Aktivlərin yerdəyişməsi
Əgər əməliyyat yalnız AKTİVİN maddələrini əhatə edirsə, yəni aktiv hesabın birinin artması, digərinin azalması baş verirsə, buna aktivlərin yerdəyişməsi əməliyyatı deyilir.
Əməl 5. Təşkilat öz ticarət fəaliyyətini həyata keçirmək məqsədilə 50 000 manat məbləğində lisenziya əldə edir və bunun üçün həmin məbləğdə pul vəsaiti ödəyir. Bu əməliyyat T hesablarında və Elementlər üzrə aşağıdakı kimi əks etdiri- ləcəkdir:
Dt “Lisenziya” hesabıl-50 000 man.,
Kt “Pul vəsaiti” hesabı-50 000 man.,
Aktivlər = Xüsusi kapital + Öhdəliklər
492 500 = 250 000 + 242 500
Əməliyyat nəticəsində balans bərabərliyi saxlanılır.
Kapital və Öhdəliklərin yerdəyişməsi
Əgər əməliyyat yalnız PASSİVİN maddələrini əhatə edirsə, yəni Bu kapital üzrə, və/və ya öhdəlik üzrə hesabın birinin artması, digərinin azalması baş verirsə, buna kapitalın və öhdəliklərin yerdəyişməsi əməliyyatı deyilir. Qeyd edilən bu tipli əməliyyatlar zamanı kapitalın bir növü onun digər növünə, öhdəliyin bir növü onun digər növünə, eləcə də öhdəlik kapitala yaxud kapital öhdəliyə çevrilir.
Əməl 6. Fərz edək ki, satıcı ticarət krediti şərtilə alınmış avadanlığa görə olan borcun bir hissəsini, məsələn, 42 500 manatını, alıcı təşkilata bağışlayır . Baş vermiş bu əməliyyat nəticəsində öhdəlik 42 500 manat məbləğində azalacaq, kapital isə həmin məbləğdə artmış olacaqdır çevriləcək. Qeyd edilən bu əməliyyat T hesablarında və Elementlər üzrə aşağıdakı kimi əks etdiriləcəkdir:
Dostları ilə paylaş: |