a)məqsədinə görə: auditin məqsədi – mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında fikir söyləmək, xidmət, kömək göstərmək, müştəri ilə əməkdaşlıq;
təftişin məqsədi – çatışmazlıqların müəyyən edilməsi, onların aradan qaldırılması və təqsirkarların cəzalandırılması.
b)xarakterinə görə: audit – sahibkarlıq fəaliyyətidir;
təftiş – icra fəaliyyətidir, göstərişlərin yerinə yetirilməsidir.
c)qarşılıqlı əlaqələrin əsasına görə: audit – könüllü (müqavilə əsаsındа həyаtа keçirilir), məcburi (öz mаliyyə hesаbаtlаrını dərc etdirməli оlаn təsərrüfat subyektləri üçün);
təftiş – məcburilik, yuxarı orqanların və ya dövlət orqanlarının sərəncamı ilə həyata keçirilir.
d)idarəetmə əlaqəsinə görə: audit – üfüqi əlaqə, müştəri ilə qarşılıqlı əlaqədə eyni hüquqluluq, onlar qarşısında hesabat veririlməsi;
təftiş – şaquli əlaqə, yuxarı bölmə tərəfindən təyin olunur, icrası haqqında onlar qarşısında hesabat verir.
e)xidmətin ödənilməsi prinsipinə görə: audit – ödəməni müştəri həyata keçirir;
təftiş – ödəməni yuxarı və ya dövlət orqanı həyata keçirir.
f)praktiki vəzifələrinə görə: audit – müştərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, passivlərin (investorların, kreditorların) cəlb edilməsi, müştəriyə köməkliyin edilməsi, məsləhət verilməsi;
təftiş – aktivlərin qorunması, mənimsəmələrin аşkаr оlunmаsı və qarşısının aınması.
g) nəticələrə görə: audit – auditor rəyinin (bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə orqanları və məhkəmə orqanları üçün hüquqi mahiyyət kəsb edən rəsmi sənəd) tərtibi ilə tаmаmlаnır;
təftiş – təftiş aktının (bütün aşkar edilən çatışmazlıqların əks etdirildiyi idarədaxili sənəd) tərtib edilməsi ilə bаşа çаtır. Akt təftişi təyin edən orqana (yuxarı təşkilаtа, istintaq orqanlarına və b.) təqdim edilməlidir.
Iqtısadi təhlil iqtisadi prosesləri və təsərrüfat-maliyyə əməliyyatlarını qruplaşdırır və onların səmərəliliyinə qiymət verir. Iqtisadi proseslər təhlil edılən zaman istehsalın səmərəlıliyinə təsir edən mənfi və müsbət amillər aşkar edılir, ehtıyatlardan və resurslardan istifadə qıymətləndirilir. Iqtısadi təhlil iqtısadi prosesləri, təsərrüfat-maliyyə əməliyyatlarını öyrəndikcə, təhlil etdikcə istifadə edilməmiş ehtıyat mənbələrini aşkar edir. Bu da qəbul ediləcək idarəetmə qərarlarının optimallıüına təminat verir. Iqtısadi təhlil idarəetmə elementi kimi digər elementlərlə - uçot-planlaşdırma və xüsusilə nəzarətlə üzvi surətdə baülıdır. Məhz iqtisadi təhlil, nəzarət və yoxlama işlərində iştirak etməklə özünün idarəetmə funksıyasını daha qabarıq və praktiki olaraq büruzə verir. Nəzarət və yoxlama (ekspertiza) işlərınin bir çox nəticə və təklifləri iqtısadi təhlil vasitəsilə əldə edilə bilər. Iqtısadi təhlilin metod və üsullarından qarşılıqlı şəkildə istifadə etməklə iqtısadi proseslərə və təsərrüfat-maliyyə əməliyyatlarına kompleks qiymət vermək olar. Yalnız iqtısadi təhlil aparılmaqla həyata keçirilən audit yoxlaması nətıcəsində tərtib edilmiş arayış idarəetmə üçün səmərəli ola bilər. Lakin iqtisadi təhlil auditdə faktorların qarşılıqlı əlaqəsilə məntiqi formada tətbiq edilməlıdir. Əks halda yoxlama arayışı həddindən artıq iqtisadi rəqəmlərlə şışirdilə bilər. Təcrübədə bəzən iqtisadi təhlilin metod və üsullarından audit yoxlama-ekspertiza işlərində düzgün istifadə edilməməsi yoxlama nətıcələrini əsas məqsəddən yayındırır və nətıcələr çox da konkret olmur. Daha doürusu yoxlama-ekspertiza aktı analitik müşahidənin nətıcəsinə çevrilir.
Ədəbiyyat siyahısı
“Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).
Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007
Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007
Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414
Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414
“Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.
“Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986
Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007
Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.
Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.