3.7. Cari dəyər əsasında qiymətləndirimənin bazaları
Ədalətli dəyər
Aktivlərə münasibətdə istifadənin qiymətliliyi və öhdəliklərə münasibətdə icraetmənin dəyəri
Əvəzetmənin cari dəyəri
Ədalətli dəyər qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında adi sövdələşmənin gedişində aktiv satılarkən alına biləcək yaxud öhdəlik verilərkən ödənilə biləcək qiymətdir. Ədalətli dəyər təşkilat üçün əlçatan olan bazarın iştirakçılarının mövqeyini əks etdirir. Bu zaman təşkilat aktivləri və öhdəlikləri elə qaydalarla yaxud qiymətlərlə qiymətləndirir ki, həmin qaydalar/qiymətlər bazar iştirakçıları tərəfindən istifadə olunur.
Bir sıra hallarda ədalətli dəyər bilavadsitə aktiv bazarda müşahidə olunan qiymətlər əsasında müəyyən edilə bilər. Digər hallarda ədalətli dəyər dolayı yolla müəyyən edilə bilər.Məsələn buna misal olaraq pul axınlarına əsaslanan metodları göstərmək olar.Bu metodların tətbiqi zamanı aşağıdakı faktorlar nəzərə alınır:
-gələcək pul axınlarının hesabi qimətləndirilmələri;
-qiymətləndirilən aktiv yaxud öhdəlik üzrə gələcək pul axınlarına xas olan qeyri müəyyənliklərlə şərtlənən pul axınlarının hesabi kəmiyyətinin yaxud başvermə müddətlərinin mümkün variativliyi;
-pulun vaxt üzrə dəyəri;
-riskə görə premiyanı, ya da riskə görə diskontu.
-likvidliyi və s.
Dostları ilə paylaş: |