Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Əməliyytların ilkin və icmal registrlərdə qeydiyyatı və ümumiləşdirilmə qaydası



Yüklə 1,21 Mb.
səhifə70/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   66   67   68   69   70   71   72   73   ...   124
Maliyyə mühazirələr hamısı(1)

5.4. Əməliyytların ilkin və icmal registrlərdə qeydiyyatı və ümumiləşdirilmə qaydası

Maliyyə hesabatının hazırlanmasının ən mühüm mərhələlərindən biri uçot məlumatlarının qeydiyyatı mərhələsi hesab olunur. Bu məqsədlə qeydiyyata qədər ilkin uçot sənədlərinə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal uçot sənədləri hazırlanmalıdır.Məlumatların uçot qeydlərində əks etdirilməsi üçün qeydlər üçün əsas sayılan sənədlər qrafiklə müəyyən edilmiş vaxtlarda mühasibatlığa təhvil verilməlidir.

Mühasibat uçotunda əks etdirilməli olan uçota qəbul edilmiş ilkin uçot sənədlərindəki məlumatlar mühasibat uçotu subyekti tərəfindən yığılır və sistemləşdirilir. Mühasibat uçotu subyektləri tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına köçürülür.

İlkin uçot sənədlərində (ciddi hesabat blankları, kassa və bank sənədləri istisna olmaqla) və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi düzəlişin tarixi göstərilməklə həmin sənədi imza etmiş şəxslərin imzası ilə təsdiq edilməlidir.Mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun aparılması memorial-order forması, jurnal-order forması və ya digər formalar əsasında əllə və ya avtomatlaşdırılmış rejimdə həyata keçirilir.

Elektron məlumat daşıyıcıları vasitəsi ilə mühasibat uçotu registrlərini tərtib edən təşkilat, uçot məlumatlarının vaxtında daxil edilməsi, istifadəsi və qorunması üçün mühasibatlığı müasir uçot texnikası və texniki vasitələrlə təmin etməlidir.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kommersiya təşkilatları mühasibat uçotu registrlərini Azərbaycan dilində aparmalıdır. Xaricdə fəaliyyət göstərən rezidentin Azərbaycan dilindəki mühasibat uçotu registrləri bu xarici ölkələrin qanunvericiliyi ilə müəyyən olunmuş tələblər əsasında xarici dillərə tərcümə edilə bilər.

Əllə tərtib olunan mühasibat kitablarında səhifələr nömrələnir. Kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə mühasibat uçotu subyektinin baş mühasibi və təşkilat rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir. Hər kitabda təşkilatın, mərkəzi mühasibatlığının adı və kitabın açıldığı tarix yazılır. Kitabda açılmış subhesabların adı olmalıdır. Müəyyən bir subhesab üzrə yazılışlar kitabın digər səhifəsinə köçürülərkən, həmin subhesab üzrə başlıqda, yeni səhifənin nömrəsi göstərilməklə yazılışın köçürülməsi haqqında qeyd edilir.

Hesabat dövrü başa çatan zaman mühasibat uçotu kitablarında boş səhifələr növbəti hesabat dövrünün əməliyyatlarının yazılışları üçün istifadə oluna bilər. Mühasibat uçotunun registrlərində yazılışlar ilkin uçot sənədlərinə əsasən qələmlə və ya avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun registrləri həmçinin kompyuterlə və ya müasir hesablama texnikası vasitəsi ilə tərtib edilir. Hər ayın sonunda analitik uçot registrlərində dövriyyənin yekunu hesablanılır və subhesablar üzrə qalıqlar çıxarılır. İlin əvvəlinə olan dövriyyə balansının məlumatları (qalıqları) hesabat dövründən əvvəlki dövrün sonuna təsdiq edilmiş yekun balansının məlumatlarına uyğun olmalıdır. Hesabat ilinin əvvəlinə dövriyyə balansının məlumatları dəyişilərsə, onun səbəbləri aydınlaşdırılmalıdır.

İlkin sənədlər, uçot registrləri və maliyyə hesabatları arxivə təhvil verilənə qədər mühasibatlıqda xüsusi yerlərdə və ya baş mühasib tərəfindən məsul edilmiş şəxslərin cavabdehliyi altında bağlı rəflərdə mühafizə olunur. Mühasibat sənədləri təşkilatın mühasibat arxivində müəyyən olunmuş müddət ərzində mühafizə olunur. Mühafizə müddəti bitdikdən sonra mühasibat sənədləri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Sənədlərin arxivə təhvil verilməsini və ya qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsini təsdiq edən aktlar mühasibatlıqda daimi mühafizə edilməlidir.

Təşkilatın ilkin uçot sənədləri, uçot registrləri, maliyyə hesabatları istintaq orqanları, prokurorluq və məhkəmə tərəfindən ibtidai istintaq üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq bu orqanların qərarı əsasında götürülə bilər.

Uçot registrlərində yazılışlar ciddi yoxlanılmış və təsdiq edilmiş mühasibat sənədlərinə əsasən aparılır. Hesabat dövrünün sonunda uçot registrlərinin bütün miqdar və məbləğ sütunları, dövriyyələri yekunlaşdırılır və dövrün sonuna qalıqlar müəyyən edilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin