Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan



Yüklə 465,1 Kb.
səhifə4/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   2   3   4   5   6   7   8   9   ...   82
Audit yeni

Auditin növləri

Iqtisadi ədəbiyyatlarda auditin əsasən iki növü fərqləndirilir: daxili və kənar..
Daxili audit kənar auditə münasibətdə müəssisənin informa­si­ya bazasının key­­fiyy­ətinin qiymətləndirilməsinin mühüm elementi hesab olunur. Daxili audit rəhbərliyin adından mövcud daxili nəzarətin adekvat və effektiv olmasını və təşkilatın hər bir hissəsinin yuxarı rəhbərlik tərəfindən qoyulmuş siyasət və prosedurlara əməl etdiyinin təmin olunması üçün həyata keçirilən auditdir. Daxili audit təşkilatın üzvü olan və bütün təşkilati fəaliyyətin qiymətləndirilməsini həyata keçirən daxili auditorlar tərəfindən yerinə yetirilir. Daxili nə­zarət prosesində aşağıdakı əsas funksiya­lar yerinə yetirilir:
Ÿ nazirliyin tabeçiliyində olan müəssisə, təşkilat və idarələrin iqtisadiyyatının və­ziyy­ətini yoxlamaq;
Ÿ istehsal, maliyyə və kommersiya fəaliyyətinin, təsərrüfat və maliyyə plаn­lа­rı­nın yerinə yetirilməsinin təhlili;
Ÿ qanunçuluğa və icra intizamına riayət edilməsinin, istehsalın səmərəliliyinin, rent­abelliyin yüksəldilməsi, ciddi qənaət reúiminin hə­ya­ta keçirilməsi üzrə iş­lə­rin vəzi­yyətinin yoxlanılması;
Ÿ idarəetmə aparatının strukturunun sadələşdirilməsi və idarəetmə xərclərinin аzаld­ılması;
Ÿ maliyyə və təsərrüfat pozuntularının, çatışmazlıqların və artıq gəlmələrin, təsərrüfatsızlıüın aşkar edilməsi, həmin nöqsanları doüuran səbəb və hаl­lа­rın müəyyən edilməsi;
Ÿ mühasibat uçotunun qurulmasının düzgünlüyü və hesabatın dürüstlüyünə nə­zаrə­t, istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə təsərrüfatdaxili ehtiya.......t­lа­rın müəyyən edilməsi.
Həmin funksiyaların uğurlu yerinə yetirilməsi üçün hər bir nazirlik­də, iri şirkət və holdinqlərdə yoxlamaların planlaşdırılması və prak­ti­ki həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi, sonradan onla­rın icrasına nəzarətin həyata keçiril­məsi, daxili audit kadrlarının hazırlanması və onların ixtisasının artırılması, qanun­ların və norma­tiv aktların pozulmasının qarşısının alınması üzrə tədbirlərin hazır­lan­ması, eləcə də istehsal potensialından istifadənin səmərəliliyinin yük­səl­dilməsi ilə əlaqədar nəzarət - təftiş işləri təşkil edil­mişdir. Daxili auditorlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi nazir­liklər və baş idarələr tərəfindən hazırlanan sahə təli­mat­ları ilə reqla­ment­ləşdirilir.
Daxili audit orta və iri müəssisələrdə idarəetmə nəzarətinin zəruri elementi hesab edilir. Əgər daxili audit səmərəli aparılırsa, onun ma­te­rialları müfəs­səl yox­la­ma aparmadan kənar audit tərəfin­dən istifadə edilə bilər.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin