5.3.Qeydiyyat registrləri, onların funksiyaları və təsnifatı
Mühasibatuçotunun aparılması, işlərintələb olunan ardıcıllıqla və şərtlərə əməl olunmaqla yerinə yetirilməsini tələb edir. Bu cür əsas işlərdən biri də müşahidə edilən və qiymətləndirilən təsərrüfat əməliyyatlarının uçot reqistrlərinə qeyd olunmasıdır. Qeydiyyatda başlıca məqsəd - müasibat uçotu hesablarında əks etdirmək üçün informasiyanın sistemləşdirilməsi və ümumiləşdirilməsidir. Əməliyyatlar hesablarda əks etdirilənə qədər uçot registrlərinə işlənilməlidir. Registrlərin formaları mühasibat uçotunu tənzimləmə hüququna malik olan və metodoloyi rəhbərliyi həyata keçirən orqanlar tərəfindən hazırlanır və təsdiq edilir.
Təşkilatın aktivləri, kapitalı, öhdəlikləri, gəlirləri xərcləri və onların hərəkəti barədə əməliyyatların, eləcə də təsərrüfat proseslərinin ilk və icmal sənədləri əsasında qeydə alınması, qruplaşdırılması və ümumiləşdirilməsi üçün uyğunlaşdırılan qeyd vasitələrinəuçot registrləri deyilir.Qaydalarda göstərilir ki, Mühasibat uçotu registrləri – ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir.Həmin vərəqələr xüsusi cədvəl formaları şəklində olur.
Hal – hazırda mühasibat uçotunda müxtəlif formalı uçot registrlərindən istifadə olunur ki, bu da təsərrüfat əməliyyatlarının müxtəlifliyindən irəli gəlir. Uçot registrləri müxtəlif əlamətlər üzrə təsnifləşdirilir: xarici görünüşünə görə; aparılan qeydiyyatın həcminə görə;yazılışların aparılma üsuluna və xarakterinə görə; quruluşuna görə və s.
Xarici görünüşünə görə uçot registrləri mühasibat kitablarına, kartoçkalara və əlahiddə (xüsusi) vərəqələrə (cədvəllərə) bölünür.
Dostları ilə paylaş: |