Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari



Yüklə 1,21 Mb.
səhifə69/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   65   66   67   68   69   70   71   72   ...   124
Maliyyə mühazirələr hamısı(1)

Əlahiddə (sərbəst) vərəqələr adi yazı kağızlarından hazırlanmış xüsusi cədvəl formalarıdır. Vərəqə formasında olan uçot registrlərinə xas olan ümumi cəhətlər onların adının, nəzərdə tutulduğu müddətə (ay,rüb vəs.) malik olması və uçot qeydlərinin aparıldığı cədvəl formasına malik olmalarıdır. Bunlara əsasən jurnal-orderlər, momerial-orderlər, cədvəllər və s. aiddir. Onlardan istifadə əmək bölgüsünə şərait yaradır, eyni zamanda onlardan bütün növdən olan uçot yazılışları aparıla bilər.Onlar mühasibatlıqda qovluqlqrda saxlanılır.

Uçot registrləri onlardakı qeydiyyatın həcmindən asılı olaraq sintetikanalitik uçot registrlərinə bölünür. Sintetik uçot registrləri sintetik hesablarda uçotun aparılması (baş kitabda, baş jurnalda və s.), analitik uçot registrləri isə analitik uçot kartoçkalarında(anbar uçotu kartoçkalarında, inventar kartoçkalarında və s.) analitik uçotun aparılması üçün istifadə olunur.

Uçot registrləri onlarda aparılan qeydiyyatların xarakterindən asılı olaraq xronoloji, sistemli kombinələşdirilmiş uçot registrlərinə bölünür.

Xronoloji qeyd dedikdə ilk sənədlərin uçot registrlərində tarixi ardıcıllıqla, qruplaşdırılmadan qeydə alınması başa düşülür. Həmin ilk sənədlər mühasibatlığa daxil olduqca əməliyyatların və ya sənədlərin qeydiyyatı jurnalında və ya reystrlərdə daxil olma tarixi göstərilməklə qeydə alınır. Bu isə sənədlərin mühafizəsinə nəzarətə şərait yaradır. Xronoli uçot registrlərinə əməliyyatların qeydi jurnalını, kassa kitabını, inventar kartoçkalarını və s. aid etmək

Lakin, qeyd etmək lazımdır ki, mühasibat uçotu təsərrüfat əməliyyatlarının qruplaşdırılması, sistemləşdirilməsi və bu yolla da onların qeydiyyatı və öyrənilməsi ilə məşğuldur. Buna görə də mühasibatlığa daxil olan sənədlər onlarda əks etdirilən əməliyyatların məzmunu və təyinatına görə və nəhayət mənsub olduğu mühasibat hesabatlarına görə qruplaşdırılır, sistemləşdirilir və uyğun uçot registrlərində qeydə alınırlar. Bu məqsədlə istifadə olunan uçot registrləri sistemli uçot registrləri adlanır.

Bir sıra uçot registrləri də vardır ki, bunlarda sintetik və analitik uçot, xronoloji və sistemli qeydiyyat birlikdə aparılır. Bunlar kombinələşmiş uçot registrləri adlanır. Məs : jurnal order, baş jurnal, yardımçı cədvəllər və s.

Quruluşuna görə registrlər birtərəfli, ikitərəfli, çoxtərəfli, xətti şahmatvarı registrlərə bölünür.

Birtərəfli registrlər adətən mal-material dəyərliləri, hesablaşmalar və s üçün nəzərdə tutulan müxtəlif kartlardan ibarət olur. Birtərəfli registrlərdən sintetik və analitik uçotda istifadə edilir.

İkitərəfli registrlərə adətən uçotun kitablarda aparılması zamanı rast gəlinir. Bu zaman kitabın səhifəsində yazılışlar iki tərəfdə- sol tərəfdə - Dt,

sağ tərəfdə isə - Kt üzrə əks etdirməklə aparılır.

Çoxsutunlu registrlərdə analitik uçotun məlimatlarını əks etdirmək üçün çoxsaylı sutunlar nəzərdə tutulur. Bunlara müəssisəda baş vermiş ayrı-ayrı xərc maddələrinin, xərclərin baş vermə yerləri, müxtəlif növlü materialların hərəkətinin uçotunu və s. aparmaq üçün nəzərdə tutulan registrlər aid edilir.

Xətti registrlər coxsutunlu registrlərə oxşardır. Lakin onlarda da bir sintetik göstəricini tərkib hissələrə ayırmaq məqsədi ilə çoxsaylı sətirlər nəzərdə tutulur.

Onlara momerial-orderləri, jurnal-orderləri və s. aid etmək olar.

Sahmatvari registrlərdə əks etdirilən informasiya bir hesabın debetində və digər hesabların kreditində əks etdirlməsini həyata keçirmək üçün istifadə edilir. Bu zaman yazılışlar üzrə məbləğlər registrin sətir və sutunlarının kəsişmə nöqtəsində

yazılmaqla aparılır. Bunlara bir sıra jurnal-orderləri, baş kitabı və s. aid etmək olar.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin