinin təmərgüzləşməsinin limitləşdirilməsi mexanizmi adətən çox ağırlı, yaxud faciəli risk zonasında həyata keçirilən maliyyə əməliyyatları üzrə istifadə olunur.
3. Xedjirləşmə. Bu termin maliyyə menecmentində dar və geniş mənada istifadə edilir. Dar mənada xedjirləşmə maliyyə alətlərinin müvafiq növlərinin istifadəsinə əsaslanan maliyyə risklərinin neytrallaşdırılmasının daxili mexanizmini xarakterizə edir. Geniş mənada xedjirləşmə mümkün maliyyə itkiləri riskinin azaldılmasının istənilən mexanizmlərindən həm daxili, həm də xarici istifadə prosesini xarakterizə edir.
4.Diversifikasiya. Bu, hər şeydən əvvəl, qeyri-müntəzəm (spesifik) risk növlərinin neqativ maliyyə nəticələrinin neytallaşdırılması prosesində istifadə olunur.
5. Risklərin bölüşdürülməsi. Maliyyə risklərinin neytrallaşdırılmasının bu istiqamətinin mexanizmi ayrı-ayrı maliyyə əməliyyatları üzrə onların hissə-hissə tərəfdaşlara verilməsinə əsaslanır.
6. Ehtiyatda saxlama. Maliyyə risklərinin neytrallaşdırılmasının bu istiqamətinin mexanizmi, risk kontragentlərin hərəkəti ilə əlaqədar olmayan, maliyyə əməliyyatları üzrə neqativ maliyyə nəticələrinin aradan qaldırılmasına imkan verən maliyyə resurslarının bir hissəsinin müəssisədə ehtiyatda saxlanılmasına əsaslanır.
7. Maliyyə risklərinin neytrallaşdırılmasının daxili mexanizmlərinin sair metodları. Bu metodlara aşağıdakıları aid etmək olar:
1. maliyyə əməliyyatları üzrə kontragentdən riskə görə əlavə mükafat səviyyəsi tələbinin təmin edilməsi;
2. kontragentlərdən müəyyən təminatın alınması;
3. risklərə görə mümkün maliyyı itkilərinin nəzərdə tutulan cərimə sanksiya hesabına kompensasiyasının təmin edilməsi.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin