3.6. Qiymətləndirilmə bazaları
Tarixi dəyər
Tarixi dəyərlə qiymətləndirilmə uçot-hesabat sistemində bütün dövrlərdə ən geniş tətbiq edilən qiymətləndirilmə üsuludur. Tarixi dəyərlə qiymətləndirilmə əsasında maliyyə uçotunda aktivlərin, öhdəliklərin və onlarla əlaqəli olan gəlirlərin və xərclərin pul ifadəsində kəmiyyəti müəyyən edilir və bu kəmiyyət ilkin informasiya olaraq maliyyə hesabatında əks etdirilir. Tarixi dəyər bilavasitə baş vermiş əməliyyatın qiymətindən, eləcə də onunla bağlı digər hadisə üzrə informasiyadan yaranır. Aktivə amortizasiya hesablanması, onun qiymətdəndüşməsi, öhdəliyin yük olması halları istisna olunmaqla tarixi dəyər dəyişmir. Əldəedilmə yaxud yaradılma anına aktivin tarixi dəyəri həmin aktivin əldə edilməsi ya da yaradılması zamanı çəkilmiş məsrəflərin kəmiyyətindən ibarətdir. Həmin dəyər yaxud kəmiyyət aktivin əldə edilməsi yaxud yaradılması məqsədilə aparılmış ödənişin üstəgəl sövdələşmə üzrə məsrəflərin cəmindən ibarətdir. Başvermə anına öhdəliyin tarixi dəyəri sövdələşmə üzrə məsrəflər çıxılmaqla həmin öhdəliyin qəbul edilməsi müqabilində alınmış ödənişin kəmiyyətidir.
Vaxt ərzində aktivin tarixui dəyəri aşağıdakıların təsiri ilə dəyişilir:
-aktivin bir hissəsinin ya da onun bütovlükdə istehlakı (torpaq, tikili və avadanlığın, qeyri-maddi aktivin amortizasiyası);
- alınmış ödənişlərin, hansılar ki, aktivin bir hissəsini ya da onu bütövlükdə ödəyir;
- qiymətdəndüşmənin, hansının ki nəticəsində aktivin bir hissəsinin, ya da bütövlükdə onun tarixi dəyərinin ödənilməsi mümkün olmur;
-aktivə aid olan maliyyələşdirilmə komponenti üçün faizin hesablanmasının.
Vaxt ərzində öhdəliyin tarixi dəyəri aşağıdakıların təsiri ilə dəyişilir:
-öhdəliyin qismən ya da tam ödənilməsinin;
-hadisələrin təsirinin, hansılar ki, iqtisadi resurslsrı vetrmək üzrə öhdəliyin dəyərini o qədər yüksəldir ki, həmin öhdəlik yükə çevrilir.
-öhdəliyə aid olan maliyyələşdirilmə komponenti üçün faizin hesablanmasının.
Maliyyə aktivləri və maliyyə öhdəliklərinə mümasibətdə maya dəyəri üzrə qiymətləndirilmə bazasının tətbiqi üsullarından biri onların amortizasiya olunan dəyərlə qiymətləndirilməsidir.
Cari dəyər
Əgər tarixi dəyər aktivin əldə edilməsi yaxud yaradılması anına, öhdəliyin isə baş vermə anına olan dəyəri haqqında informasiyanı əks verirsə, cari dəyər üzrə qiymətləndirilmə qiymətləndirilmə tarixinə mövcud olan şəraitlərin əks etdirilməsi üçün yenilənmiş informasiyadan istifadə etməklə aktivlər, öhdəliklər və onlarla əlaqəli olan gəlirlər və xərclər haqqında pul ifadəsində informasiya verir. Bu cür yenilənmə nəticəsində aktivin və öhdəliyin cari dəyəri əvvəlki qiymətləndirilmə tarixindən sonrakı vaxtda həmin cari dəyərə daxil edilmiş pul axınlarının və sair faktorların hesabi kəmiyyətlərində baş vermiş dəyişiklikləri əks etdirir. Tarixi dəyərdən fərqli olaraq aktivlərin və öhdəliklərin cari dəyəri hətta qismən də olsa həmin aktivin yaxud öhdəliyin meydana gəlməsinə səbəb olan əməliiyatın yaxud digər hadisənin qiyməti əsasında formalaşmır.
Dostları ilə paylaş: |