Aktivlərin, Kapital və Öhdəliklərin yaranması (artması)
Əgər əməliyyat eyni zamanda Aktivlərin və Passivlərin (Kapitalın və Öhdəliklərin) yaranmasına səbəb olarsa, bunun nəticəsində balansın aktiv və passiv hesabları eyni məbləğdə artır və balansın bərabərliyi pozulmur.
Əməl.1. Fərz edək ki, yanvar ayında təsisçi təşkilatın fəaliyyəti üçün 250 000 man. nağd pul qoyuluşu edir. Əvvəlki paraqrafda qeyd etdiyimiz 2 sualı versək görərik ki, AKTİVDƏ “Pul vəsaitləri” (Aktivlər) hesabı, PASSİVDƏ isə - “Nizamnamə kapitalı” (Kapital) hesabı artmışdır.
Əməliyyat Elementlər üzrə və T hesablarında aşağıdakı kimi əks etdiriləcəkdir:
Dostları ilə paylaş: |