Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Auditin meydаnа gəlməsi və inkişafı



Yüklə 465,1 Kb.
səhifə3/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   2   3   4   5   6   7   8   9   ...   82
Audit yeni

Auditin meydаnа gəlməsi və inkişafı

Auditin yaranma tarixi çox qədimdir. Hələ Yaxın Şərqin qədim sivilizasiyası dövründə (e.ə. 4000-ci il) dövlətlər yа­rаnm­ış, təsərrüfat fəaliyyəti qurulmaüa və onlar öz gəlir və xərclərin hesablamаq üçün hesabatların tərtib olunmasına başlamışdır. Bu isə öz növbəsində məmurlar tərəfindən səhvlərin və sui istifadənin azalmasını təmin etmək məqsədi ilə auditin təşkil edilməsi zəruriyyətini doğurmuşdur.
Auditin keçirilməsi haqqında ən qədim məlumatlar b. e. ə. 700-cü ilə, Çinə aiddir.E.ə. V əsrdə Afinada dövlətin gəlir və xərclərinə auditorların üzv olduqları xalq yıüıncaüının maliyyə orqanı nəzarət edirdi. Romada dövlətin maliyyəsinə Se­nat tərəfindən nəzarət edilirdi, auditorlar isə xəzinədarın nəzarəti altında dövlət büdcəsi­ni yoxlayırdılar.
Fəaliyyət növü kimi auditə IX əsrdə Ingiltərədə kadastr Vilhelm tərəfindən "Ingiltərə təsərrüfat həyatında hesab və ölçüyə" təkan verildi. Bu zaman romalıların mühasibat qaydaları iqtisadi halların uçota alınmasında istifadə olurdu. Məhz o vaxt mühasib (accountant) ümumi anlayışından auditor (auditor) anlayışı ayrılmaüa başlamışdır. Kralın audit haqqında ilk yazılı məlumat XIII-XIV əsrlərə aid edilir. Belə ki, məsələn, 1298- ci ildə Ingiltərədə tərkibində şəhərin meri, muni­sipalitet üzvləri, şerif və digər şəxslər daxil olan auditor komissiyası tərəfindən London Sitinin qof­meystrinin fəaliyyəti yoxlanılmışdır. Artıq 1324-cü ildə kralın yazılı fərmanı ilə Oksford, Berkşir, Cənubi Emiton, Uils, Samset və Dorsetdə auditorlar təyin edilmiş, uçot kitablarından məhkəmədə sübut kimi istifadə olunmaüa başlamışdır.
Mühasibat uçotu haqqında elmin əsaslarını əks etdirən, mühasibat uçotuna həsr edilmiş ilk kitabın - "Hesablar və yazılışlar haqqında trakt”ın müəllifi Luk Paçoli (1445-1515) nəzarətin zəruriliyini göstərmişdir. O yazırdı ki, Senat düzəl­məyən maklerləri və mühasibləri ciddi cəzalandırır və "mən əvvəllər buraxdıüı səhvlərə görə cəzalandırılan çox insanları tanıyırdım. Düzgün olaraq həmin təşki­latlarda kitabların doğru və ya yanlışlıqlara yol verilməklə tərtib olunmasını yoxlayan şəxslər təyin edildi".
Artıq 1773-cü ildə Edinburqun ünvan kitabında yeddi auditorun adı, 1805-ci ildə ayrıca nəşr olunmuş ilk auditor məlu­mat kitabında 17 auditorun adı göstərilmişdir. Uilyam Velş Deylot ilk pro­fes­sional auditorlardan biri sayılır. O, auditor yoxlamalarında özünü göstərmiş mütəxəssis kimi məşhur idi. 1853-cü ildə rəsmi olaraq auditor­la­rın Edinburq institutu təsis edildi. Böyük Brita­niya auditin vətəni he­sab edilir. Burada 1844-cü ildə səhmdar şirkətlərin mühasibat kitab­la­rının və hesabatlarının sərbəst mühasiblər tərəfindən yoxlanmasını və yoxla­manın nəticələrinin səhmdarlara çatdırılmasını nəzərdə tutan qa­nunlar paketi qə­bul edilmişdir. Deylot ingilis dəmir yolu və mehmanxana biznesi üzrə maliyyə hesabatı sistemini işləyib hazırlamışdır ki, həmin sistemin əsasları indi də onun vətəni Ingiltərədə tətbiq edilir.
ABŞ-da 1887-ci ildə Auditorlar Assosiasiyası təsis edildi, 1896-cı ildə Nyu-York ştatında qa­nun­ve­ricilik əsasında auditor fəaliyyəti reqlamentləşdirilmişdir.
1867-ci ildə Fransada müfəttişlər tərəfindən səhmdar cəmiy­yət­lə­rin balansla­rını yoxlamaq və qiymətləndirməyi nəzərdə tutan qa­nun­lar təsdiq edildi. Almaniyada da 1870-ci ildə auditin tətbiqi üzrə müəyyən cəhd­lər olmuşdur.
Maliyyə hesabatları göstəricilərinin dürüstlüyünün təsdiq edil­mə­si­nə ist­ifadə­çilərin marağının artması auditorların hazırlanma­sın­da key­fiyyətin yüksəldilmə­sinə təsir göstərmiş və artıq 1854-cü ildə Ingil­tə­rə­də ilk diplomlu mühasib şəhadətnamə­si verilmişdir. Müfəttişlərin (auditorların) rəsmi adları müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Ingiltə­rə­də və bir sıra ingilisdilli ölkələrdə mühasibat uçotu peşəkar­la­rı "imtiyazlı mühasiblər" (chartered accountants), ABŞ-da "yüksək ix­ti­saslı diplomlu mühasiblər" (Certified Public Accountant), Fran­sa­da - "mühasib-ekspertlər (Ex­pert Comtable) və "hesablar üzrə ko­mis­sar­lar" Comissair aux covptes), Almaniyada - "təsərrüfat nə­za­rət­çi­lə­ri" (Wirtschaftsprufer) və ya "kita­bların nəzarətçiləri" (Buchprufer) ad­landırılır. ßksər ölkələrdə auditorların yüksək təhsil alması, müəyyən iş staúına malik olması, ixtisas imtahanlarını verməsi və nə­hayət, təmiz imicinin olması əsas şərtdir.
Respublikamızda auditin inkişafı və formalaşması aşağıdakı xro­noloji ardıcıllıqla getmişdir. 1991-ci il iyulun 31-də AR NK-nin «Azərbaycan Res­pub­­lıkasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mər­kə­zi yaradılması haq­qın­da» qərar qəbul edildi. Nəzarət-təftiş işini təkmilləşdirmək, bütün mülkiyyət for­­­ma­­la­rı­­nın qo­runmasını təmin etmək, sui-istifadə və rəqəmləri şışirt­mə fakt­­­­larının qar­şısını almaq üçün AR NK MN yanında Təsərrüfat Hesablı Audıtor Mərkəzi haq­qın­da Əsas­naməni təsdiq et­miş­dir. AR NK-nin 1992-ci il 27 mart tarixli 157 saylı qəra­rına əsasən A R MN-də audit xid­mə­tinə xüsusi razılıq verilməsinə dair Lisenziya Komissiyası ya­ra­dıl­mış­dı. 16 sentyabr 1994-cü ildə «Auditor xidməti haq­qın­da» AR-nın Qanunu qəbul edil­di və həmin Qanunun qüv­vəyə min­mə­si barədə 20 iyun 1995-ci ildə xüsusi qərar qəbul edilmişdir. Respublikamızda auditin struktur formalaşması və fəaliyyəti üçün AR MM 19 sentyabr 1995-ci il tarix­li qə­rarı ilə «Azər­bay­can Respublikasının Auditorlar Palatası haq­qında» Əsas­­namə təsdiq et­miş­­dir. Audit fəaliyyətinin res­pub­lıka­mız­da daha da təkmilləşdirilməsi məq­­sədi ilə AR MM 12 mart 1996-cı il­də iki mühüm qərar qəbul etmişdir: «Azərbaycan Res­pub­lika­sında auditorların və auditor təşkilatlarının qey­diyyatı barədə»; «Azər­baycan Respub­lıka­sı­nın Audıtor­lar Palatası haq­qın­da» Əsasna­mə­yə əlavələr və dəyışik­lik­lər haqqında. 1996-cı il aprelin 4-dən AR Auditorlar Palatası müstəqil qurum kımi öz fəaliy­­yə­tinə başlamışdır. Hazırda Auditorlar Palatası respublikamızda auditor fəa­liy­yə­tıni tən­zim­ləməklə yanaşı, bu sahənin inkişafına, tək­mil­ləş­dıril­mə­sinə dair mütə­madi tədbirlər sistemi hazırlayaraq dövlətin təsərrüfat sub­yekt­­lərinin və auditorların mənafeyinin müdafiəsini tə­min edir və audıt xid­mətinin bey­nəl­­xalq standartlarda qurul­ma­sı istiqamə­tində əmə­li-praktiki işlər görür.


  1. Yüklə 465,1 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin