Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


İnformasiyanın faydalılığını artıran keyfiiyət xarakteristikaları



Yüklə 1,21 Mb.
səhifə30/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   26   27   28   29   30   31   32   33   ...   124
Maliyyə mühazirələr hamısı(1)

2.5. İnformasiyanın faydalılığını artıran keyfiiyət xarakteristikaları,

onların tətbiqi

Müqayisəlilik, yoxlanıla bilmə , vaxtında təqdimedilmə və aydın olma münasib və dürüst olan informasiyanın faydalılığını yüksəldən keyfiyyət xarakteristikalarıdır. Əgər iqtisad hadisəni əks etdirmək üçün iki üsul varsa və onların hər ikisi eyni səviyyədə munasib informasiya verir və informasiyanın dürüst təqdim edilməsini təmin edirsə, onda informasiyanın faydalılığını yüksəldən keyfiyyət xarakteristikaları həmin üsullardan hansının seçilməsinə kömək edə bilər.



Müqayisəlilik deyəndə hesabat verən təşkilatın informasiyasının digər hesabat verən təşkilatın oxşar informasiyası ilə müqayisə edilməsi, eləcə də hesabat verən təşkilatın informasiyasının həmin təşkilatın özünün əvvəlki dövrlər üzrə olan informasiyası ilə müqyisə edilməsi nəzərdə tutulur.Ancaq bu zaman müqayisəliliyin Konseptual əsaslar 2018 –də qoyulmuş şərtlərinə və tələblərinə əməl etmək lazımdır.

Yoxlanıla bilmə istifadəçiləri inandırmağa kömək edir ki, informasiya iqtisadi hadisə haqqında dürüst təsəvvür verir. Yoxlanıla bilmə o deməkdir ki, müxtəlif məlumatlandırılmış və asılı olmayan müşahidəçilər müəyyən əksetdirilməyə münasibətdə tam razılığa gəlməsələr də ümumi fikirə gələ biərlər ki, o dürüst təqdim edilib.

Yoxlanıla bilmə birbaşa ya da dolayı ola bilər. Birbaşa yoxlanıla bilmə bilavasitə müşahidə yolu ilə rəqəmsal və digər informasiyanı təsdiq etməkdir. Buna misal olaraq pulun yenidən sayılmasını göstərmək olar. Dolayı yoxlanıla bilmə- bu və ya digər modelin, formulanın ilkin məlumatlarının yoxlanılması və alınmış nəticələrin eyni metodologiyadan istifadə etməklə yenidən hesablanmasıdır. Buna misal olaraq, məsələn, FİFO metodundan istifadə etməklə, ehtiyatların ikin məlumatlarının (miqdarı və dəyərinin) yoxlanılması və yenidən hesablanması yolu ilə onların balans dəyərinin təsdiq edilməsini göstərmək olar.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin