Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 6. Müəssisənin investisiya fəaliyyətinin idarə edilməsi



Yüklə 114,21 Kb.
səhifə20/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 6. Müəssisənin investisiya fəaliyyətinin idarə edilməsi.
6.1. Müəssisənin investisiya fəaliyyətinin strateji məqsədlərinin seçilməsi.
6.2. Maliyyə investisiyasının idarə edilməsi.
6.3. İnvestisiya portfelinin formalaşması xüsusiyyətlərı.
6.1. Müəssisənin investisiya fəaliyyətinin strateji məqsədlərinin seçilməsi.
Uzunmüddətli perspektivdə müəssisənin effektiv fəaliyyət göstərməsi, strateji inkişaf tempinin təmin edilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi əhəmiyyətli dərəcədə onun investisiya faəllığı və investisiya fəaliyyətinin diapazonu ilə edilir. Müəssisənin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı kompleks məsələlərin həlli investisiya siyasətinin əsaslandırılması, onun daha effektiv istiqamətləri və formalarının seçilməsi, real maliyyə investisiyasının məqsədyönlü portfelinin işlənib hazırlanması sahəsində düzgün idarəetmə qərarlarının qəbulunu tələb edir. Investisiya strategiyasının işlənib hazırlanması müəssisənin investisiya fəaliyyətinin strateji idarə edilməsinin mühüm funksiyası sayılır. Investisiya strategiyası dedikdə investisiya faəliyyətinin uzunmüddətli məqsədlər sisteminin formalaşması və onlara çatmağın daha səmərəli yollarının seçilməsi başa düşülməlidir.
• İnvestisiyanın maliyyələşdirilməsi mənbələri aşağıdakılardan ibarətdir:
• müəssisənin öz vəsaitləri (amortizasiya ayırmaları, çıxdaş olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait, daxili aktivlərin səfərbərliyi, bölüşdürülməmiş gəlir və digər pul yığımları);
• borc vəsaitləri (bankların krediti, maliyyə-investisiya strukturlarının borcları, müəssisənin qiymətli kağızlarının
emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait, kredit verənlərə olan borclar);
• xarici investisiyalar (nizamnamə fonduna pul qoyuluşu və müəssisənin səhmlərinin satın alınması, xarici bankların və beynəlxalq təşkilatların kreditləri və ayrı-ayrı vətəndaşların vəsaitləri).
• mərkəzləşdirilmiş resurslar (büdcədən ayrılmış qaytarılmayan məbləğ və güzəştli dövlət investisiya kteditləri)
İqtisadi ədəbiyyatda qeyd olunduğu kimi, korporasiya səviyyəsində investisiya menecmenti aşağıdakı məqsədlərə nail olmağa imkan verir.
• gəlirlərin (mənfəətin) maksimumlaşdırılması;
• investisiya fəaliyyəti prosesində risklərin minimumlaşdırılması;
• maliyyə dayanıqlığının və tədiyyə qabiliyyətliliyinin təmin edilməsi.
Göstərilən məqsədlərə çatmaq üçün şirkətin menecmenti aşağıdakı funksiyaların yerinə yetirilməsinə çalışmalıdır
• investisiya bazarının qiymətləndirilməsi
• şirkətin investisiya strategiyasının işlənib hazırlanması;
• investisiya portfelinin formalaşması;
• investisiya layihələrinin reallaşmasının idarə edilməsi.
İnvestisiyanın strateji idarə edilməsi dedikdə, müəssisənin investisiya fəaliyyətinin müxtəlif aspektlərinin həyata keçirilməsi ilə əlaqədar idarəetmə qərarlarının işlənib hazırlanması və reallaşdırılması prinsipləri və metodlarının sistemi başa düşülür. Müəssisənin investisiya strategiyasının idarə edilməsinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
• Müəssisənin əməliyyat fəaliyyətinin yüksək inkişaf tempinin lazımi investisiya dəstərinin təmin edilməsi;
• Nəzərdə tutulan investisiya riskinin səviyyəsində bütövlükdə müəssisənin investisiya fəaliyyətinin, ayrılıqda real investisiyanın və maliyyə investisiyasının maksimum gəlirliliyinin təmin edilməsi;
• Bütövlükdə müəssisənin investisiya fəaliyyətinin, ayrılıqda real və maliyyə investisiyaların onların gəlirliliyinin nəzərdə tutulan səviyyəsində minimal investisiya riskinin təmin edilməsi;
• İnvestisiya fəaliyyətinin həyata keçirilməsinin xarici və daxili şəraitinin dəyişilməsində kapitalın tez investisiyalaşdırılması imkanlarının və investisiyanın optimal likvidliyinin təmin edilməsi;
• İnvestisiya fəaliyyətinin proqnozlaşdırılan həcminə uyğun lazımi həmdə investisiya resurslarının formalaşmasının təmin edilməsi;
• Müəssisənin mövcud investisiya proqramının reallaşdırılmasının sürətləndirilməsi yollarının axtarılması;
• İnvestisiya fəaliyyətinin həyata keçirilməsi prosesində müəssisənin maliyyə tarazlığının təmin edilməsi.

Müəssisənin investisiyasının strateji idarə edilməsi prosesi aşağıdakı əsas mərhələləri əhatə edir:


1. Gələcək dövrdə müəssisənin investisiya fəaliyyətinin təhlili;
2. Xarici investisiya mühit amillərinin və investisiya bazarı konyukturunun tədqiqi və nəzərə alınması;
3. Gələcək investisiya fəaliyyəti ilə təmin ediləcək müəssisənin inkişafının strateji məqsədlərinin nəzərə alınması. Investisiya fəaliyyətinin strateji məqsədlərinin istiqamətini müəyyən edən mühüm obyektiv məhdudiyyət kimi müəssisənin həyat tsiklinin mərhələsi çıxış edir. Müəssisənin həyat tsiklinin mərhələlərindən asılı olaraq investisiya strategiyasının strateji məqsədlərinin diferensiallaşması cədvəl 1-də ifadə olunmuşdur.
4. Risk üstünlüyünü nəzərə almaqla kapital qoyuluşunun məqsədlərinə görə investisiya siyasətinin təyinedici tipinin əsaslandırılması. Strateji maliyyə menecmenti nəzəriyyəsində investorun risk üstünlüyü meyarına görə müəssisənin investisiya siyasətinin üç tipi ayrılır – konservativ, yumşaq və aqressiv.
Konservativ investisiya siyasəti prioritet məqsəd kimi investisiya riskinin minimumlaşdırılmasına yönəldilir. Yumşaq investisiya siyasəti elə investisiyalaşdırma obyektinə yönəldilir ki, cari gəlirlilik səviyyəsi, kapitalın artım tempi və risk səviyyəsi orta bazar səviyyəsinə daha çox yaxınlaşır. Aqressiv investisiya siyasəti gələcək dövrdə kapital qoyuluşundan alınacaq cari gəlirin maksimumlaşdırılmasına yönəldilir.
5. İnvestisiyalaşdırmanın əsas istiqamətləri üzrə müəssisənin investisiya siyasətinin formalaşdırılması.
6. Müəssisənin sahə və regional investisiya siyasətinin formalaşdırılması.
7. Müəssisənin investisiya strategiyasının əsas istiqamətlərinin qarşılıqlı
əlaqələndirilməsi.

Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin