Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Mövzu 5. Maliyyə risklərinin idarə olunması



Yüklə 114,21 Kb.
səhifə16/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

Mövzu 5. Maliyyə risklərinin idarə olunması.
5.1. Maliyyə riski idarəetmə obyekti kimi.
5.2. Maliyyə risklərinin növləri.
5.3. Maliyyə risklərinin neytrallaşdırılmasının başlıca metodları.
5.4. Maliyyə risklərinin sığortalanması üsulları.


5.1. Maliyyə riski idarəetmə obyekti kimi.
Maliyyə menecmenti strategiyasının dominat sferalarından biri müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsi strategiyasıdır. Müəssisənin maliyyə təhlükəsizliyinin təmin edilməsi strategiyasında maliyyə risklərinin idarə edilməsi mərkəzi yer tutur.
Bazar münasibətləri şəraitində istehsalçılar və istehlakçılar həmişə müəyyən risklərlə, təhlükələrlə və qorxu ilə rastlaşırlar. Biznes fəaliyyətində risk nəinki mümkün olan (potensial) təhlükədir, həm də mütləq reallıqdır. Risklər həm taktiki, həm də strateji baxımdan müəssisənin gələcək inkişafına ümidi azaldır, qarşıya qoyulmuş məqsədə çatmaqda inamsızlıq hissi yaradır.
“Risk” anlayışı barədə müxtəlif fikirlər söylənilir. İqtisadçılar riski faktiki nəticənin planlaşdırılan səviyyədən kənarlaşması imkanı kimi ifadə edirlər. Riyaziyyatçıların fikrincə isə risk müəyyən arzuolunmaz hadisənin başvermə ehtimalıdır. R.Dembo və A.Frimen qeyd edirlər ki, risk investisiya portfelinin dəyərində bugünki vəziyyətlə müqayisədə gələcəkdə baş verə biləcək dəyişikliyin ölçüsüdür. Sonradan bu tərifə situasiya elementlərini əlavə edərək S.A.Villyams və R.M.Xeyns riski müəyyən zaman kəsiyində müəyyən situasiyada baş verə biləcək nəticələrin dəyişməsi kimi müəyyənləşdirmişlər
Risk istənilən iqtisadiyyatın baza xassəsidir. O, həmişə və hər yerdə olub, var və olacaqdır. Odur ki, risklə məşğul olmaq və onu idarə etmək lazımdır. Sosialist iqtisadiyyatında risklərin çox hissəsi mərkəzdən idarə olunurdu, itkilər isə mərkəzləşdirilmiş dövlət fondundan örtülürdü. Bazar iqtisadiyyatında risklərin əsas hissəsi biznes subyektləri və şəxsən sahibkarların özü tərəfindən idarə olunmalıdır. Sahibkar şüurlu olaraq riski qəbul etməli və biznes fəaliyyətinə onun təsirini qiymətləndirməlidir. Sahibkarlar fəaliyyət prosesində həmişə müxtəlif risklərlə üzləşirlər. Kim çox qazanmaq istəyirsə, o mütləq yüksək riskə getməlidir. Çünki, bu biznes fəaliyyətinə xas olan xüsusiyyətdir.
• Müxtəlif növ sahibkarlıq riskləri mövcuddur
istehsal riski
• kommersiya riski
• investisiya riski
maliyyə riski

Maliyyə riskləri müəssisənin banklar və digər maliyyə institutları ilə münasibəti sferalarında baş verir, müəssisənin strateji inkişafının bir çox aspektlərinə təsir göstərir. Lakin onların müəssisənin fəaliyyətinə təsiri əsasən iki istiqamətdə təzahür edir.


• 1. Maliyyə riskinin səviyyəsi müəssisənin maliyyə əməliyyatlarının gəlirlilik səviyyəsinin formalaşmasına bilavasitə təsir göstərir, bir – birilə sıx qarşılıqlı əlaqəli vahid “gəlirlilir - risk” sistemini ifadə edir.
• 2. Maliyyə riski müəssisənin müflisləşməsi üçün təhlükənin əsas formasıdır. Belə ki, maliyyə riskilə əlaqədar müəssisənin maliyyə itkisinin həcmi çox böyük olur.
Tədiyyə qabiliyyətsizliyinin səviyyəsi
İnvestisiya riski
Inflyasiya riski
Faiz riski
Valyuta riski
Depozit riski
Kredit riski
Maliyyə risklərinin növləri
Maliyyə dayanıqlı-ğının azalması riski
Sair risk növləri
Kriminal riski
Innovasiyalı maliyyə riski
Vergi riski



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin