Öhdəlik – təşkilatın keçmiş hadisələr nəticəsində meydana çıxmış iqtisadi resursu vermək üzrə mövçud vəzifəsidir.
Öhdəliyin mövcud olması üçün üç şərtə əməl olunmalıdır:
1.təşkilatın öhdəçiliyi (vəzifəsi) vardır;
2.həmin öhdəçilik (vəzifə) iqtisadi resursu vermək anlamına gəlir;
3. həmin öhdəçilik (vəzifə) indiki zamanda keçmiş hadisələrin nəticəsi olaraq mövcuddur.
Öhdəçilik(vəzifə)
Öhdəçilik (vəzifə) elə bir zəruriyyətdir yaxud məsuliyyətdir ki, ondan qaçmaq üçün təşkilatın praktiki imkanı yoxdur. Öhdəçilik (vəzifə) digər tərəf ya da tərəflər qarşısında yaranır. Beləliklə, bir təşkilatin iqtisadi resursu vermək öhdəçiliyi (vəzifəsi), digər tərəfin ya da tərəflərin həmin iqtisadi resursu əldə etmək hüququ vardır.
İqtisadi resursu vermək
İqtisadi resursu vermək üçün təşkilatın öhdəçiliyi (vəzifəsi) olmalıdır. İqtisadi resursu vermək öhdəçiliyi (vəzifəsi) aşağıdakı formalarda ola bilər:
Pul vəsaitləri ödəmək öhdəçiliyi (vəzifəsi) ;
Mallar vermək yaxud xidmətlər göstərmək;
Digər tərəf ilə əlverişli olmayan şərtlərlə iqtisadi resurslsrı mübadilə etmək;
Müəyyən gələcək hadisənin olacağı halda (həmin hadisənin olacağına rəğmən qeyri müəyyənlik olduqda) iqtisadi resursu vermək öhdəçiliyi (vəzifəsi) ;
Maliyyə aləti buraxmaq öhdəçiliyi (vəzifəsi),əgər bu cürmaliyyə aləti iqtisadi resursu vermək öhdəçiliyi (vəzifəsi) yaradırsa.
Digər tərəfə iqtisadi resursu vermək öhdəçiliyi (vəzifəsi) təşkilat tərəfindən digər tərəf ya da üçüncü tərəf ilə müzakirə edilə və müvafiq qərar qəbul edilə bilər.
Keçmiş hadisələrin nəticəsi olaraq yaranmış mövcud öhdəçilik (vəzifə)
Keçmiş hadisələrin nəticəsi kimi mövcud öhdəçilik (vəzifə) o zaman yaranmış olur ki:
(a) təşkilat artıq iqtisadi faydalar əldə etmişdir ya da bu və ya digər hərəkət yerinə yetirmişdir; və
(b) deməli təşkilat iqtisadi resursu verməlidir ya da verməyə məcburdur, əks halda onu verməməli idi.
Dostları ilə paylaş: |