Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə64/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   60   61   62   63   64   65   66   67   ...   82
Audit yeni

Ədəbiyyat siyahısı

  1. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).

  2. Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007

  3. Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007

  4. Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414

  5. Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414

  6. “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.

  7. “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986

  8. Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007

  9. Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.

  10. Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.

Namazova C.B. Audit. Bakı. CBS. 2012


MÖVZU 10.ƏMTƏƏ-MATERIAL QIYMƏTLILƏRI ÜZRƏ ƏMƏLIYYАTLАRIN AUDITI
Plan:
1. Аnbаr təsərrüfatının vəziyyətinin və mаteriаl resurslаrının sахlаnmаsının аuditi
2. Mal-mаteriаl qiymətlilərinin inventаrizаsiyаsının aparılmasının düzgünlüyünün аuditi
3. Material resurslarındаn istifadənin auditi


1.Аnbаr təsərrüfatının vəziyyətinin və mаteriаl resurslаrının sахlаnmаsının аuditi.
Audit prosesində auditor mal-material qiymətlilərinin uçotunun kim tərəfindən aparılmasını (yaşı, təhsili, mühasiblik stajı, bu sahə üzrə normativ bazanın mövcudluğu), uçotun bu sahəsini aparan mühasibin hansı normativ sənədlərdən istifadə etdiyini yoxlayır, kimə tabe olmasını, onun işlərinin kim tərəfindən yoxlanıldıüını aydınlaşdırır. Eyni zamanda mal-material qiymətlilərinin məsul saxlanmaya verilən şəxslərlə maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu, istifadə olunan ilkin sənədlərin siyahısı, onlarda bütün rekvizitlərin doldurulması nömrələnmə sistemi, qeydiyyat jurnallarının, daimi inventarizasiya komissiyası və onun tərkibi haqqında əmrin, anbarlarda anbar uçotunun kartoçkalarının (vərəqələrinin), mühasibatlıqda isə dövriyyə cədvəllərinin və inventar siyahılarının mövcudluğu, əmtəə-material qiymətlilərinin hərəkəti üzrə ilkin sənədlərin işlənilməsi texnologiyası (qəbul edilməsindən arxivə qədər) yoxlanılmalıdır.
Mal-material ehtiyatı ilə bağlı uçot yazılışları da daxil olmaqla mal-material ehtiyatı üzərində daxili nəzarətin məqsədlərinə aşağıdakılar daxildir:

  • Mal-material ehtiyatının lazım olan səviyyədə saxlanılması.

  • Mal-material ehtiyatının düzgün şəkildə qeyd olunması.

  • Mal-material ehtiyatı ilə bağlı uçot yazılışlarına ancaq müəssiəyə məxsus olan mallar daxildir.

  • Mal-material ehtiyatı ilə bağlı uçot yazılışlarına ancaq mövcud mallar daxildir.

  • Mal-material ehtiyatı ilə bağlı uçot yazılışlarına ancaq müəssisə tərəfindən saxlanılan mallar daxildir.

  • Mal-material ehtiyatı ilə bağlı uçot yazılışları dəqiq olmalıdır.

  • Mal-material ehtiyatı ilə bağlı istənilən hərəkət qeydə alınmalıdır.

  • Mal-material ehtiyatı təhlükəsiz bir yerdə saxlanmalıdır.

  • Mal-material ehtiyatına düzgün şəkildə qiymətləndirilməlidir.

  • Mal-material ehtiyatının miqdarı səmərəli və iqtisadi cəhətdən əsaslanndırılmış səviyyədə olmalıdır.

Materialların hazırlanması, daxil olması və buraxılışı üzrə əməliyyatların sənədlərlə düzgün və vaxtında əks etdirilməsi və dürüst məlumatların təmin edilməsi, saxlanma yerlərində və hərəkətinin bütün mərhələlərində materialların saxlanmasına, istehsalda onlardan istifadəyə nəzarət, lazım olmayan və artıq materialların mövcud qaydaya müvafiq satışı üçün vaxtında aşkar edilməsi materialların uçotunun əsas vəzifələrini təşkil edir. Bu vəzifələrdən çıxış edərək auditor aşağıdakıları yoxlamalıdır:

  • müəssisənin balansında mal- material dəyərlərinin qiymətləndirilməsinin düzgünlüyü;

  • qruplar – xammal, əsas və köməkçi materiallar, yanacaq, yarımfabrikatlar və alınmış komplektləşdiricilər, ehtiyat hissələri, tara və digər material resursları üzrə qruplaşdırmanın düzgünlüyü.

Mal--material dəyərləri uçotda və hesabatda (mühasibatlıqda və anbarda) faktiki maya dəyəri ilə əks etdirilir. Istehsala silinən material resurslarının faktiki maya dəyəri üç variantın birindən istifadə etməklə müəyyən edilə bilər: orta çəki maya dəyəri üzrə, ilkin alınmış partiyanın maya dəyəri üzrə (FIFO), son partiyanın maya dəyəri üzrə (LIFO).
Ticarət, təchizat və satış müəssisələrində mallar pərakəndə (satış) qiymətlərlə və ya alış dəyəri ilə əks etdirilir. Malların pərakəndə qiymətlər uçotu zamanı mallar daxil olduqda yenidən qiymətləndirmə aktı tərtib edilir və fərq (qiymət artımı, qiymətin aşağı düşməsi) 603 sаylı "Verilmiş güzəştlər" hesabda uçota alınır.
. Bütün anbarlar zəruri çəki ölçü cihazları, ölçü taraları və digər bu tip vasitələrlə təmin olunmalı və onların dəqiqliyi vaxtaşırı yoxlanılmalıdır:
ª anbardan material buraxılışı sənədlərini imzalamaq hüququ­na malik şəxslər haqqında müəssisədə əmrin mövcudluğu;
ª maddi məsul şəxslərin təyin olunması ilə əlaqədar sərəncamın və maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu;
ª istehsal-texniki xarakterli məhsulların miqdar və keyfiyyət üzrə qəbul edilməsi və onun qəbul qaydası haqqında təlimatın tələb­lə­rinə uyğunluüu;
ª materialların tədarükünün, fakturasız göndərmələrin və yol­da olan mal--material dəyərlərinin uçotunun düzgünlüyü;
ª kommersiya aktlarının tərtib edilməsi, həmin aktlar üzrə iddiaların verilməsi;
ª materialların daxil edilməsi, sərfi, daxili yerdəyişməsi üzrə sənədlərin tər­tib edilməsinin, mühasibatlıqda onların uçotunun düzgünlüyü;
ª materialların satışı üzrə əməliyyatların əks etdirilməsinin düzgünlüyü;
ª ilkin və hesablama sənədlərində ƏDV-nin ayrıca qeyd olunması;
ª materialların xarab olması və ya çatışmazlıüı hallarında onların silinməsinin düzgünlüyü, günahkar şəxslərdən onların dəyərinin tutulması üçün (əgər günahkar müəyyən edilərsə) tədbirlərin görülməsi;
ª müəssisədə mal--material dəyərlərinin inventarizasiyasının aparılması, onun nəticələrinin sənədləşdirilməsi və uçotda əks etdirilməsi;
ª taralarla əməliyyatların uçotda əks etdirilməsinin düzgünlüyü.
Məhsulun qablaşdırılması və daşınması üçün nəzərdə tutulan taralar 201-3 sаylı "Qаblаşdırmа mаteriаllаrı" subhe­sa­bında uçota alınır. Bu məqsədlə istifadə olunan taraların dəyəri məhsulun buraxılış qiymətinə daxil edilmişdirsə, onda onun dəyəri silinməklə istehsal maya dəyərinə daxil edilir. Sintetik uçotda tara faktiki maya dəyəri ilə əks etdirilir;
ª açıq saxlanmada olan tikinti materiallarının uçotunun apa­rıl­masının düzgünlüyü;
ª istehsal ehtiyatlarının uçotu ilə əlaqədar əməliyyatların əks etdirilməsi üzrə mühasibat yazılışlarının düzgünlüyü.
Hər bir müəssisədə material resurslarının saxlanması və istifadəsi üzərində təsərrüfat daxili nəzarətin konkret proqramı işlənib hazırlanmalıdır. Həmin proq­ramda yoxlanılan məsələlərin siyahısı, yoxlamanın müddəti və icraçıların soyad­ları göstərilir. Proqram kompleks xarakter daşıyır və resurs növləri üzrə məlumatları özündə əks etdirir.
Material qiymətlilərin qəbul edilməsi və buraxılışı zamanı sənədlərin vaxtında tərtib edilməsi və kitablarda və ya anbar uçotu vərəqlərində yazılışların аpа­rılmаsı onların saxlanma yerlərinin tədqiqi zamanı yoxlanılır. Bu zaman operativ uçot üzrə informasiyalar mühasibat uçotu məlumatları ilə müqayisə edilir. Mаterial qiymətlilərinin mövcudluğu və hərəkəti haqqında informasiyaları əks etdirən hesablar üzrə (subhesablar çərçivəsində 201"Mаteriаl ehtiyаtlаrı" sintetik və analitik uçot registrləri, ilkin sənədlər əlavə edilməklə maddi məsul şəxslərin hesabatları, mal göndərənlərlə hesablaş­maların analitik və sintetik uçot registrləri mal-material qiymətliləri­nin daxil olmasının tamlığının yoxlanması obyektlərinə daxildir.
Ayın sonuna dəyəri ödənilmiş yolda olan mallar və ya malgöndərənlərin аn­barlarından çıxarılmayan mallar 431, 433, 434, 531,536, 537 saylı hesabda onların müəssisəyə daxil olmasına və maddi məsul şəxs tərəfindən mədaxil edil­məsinə qədər debitor borcları kimi əks etdirilir. Malgöndərənlərlə planlı ödə­mələr qaydasında hesablaşmalar zamanı auditor hər ayın sonuna hesablanmış debitor və kreditor borcları qalıqlarının üzləşdirilməsi aktlarının mövcudluğu­nu yoxlayır. Daxil olan malmaterial qiymətliləri bəzən daxili sənədlərlə yükü qə­bul edənin möhürü vurulmaqla malgöndərənlərin müşaiətedici sənədləri, qəbul akt­ları, mədaxil qaimələri və s. sənədləşdirilir.
Audit prosesində subhesablar çərçivəsində 201 sаylı "Хаmmаl və mаteriаl­lаr" hesabı üzrə uçotun düzgün aparıldıüı yoxlanılmalıdır. Ma­terial qiymətlilərinin qiymətləndirilməsinin dürüstlüyü sintetik və analitik uçotun düzgün təşkil edilməsindən asılıdır.
Materialların 201 saylı hesabda uçot qiyməti ilə əks etdirilməsi zamanı, materialların dəyəri üzrə kənarlaşmaların hesablanmasının düzgünlüyü və fak­tiki və uçot dəyəri arasında fərq məbləğində 208 "Ehtiyаtlаrın dəyərinin аzаlmаsınа görə düzəlişlər" hesabının debetinə silinməsi yoxlanılır (cədvəl 1).
Növbəti mərhələdə auditor ilkin sənədlər əsasında mal--material qiymətlilərinin alış dəyərinin və nəqliyyat-tədarük xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünü yoxlayır (cədvəl 2).
Cədvəl 1
Daxil olmuş mal--material qiymətliləri üzrə kənarlaşmaların
hesablanmasının düzgünlüyünün yoxlanılması



Mal--materi-al qiymətliləri-nin adı



Müəssisənin məlumatları üzrə 208 saylı hesaba aid edilmiş kə-narlаşma məb-ləüi, min man.

Yoxlama məlumat-
lаrınа əsаsən208 saylı hesaba aid edilməli kənarlaş-ma məbləği, min mаn.

Kənarlaşma (+; -)



Qeyd


















Cədvəl 2
Mal--material qiymətlilərinin əldə edilməsi zamanı nəqliyyat-tədarük xərclərinin ödənilməsinin düzgünlüyünün yoxlanılması





Mal--material
qiymətlilərinin
adı



Müəssisənin məlumatları üzrə
nəq­liyyat-tədarükxərclərininməblə-ği,minman.

Yoxlamaməlu-matları üzrə
nəqliyyat – təda-rük хərclərininməbləği, minman

Kənarlaşma
(+; -)



Qeyd
















Malgöndərənin günahı üzündən çatışmazlıq müəyyən olunarsa, ödənilən məbləğin geri qaytarılması üçün iddia tələbinin rəsmiləşdiril məsi üzrə tədbirlər görülür, ayrı-ayrı vəzifəli şəxsin günahı üzündən çatışmazlıq yaranarsa, onların miqdarı və sərbəst qiymətlərlə dəyəri hesablanır və günahkar şəxslərə aid edilir.





Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin