Vaxtında təqdimedilmə - qərarlar qəbul edən şəxslər tərəfindən informasiyanın vaxtında alınması deməkdir ki, həmin informasiya onların qəbul etdiyi qərarlara təsir edə bilsin.
Aydın olma. İnformasiyanın təsniləşdirilməsi, sistemləşdirilməsi, dəqiq və qısa şəkildə təqdim edilməsi onu aydın (anlaşıqlı) edir.Bəzi iqtisadi hadisələr öz mahiyyətinə görə mürəkkəbdir, bu səbəbdən də başa düşülmək üçün onları sadə formada təqdim etmək mümkün deyil. Ancaq bu heç də o demək deyildir ki, həmin iqtisadi hadisələr haqqında informasiyanı maliyyə hesabatından çıxarmaq lazımdır. Çünki bu, hesabatın tamlığını pozur, son nəticədə çaşqınlığa gətirib çıxarır.
İnformasiyanın faydalılığını artıran keyfiiyət xarakteristikalarının tətbiqi iterativ prosesdir (təkrarlanan hesablama prosesidir), hansı ki, hərəkətlərin yerinə yetirilməsinin verilmiş ardıcıllığını nəzərdə tutmur.
Mözu 3.Maliyyə uçotu və hesabatının elementləri, onların tanınması,və qiymətləndirilmə bazası
Dostları ilə paylaş: |