Mövzu Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları


Maliyyə risklərinin sığortalanması üsulları



Yüklə 114,21 Kb.
səhifə19/42
tarix09.11.2022
ölçüsü114,21 Kb.
#68193
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   42
C fakepathmaliy menec Mьhazir l r Qr721.19 723.19 731.19

5.4. Maliyyə risklərinin sığortalanması üsulları.
Müəssisənin maliyyə risklərinin neytrallaşdırılmasının xarici mexanizmləri xüsusi sığorta şirkətləri tərəfindən onların sığortalanması metodlarının sistemini ifadə edir. Sığortalaşma prosesində müəssisə maliyyə risklərinin bütün əsas növləri üzrə sığorta mühafizəsini təmin edir. Müəssisənin maliyyə risklərinin sığortalaşdırılmasının əsas meyarları aşağıdakılardır:
• maliyyə risklərinin sığortalanması mümkünlüyü;
• maliyyə risklərinin sığortalanmasının məcburiliyi;
• müəssisənin sığortalanma marağının olması;
• risk üzrə maliyyə itkilərinin xüsusi maliyyə resursları hesabına tam doldurmağın qeyri-mümkünlüyü;
• maliyyə riskinin baş verməsi ehtimalının yüksək dərəcəsi;
• müəssisə çərçivəsində riskin proqnozlaşdırılmaması və tənzimlənməməsi;
• risk üzrə sığorta mühafizəsi məqbul münasib dəyəri.

Müəssisənin sığorta şirkətləri ilə qarşılıqlı əlaqəsi, maliyyə risklərinin ayrı-ayrı növlərinin sığortalanması şərtləri üzrə sığorta edənin və sığortaçının qarşılıqlı hüquq və vəzifələrini tənzimləyən, müqavilə əsasında qurulur. Həmin şərtlərin mühüm elementləri kimi çıxış edirlər:


• sığorta edənin sığorta məsuliyyətinin həcmi;
• sığortaçının əmlakının sığorta qiymətləndiriləmsi;
• sığorta məbləğinin həcmi;
• sığorta mükafatının məbləği;
• sığorta mükafatının ödənilməsi qaydası;
• sığorta zərərinin həcminin müəyyənləşdirilməsi qaydası;
• sığorta haqlaqrının ödənilməsi qaydası.

Maliyyə risklərinin ayrı-ayrı növlərinin sığortalanması şərtlərini nəzərə almaqla müəssisə onun effektivliyini müəyyənləşdirir. Maliyyə risklərinin sığortalanması səmərəliliyinin müəyyənləşdirilməsi metodlarından biri Xauston Modelidir. Bu modelin əsasını sığortaçıya riski verərkən və maliyyə resurslarının bir hissəsini ehtiyatda saxlamaq yolu ilə özünümaliyyələşdirərkən sığorta dövrünün sonuna müəssisənin dəyərinin müqayisəli qiymətləndirilməsi təşkil edir. Maliyyə risklərinin sığortaçıya verilməsinin və onların özünüsığortalanmasının effektivliyinin Xauston Modeli əsasında müqayisəli qiymətləndirilməsi həmin məsələ üzrə idarəetmə qərarlarının qəbulu üçün əsas sayılır.



Yüklə 114,21 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin