Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Maliyyə vəziyyəti haqqında hesabatın elementləri



Yüklə 1,21 Mb.
səhifə33/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   29   30   31   32   33   34   35   36   ...   124
Maliyyə mühazirələr hamısı(1)

3.2. Maliyyə vəziyyəti haqqında hesabatın elementləri

Ümumi təyinatlı maliyyə hesabatında hesabat verən təşkilatın maliyyə vəziyyəti haqqında informasiya əks etdirilir. Həmin hesabatda əks etdirilən informasiya 3 elementi əhatə edir: Aktivləri, Kapitalı və Öhdəlikləri (A=K+Ö). Maliyyə vəziyyəti haqqında hesabat əslində təşkilatın sərəncamımda və istifadəsində olan iqtisadi resurlar (Aktivlər) və onlara münasdibətdə tələbetmə hüqüqları (Kapitalı və Öhdəliklər) haqqında informasiyadan ibarətdir.



Aktiv – keçmiş hadisələr nəticəsində təşkilat tərəfində nəzarət olunan mövcud iqtisadi resursdur. İqtisadi resurs-iqtisadi faydalar yaratmaq potensialına malik hüqüqdur.

Aktivlərə verilən həmin tərifdə üç əsas anlayış yer alır:



-Hüqüq;

-İqtisadi faydalar yaratmaq potensialı;

-Nəzarət.

Hüqüq

İqtisadi faydalar yaratmaq potensialı olan hüqüq aşağıdakı formalarda ola bilər:

Digər tərəfin öhdəçiliyinə (vəzifəsinə) uyğun gələn hüqüqlar, məsələn, digər tərəfdən pul vəsaitləri, malar və xidmətlər almaq hüququ, sərfəli şətlərlə digər tərəf ilə itisadi resursları mübadilə etmək hüququ və s.;

Digər tərəfin öhdəçiliyinə (vəzifəsinə) uyğun gəlməyən hüqüqlar, məsələn,

fiziki obyektlərə olan hüqüqlar, intellektual mülkiyyətin istifadəsinə olan hüqüqlar.

İqtisadi faydalar yaratmaq potensialı

İqtisadi resurs- iqtisadi faydalar yaratmaq potensialı olan hüqüqdur. Ancaq bu cür hüququn iqisadi faydalar yaratmaq ehtimalı yüksək olmaya da bilər. Əsas odur ki həmin hüquq artıq mövcud olmuşdur.Hüquq iqtisadi resursun tərifinə hətta o halda cavab vermiş olur ki, onun iqtisadi faydalar yaratma ehtimalı çox azdır.Mövcud iqtisadi resurs gələcək iqtisadi fayda deyil, mövcud hüqüqdur.



Nəzarət

Nəzarət iqtisadi resursu təşkilat ilə bağlayır. Nəzarəti mülkiyyət hüquqi kimi başa düşmək olmaz. Məsələn, təşkilat hər hansı daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququna malik olmaya bilər, ancaq həmin obyektin istifadəsindən yaranan iqtisadi fayda üzərində nəzarət hüququna malik ola bilər. İqisadi resurs üzərində nəzarət təşkilat tərəfindən o zaman həyata keçirilmiş sayıla bilər ki, indiki

halda onun həmin iqtisadi resursdan istifadə etmək üsulunu müəyyən etmək və həmin iqtisadi resursun gətirə biləcəyi iqtisadi faydaları əldə etmək imkanı vardır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin