Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə6/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   2   3   4   5   6   7   8   9   ...   82
Audit yeni

Ictimai audit (yoxlama) geniş ictimaiyyət üçün ətraflı infor­ma­siyaların tоp­lаnmаsı və nəşri üçün nəzərdə tutulmuşdur. Belə yoxla­malar müxtəlif ictimai təşki­­latların və fondların (ətraf mühitin qorun­ması, minimal istehlak səbətinin müəyyən edilməsi və i.a.) tapşırıüı ilə aparıla bilər.
Audit könüllüməcburi ola bilər.
Könüllü audit təsərrüfat subyektinin təşəbbüsü ilə aparılır. Belə auditin miq­yası, xarakteri, həcmi və məzmunu müştərinin tələbinə uyğun müəyyən edilir.
"Audit xidməti haqqında" Azərbaycan Respublikası Qanununun 2- ci maddəsində göstərilir ki, qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nə­zərdə tutulmuş hallarda və ya səlahiyyətli orqanın müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.
Auditor xidmətlərinə müqavilə əsasında təsərrüfat subyektlə­rin­də maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və izahlı rəy vermək, mühasibat uçotunu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə-təsərrüfat məsələləri üzrə digər xidmətləri göstərmək daxildir.
Məcburi audit mövcud qanunvericilikdə nəzərdə tutulduüu hallarda aparılır və bu zaman təsərrüfat subyekti mühasibat balan­sının və maliyyə hesabatlarının dürüstlüyünün təsdiq edilməsi üçün kənar (kənar) auditoru dəvət etməyə borc­lu­dur. Məcburi auditor yoxlamalarına hər il kommersiya bankları, sıüorta şirkətlə­ri, kənar investisiyalı müəssisələr, əmtəə və fond birúaları, bank və qeyri bank- maliyyə təşkilatları, qiymətli kaüızlarla vasitəçilik və kommersiya fəaliyyəti göstərən təşkilatlar, investisiya fondunun fəaliyyəti, açıq və qapalı səhmdar cə­miyyətləri cəlb edilir.
Təsərrüfаt subyektinin yохlаnmаsı ilə yаnаşı аuditоrlаr аuditə yахın хidmətlər də göstərə bilər. Auditlə yanaşı (bərabər) yerinə yetirilən xidmətlər dedikdə, auditor təşkilatı tərəfindən auditlə yanaşı aparılan sahibkarlıq fəaliyyəti başa düşülür. Bu cür xidmətlər ona icra edənlərdən müəyyən edilmiş hallarda müstəqilliyə, habelə mühаsibat uçоtu, vergiyə cəlb olunma, təsərrüfat hüququ və iqtisadi təhlil sahəsində müstəqil, peşəkar səlahiyyətli olmasını tələb edir.
Uyğunluq auditi - maliyyə hesabatlarının beynəlxalq standartlara, respublikanın qanunvericilik aktlarına uyğun tərtib edilməsinin yoxlanması.
Auditi müşayət edən, onunla yanaşı yerinə yetirilən xidmətləri aşağıdakı iki növə bölmək olar:
- iqtisadi subyektlərin məcburi audit yoxlamaları ilə birlikdə aparıla bilən xidmətlər;
- iqtisadi subyektlərdə məcburi auditlə bir yerdə aparılması mümkün olmayan xidmətlər.
Iqtisadi subtektlərdə auditor yoxlamaları ilə birlikdə aparılan xidmətlər aşağıdakı sahələrdə göstərilir (yerinə yetirilir): - mühasibat uçоtunun qurulmasında: uçоtun aparılması və hesabatın tərtib edilməsinə nəzarət olduqda; vergilərin hesablanması və ödənilməsi və digər məcburi ödənişlərin nəzarətində; maliyyə təsərrüfat – fəaliyyətinin təhlilində; iqtisadi investisiya lahiyəsinin qiymətləndirilməsində, mühasibat uçоtu sisteminin iqtisadi təhlükəsizliyini və iqtisadi subyektin daxili nəzarət sisteminin qiymətləndirilməsində; məşüələlərin aparılması, ixtisasın artırılması, iqtisadi subtektin heyətinin öyrənilməsində (oxudulmasında) və s.
Iqtisadi subyektdə məcburi auditlə birlikdə aparılması bir araya sıümayan xidmətlər mühasibat uçоtunun aparılması sahəsində: mühasibat uçоtunun bərpa olunması, vergi bəyannaməsinin tətbiqi zamanı və mühasibat hesabatı tətbiq edilərkən həyata keçirilir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin