Ümumiləşməsəviyyəsinə görə hesablar sintetik və analitik hesablara bölünur. Uçota alınan obyekt barədə ümumiləşdirilmiş məlumat verən hesablar sintetik hesab, sintetik hesabın məlumatlarını xırdalayan, detallaşdıran informasiyanı əks etdirən hesablar isə analitik hesablar adlanır. Qeyd edilən sintetik hesablardan başqa subhesablar da vardır ki, onlar analitik hesabların məlumatlarını ümumiləşdirir və sintetik hesabların daxilində açılır.
Kontrol (nəzarət) hesablarından da istifadə edilir ki, onlar debitor və kreditorlarla hesablaşmaların vəziyyətini uçota almaq üçün istifadə edilir. Bu hesablardakı informasiya daima müəssisənin rəhbərliyinin diqqətində, yəni nəzarətinda olur.