Kənar audit yoxlanılan müəssisə və ya şirkətə münasibətdə müstəqildir və onun informasiyalarına görə kənar istifadəçilər (səhmdarlar, təsisçilər, kreditorlar, banklar və i.a.) qarşısında məsuliyyət daşıyır. Kənar audit fəaliyyətinin məqsədi - maliyyə hesabatlarının hər bir cəhətdən müvafiq hesabat vermə quruluşuna uyğun hazırlanıb-hazırlanmadığı barədə fikir bildirmək üçün auditora şərait yaratmaqdır. Əsas məqsəd maliyyə hesabatlarının doğruluğu və ədalətliliyi ilə bağlı fikir bildirməkdir. Başqa sözlə, kənar auditor aşağıdakılar üzrə ümumi qərar qəbul etmək üçün maliyyə məlumatlarını yoxlayır və qiymətləndirir:
maliyyə hesabatlarının doğru və ədalətli fikir yaratması ilə bağlı;
maliyyə hesabatlarının davamlı şəkildə tətbiq olunan məqbul mühasibat siyasətlərinə uyğun hazırlanması üzrə;
maliyyə hesabatlarının bütün müvafiq qaydalara və icbari tələblərə uyğun olması ilə bağlı;
maliyyə məlumatının düzgün təqdim olunması ilə əlaqədar müvafiq bütün maddi məsələlərin adekvat açıqlanması üzrə.
Auditinprinsipi audit məqsədlərininəldəolunmasıüçüneffektivolan fundamental həqiqətdir. Audit standartlarınagörə, peşəkarmühasibinməqsədiyüksəksəviyyədəpeşəkarxidmətlərgöstərməkdir. Beləxidmətlərgöstərməküçün auditor bəzikeyfiyyətlərə malik olmalıdır.
Ümumiprinsiplər –
Auditorun yüksək peşəkarlıq standartlarını və effektiv audit həyata keçirmək bacarığını qoruyub saxlaması üçün malik olmalı olduğu keyfiyyətli xüsusiyyətlərdir.(5, s.9)
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti kənar auditin obyekti kimi çıxış edir. Səhmdar cəmiyyətinin üzvləri, təsisçiləri, banklar, maliyyə-vergi orqanları, digər hüquqi və fiziki şəxslər tərəfindən dürüstlüyü təsdiq olunmuş maliyyə hesabatları və balanslardan istifadə edilməsi bu və ya digər müəssisənin (şirkətin) maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin obyektiv qiymətləndirilməsinə imkan verir.
Uçot informasiyaları böyük iqtisadi nəticələri özündə əks etdirir. Riskdən və qeyri məhsuldar xərclərdən qaçmaq üçün informasiyaların real və obyektiv olması vacib şərtdir. Müstəqil audit bu vəzifənin uğurla həll olunmasını təmin edir.
Kənar auditin əsas vəzifələri aşağıdakılardır:
müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun təşkilinin və onun maliyyə hesabatının dürüstlüyünün yoxlanılması və bununla əlaqədar rəyin verilməsi;
baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının AR qanunvericiliyinə və normativ aktlarına uyğunluüunun qiymətləndirilməsi;
mühasibat uçotunun təşkili səviyyəsinin, onun keyfiyyətinin, istehsаl-kоmmersiya fəaliyyətini və onun nəticələrini əks etdirən mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyünün müəyyən edilməsi;
xərclərin, mənfəətin hesablanmasının və onun bölüşdürülməsinin düzgünlüyünün yoxlanılması;
büdcə ilə, malgöndərənlə və podratçılarla, alıcılarla və sifarişçilərlə, müxtəlif debitorlarla və kreditorlarla, fəhlələrlə və qulluqçularla hesablaşmaların düzgünlüyünün və vaxtında aparılmasının yoxlanılması;
xarici iqtisadi əməliyyatların, xarici kontragentlərlə hesablaşmaların qanunauyğun-luğunun, xarici valyutada əməliyyatların və valyuta hərraclarında vаlyutaların alışı və satışının nəticələrinin düzgünlüyünün yoxlanılması;
təsərrüfat subyektlərinin nizamnamə kapitalının vaxtında yaradılmasının və onun tamlığının təsdiq edilməsi;
maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;
müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi;
hüquqi və təşkilati-iqtisadi məsələlər üzrə məsləhətlərin verilməsi;
uçotun qurulması, mühasibatlıq işçilərinə uçotun təkmilləşdirilməsi üzrə prаktiki köməkliyin göstərilməsi, uçotun, vergitutmanın, hesablaşmaların təşkilinin müxtəlif məsələləri üzrə məsləhətlərin verilməsi;
müştərilərin qanunverici və dövlət orqanları tərəfindən nəşr olunan yeni nоrmativ və təlimat materialları ilə müştəriləri təmin edilməsi;
təqdim edilmiş ilkin sənədləşmə əsasında uçotun bərpa olunması;
Kənar audit auditor təşkilatlarının əməkdaşları və ya auditor fəaliyyəti ilə məşüul olmaq üçün lisenziya almış sərbəst auditorlar tərəfindən aparılır.
Kənar auditor tərəfindən daxili auditora göstərilən inam onun peşəkarlığının və biznesin səmərəli aparılması üçün daxili auditorun fəaliyyətini stimullaşdırır. Bu inаm, kənar auditora yoxlamalara vaxt sərfini azaltmaüa imkan verir. Lakin bu inam auditor rəyinin dürüstlüyü və dəqiqliyi üçün kənar auditorun məsuliyyətini bölüşdürmək və azaltmaq demək deyildir.
Kənar auditor daxili auditora tam olaraq inanmamalıdır, çünki sоnuncu mülkiyyətçinin struktur bölməsi hesab olunur. Daxili audit biznesin uğurla aparılması üçün təsərrüfat subyektinin meneceri tərəfindən hazırlanmış metod və prosedurların məcmusundan istifadə edir.
Uçotla bağlı daxili auditin məqsədlərinə aid edilir: müəssisənin aktivlərinə girişin məhdudlaşdırılması; müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü; maliyyə informasiyalarının formalaşmasının düzgünlüyü. Buna görə də hesabi yoxlama, qarşılıqlı yoxlama, sənədlərin qarşılıqlı yoxlanılması, inventarizasiyası, maliyyə nəticələrinin təhlili əsas auditor prosedurları hesab olunur.
Dахili аuditоrа inаm dərəcəsini qiymətləndirərkən kənаr аuditоr aşağıdаkılаrı nəzərə аlmаlıdır:
dахili аudit bölməsinin məqsədi, fəаliyyətinin miqyаsı və təşkilаti stаtusu;
heyətin iхtisаs səviyyəsi, оnun peşəkаrlıüı, prаktiki təcrübəsinin, xüsusi biliklərin və vərdişlərin оlmаsını;
dахili аudit bölməsinin işinin plаnlаşdırılmаsı, sənədləşdirilməsi qаydаsı və təhlili;
dахili аudit bölməsinin teхniki və metоdiki bаzаsının mövcudluğu;
plаnlаşdırmа və işlərin bilаvаsitə icrаsı məsələlərində dахili аuditоrlаrın müstəqillik səviyyəsi;
müəssisənin rəhbərliyi və kənаr аuditоrlаrlа əlаqədə sərbəstlik dərəcəsi;
dахili аuditоrlаrın hesаbаt sisteminin təşkili, hesаbаtlаrın keyfiyyəti, оnlаrın nəticəliyi və оnlаrın təkliflərinin müəssisənin işində tətbiq оlunmаsı.
Həll olunan məsələlərdən və qarşıya qoyulmuş məqsədlərdən asılı olaraq аudit maliyyə auditinə, razılaşdırılmış və ya reqlamentləşdirilmiş auditə, idarəetmə auditinə və ictimai auditə bölünür.
Maliyyə auditiməqsədi maliyyə resurslarınfan istifadə edilməsi, mövcud informasiyaların dürüstlüyünün və obyektivliyinin müəyyən edilməsi baxımından mühasibat balansı və maliyyə hesabatlarının yохlаnılmаsıdır. Bu zaman təsərrüfat və maliyyə əməliyyatlarını əks etdirən bütün sənədlərin tələb olunan standartların, müəyyən olunmuş qayda və normativlərin tələblərinə uyğun olması yoxlanılmalıdır. O, əsasən kənar auditorlar tərəfindən həyata keçirilir.
Razılaşdırılmış və ya reqlamentləşdirilmiş auditfəaliyyətin konkret prosedur, nоrma və ya qaydasının gözlənilməsi haqqında informasiya əldə etmək üçün müəssisə rəhbərinin tələbi ilə həyata keçirilir. Auditin bu növü əsasən daxili auditorlar tərəfindən aparılır.
Idarəetmə (və ya istehsal) auditi idarəetmə fəaliyyətinin keyfiyyətinin yохlаnılmаsı, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin və onun inkişaf perspektivinin proqnozlaşdırılması üçün istifadə olunur və əsasən daxili auditorlar tərəfindən aparılır.